Məhkəmə qərarları › İş №2(002)-1724/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1724/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1724/2023 22.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Seriya AZE № 15950961 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X4 xx.xx.1947-ci il tarixdə Ermənistan, Kalinino rayonunda doğulmuşdur.

2. AA******* nömrəli şəxsiyyət vəsiqəsinə və İ-СЛ 422148 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.1970-ci ildə Ermənistan, Kalinino rayonunda doğulmuşdur. AtasıX4, anası X2r.

3. İşə əlavə edilmiş Təcili və X3 Stansiyası bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış üzrə xx.xx.2023-cü il tarixdə saat 18:35-də ünvan 1 ünvanında olmuş və X1 barəsində “həkimə qədər ölüm, kişi cinsli meyit” qeydi aparılmışdır.

4. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ərizəçinin atasına ölüm haqqında tibbi şəhadətnamə əldə etməklə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü X4 ASM-də qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.

5. 18 nömrəli BŞX tərəfindən verilmiş qısa epikrizdə göstərilir ki, əsasən Nizami rayonu ünvan 2 ünvanında qeyiyyatda olan, lakin orada yaşamayan vəfat etmiş X4 19470ci il təvəllüdlü, xəstəliyi ilə əlaqədar poliklinikaya müraciət olmadığına görə ölüm haqqında şəhadətnamə verilmir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən 3-16- 5/7-15-891/2023 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin atasının ölümünün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İddia tələbi

7. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, atası - xx.xx.1947-ci il təvəllüdlü X1 04 fevral 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizə bununla əsaslandırılmışdır ki, atası X4 xx.xx.1947-ci ildə Ermənistanın Kalinino rayonunda anadan olmuş, 1968-ci ildə Əliyeva (Bayramova) Xanım İsmayıl qızı ilə nikahından 6 uşağı anadan olmuşdur: 1969-cu il təvəllüdlü Leyla, 1970-ci il təvəllüdlü Tamilə yəni o, 1971-ci il təvəllüdlü Roza, 1973-cü il təvəllüdlü Kifayət, 1978-ci il təvəllüdlü Səbinə və 1980-ci il təvəllüdlü Xanlar adlı övladları olmuşdur. 1969-cu il təvəllüdlü bacısı Leyla 2016-cı ildə, 1978-ci il təvəllüdlü bacısı Səbinə 1996-cı ildə dəm qazından vəfat edib. 1988-ci ilde erməni vandallarının düşmənçiliyi nəticəsində doğma yurd- nikah yuvasından qaçqın düşdülər və Bakı şəhərinə pənah gətirdilər. Oradan gələrkən sadəce pal-paltarını götürdülər, bir çox sənədlərinin (doğum və şəhadətnamələri) Ermənistanda ev-eşiyində qalmış, sadəcə təsadüfən onun doğum haqqında şəhadətnaməsini götürmüşdür. Ona görə də, ailəsi adından hazırda ərizəni o qaldırmaq məcburiyyətində qalmışdır. Son vaxtlaracan atasının səhhəti normal olmuş, el şənliklərində qara zurna ifaçısı kimi məhşur olmuşdur. Pandemiyanın fəsadlarından sonra onda bir sıra xəstəliklər yaranmış, uzun müddət xəstəxanada müalicə alsa da, sonda yaşı və xəstəliyi ilə əladədar vəfat etmişdir. Belə ki, xx.xx.2023-cü ildə atamsının səhhəti pisləşən vaxt Təcili Tibbi yardım stansiyasının həkimleri dərhal 103 xidməti vasitəsilə atasının yaşadığı ünvana çağırılmış, lakin həkimlər evə gələnəcən atası canını tapşırmışdır. Bu barədə 11 saylı bölmənin təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Atasının səhəri günü Sulutəpə yuxarı qəbristanlığında dəfn olunmuş, sonrakı müddətdə Bakıxanov qəsəbsindəki Vida mərasim evində yas mərasimi keçirilmiş və başdaşı hazırlanmışdır. Atasnın vəfat etməsi faktıni onun ailə üzvləri, yəni bacıları və qardaşı, anası, həmçinin qohum-qonşuları da təsdiq edə bilərlər. Məhkəmə iclasında həmin şəxsləri şahid qismində məhkəməyə təqdim edəcəkdir. Atasının vəfatından sonrakı 3 gün müddətində ölüm haqqında şəhadətnamə alınması məqsədilə atasınıın yaşayış yeri üzrə Bakı şəhəri 18 saylı BŞX-nın poliklinikasına müraciət etdilər. Həmin xəstəxananın verdiyi xx.xx.2023-cü il tarixli arayışında qeyd edildi ki, atası X17 rayonu, Nesimi küçəsi, ev 32, mənzil 15 ünvanda qeydiyyatda olsa da, lakin orada yaşamamış, xəstəliklə əlaqədar poliklinikaya müraciət olmadığına görə ölüm şəhadətnaməsi verilməmişdir. Belə ki, atası son 5 il ərzində qeydiyyatda olduğu və ya yaşadığı ünvan üzrə hər hansı xəstəliklə əlaqədar poliklinikaya müraciət etmədiyinə görə, onun adına qeydiyyat vərəqəsi açılmamış, atasına yalnız özəl tibb müəssisələrində tibbi xidmət göstərilmişdir.Atasının poliklinika qeydiyyatı olmadığına görə, poliklinikadan verilməli olan arayışı alıb aidiyyəti üzrə rayon qeydiyyat şöbəsinə təqdim edilməsi mümkün olmamış, ona izah olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir.Hazırda hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, təqaüdçü olmuş atasının kartına vurulan pensiya vəsaitlərinin geri qaytarılması, vərəsəlik məslələrinin həlli və digər məsələlərin həlli üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

9. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3, 308, 309-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci maddəsinə istinad etmişdir.

10. İddia tələbinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Ərizəçinin nümayəndəsi X10 məhkəmə baxış iclasında iştirak edərək ərizəni müdafiə edərək qeyd etdi ki, ərizəçi onun həyat yoldaşı, vəfat edən şəxs qayınatasıdır. X8 ölümü barədə şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. Hazırda müəyyən hüquqi sənədləşmələrin aparılması məqsədilə onlara bu şəhadətnamə lazımdır. Müvafiq tibb idarəsinə müraciət etsələr də, mərhum qayınatası həmin poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, sonradan qeydiyyat şöbəsi isə tibbi şəhadətnamənin olmaması əsası ilə ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşlar və ərizənin təmin edilməsini xahiş edir.

12. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı ərizə ünvanlanaraq, məhkəmə iclaslarının Bakı şəhər Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Prosesin digər iştirakçılarının ifadələri

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, X5 onun babası olmuşdur. Babası xəstə idi, vəfat edəndə edə idilər. Halı pisləşəndə təcili yardıma zəng vurmuşlar, lakin təcili yardım gələnə qədər artıq babası vəfat etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, X5 onun atası olmuşdur. Atası bir ildən çox idi xəstə idi, əl ayağında quruma gedirdi, həkim müayinəsinə bir neçə dəfə aparmışlar. Mərhum atası 04 fevral tarixində Yeni Ramana məkrəzi küçədə yerləşən öz evində rəhmətə getmişdir. Halı pisləşəndə təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə qədər artıq vəfat etmişdi.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

13. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

14. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

15. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

18. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

22. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

23. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

“Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunu

25. 39-cu maddəsinə əsasən, insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi “Qayda”ları

27. 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

b) Əsaslandırma

28. İddia əsaslıdır.

29. Məhkəmə işin müəyyən edilmiş hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, işə əlavə edilmiş sənədlər, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X4 ərizəçinin atası olmuşdur. xx.xx.1947-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Bakı şəhəri, Yeni Ramana məkrəzi küçə keçid 16, ev 2 nömrəli evdə vəfat etmişdir. Belə ki, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir.

30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

31. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

32. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, X4 04 fevral 2023-cü il tarixdə vəfat etməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.

33. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. 16 noyabr 1947-ci ildə Ermənistan, Kalinino rayonunda doğulmuş X1 04 fevral 2023 il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar