Məhkəmə qərarları › İş №2(002)-1751/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1751/2025

13.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1751/2025 13.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-01667 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq olunması barədə qətnamə çıxarılmasını, qəbul edilmiş qətnamənin məcburi icraya yönəldilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı X3 Vüsal Fəxrəddin oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X2 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-na kimi 235 manat, uşağın üç yaşına çatana kimi əlavə olaraq 100 manat pulun onun kartına ödənilməsi barədə barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Nəticədə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-01667 saylı Barışıq Sazişindən (alimentlə bağlı 1 və 2-ci bəndləri) görünür ki:

1. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2022-ci il təvəllüdlü X5 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək 235 manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

2. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək anası birinci tərəf kimi çıxış edən Ərizəçi saxlanması üçün 100 manat pul məbləğini birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin 1 və 2-ci bəndlərinin təsdiq edilməsinə maneə yaradan hal mövcud deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-01667 saylı Barışıq Sazişi 1 və 2-ci bəndlərə dair hissədə təsdiq olunmalıdır. Ödənilmiş100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-01667 saylı Barışıq Sazişi aşağıdakı (1 və 2-ci bəndlər) hissələrdə: «1. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2022-ci il təvəllüdlü X5 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək 235 manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

2. İkinci tərəf kimi çıxış edən atası Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək anası birinci tərəf kimi çıxış edən Ərizəçi saxlanması üçün 100 manat pul məbləğini birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.» - təsdiq olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar