Məhkəmə qərarları › İş №2(002)-1764/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1764/2021

16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1764/2021 16.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul olunduğundan başqa aidiyyəti məhkəməyə göndərilməlidir. Bu ondan irəli gəlir ki, Ərizəçi iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsində onun rəsmi olaraq Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olması qeyd olunsa da, ərizə aidiyyəti üzrə baxılmalı olmayan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi barədə ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən məhkəmə işi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar