Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1765/2022 03.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1972ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, atası X5 09 may 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə olarkən halı pisləşmişdir. Onlar Təcili və X3 Stansiyasına müraciət etmişlər. 20 saylı bölmənin təcili yardım briqadası atasının yaşadığı ünvana gəlmişdir. X12 və tibb bacısı Firuzə İsmayılovanın səylərinə və tibbi müdaxilələrinə rəğmən, atası vəfat etmişdir. Həkimin dediyinə görə, atası hipertonik böhrandan, beyinə qansızmadan vəfat etmişdir. Başları atasının dəfn və yas mərasimlərinə qarışmış, atasının adına vaxtında ölüm haqqında şəhadətnamə almamışdır. Dəfn və yas mərasimlərinin üstündən bir müddət keçəndən sonra, atasının adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi arayış olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası X2 adına rəsmiləşdirilmişdir. O, həmin evə daşınmaz əmlak üzrə reyestrindən çıxarışı almaq üçün notariusa müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, atasının adına ölüm haqqında şəhadətnamə təqdim edilməlidir. Göründüyü kimi, tələb olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində mərhumla qonşu olduğunu, xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, Sahil qəsəbə qəbirstanlığında dəfn edildiyini, həmçinin dəfn və yas mərasimlərində iştirak etdiyini bildirmişdir. X1 ifadəsində mərhumla qonşu olduğunu, xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, Sahil qəsəbə qəbirstanlığında dəfn edildiyini, həmçinin dəfn və yas mərasimlərində iştirak etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən (Sahil Bələdiyyəsinin 19 may 2022-ci il tarixli arayışı; Sahil qəsəbəsi Cümə məscidi dini icmasının 18 may 2022-ci il tarixli arayışı) görünür ki, X5 09 may 2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Təcili və X3 Stansiyasının 19 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 may 2022-ci il tarixdə X2 adına ünvan 1 ünvana çağırış daxil olmuş, 09:10-da ünvana gələn həkim xəstəyə tibbi müdaxilə edilməsinə rəğmən həkim yanında ölüm baş verdiyini qeyd etmişdir. Ölümün səbəbi kimi hipertenziya, hipertonik böhran, dəqiqləşdirilməmiş beyindaxili qansızma göstərilmişdir. 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 19 iyul 2022-ci il tarixli, 181 saylı məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X7 poliklinikada heç bir ambulator müraciət etməyib və ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamə verilmir. İş materiallarına əlavə olunmuş arayışlardan görünür ki, X5 09 may 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbə qəbristanlığında dəfn edilmişdir. Maraqlı şəxs 17 may 2022-ci il tarixli, 05/Q-664/15 saylı məktubundan görünür ki, Ərizəçi 17 may 2022-ci il tarixli, atası X2 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1765/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1765/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver