Məhkəmə qərarları › İş №2(002)-1740/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1740/2024

29.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1740/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz əşyası və birgə nika dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan qızıl-zinət, cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın tərərlərin paylarına uyğun olaraq bərabər hissədə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” sistemi vasitəsi ilə ərizə müraciət edərək, tərəflər arasında hazırkı mübahisə ilə bağlı barışıq əldə edildiyindən, iddiaçı cavabdehdə qarşı qaldırdığı iddiasından imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 140 manat dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə icraata xitam verilməlidir. Çünki, iddiaçı iddiadan imtina etmiş, bu barədə məhkəməyə ərizə göndərmiş, tərəflər arasında razılıq əldə olunduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz əşyası və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz əşyası və birgə nika dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 140 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar