Məhkəmə qərarları › İş №2(002)-1772/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1772/2024

02.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1772/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Mediasiya Təşklatında onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, 21 avqust 2023-cü il tarixdə Bakı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X5 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Belə ki, Bəylərov Qənbər oğlu övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat məbləğində alimentin Ərizəçi xx.xx.2023-cü il tarixdə başlayaraq hər ayın 10-a kimi aliment ödəməyi öhdəsinə götürməsi barədə barışıq sazişi bağlamışdır. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetiməmiş, cəmi 440 manat məbləğində aliment ödəmiş, barışıq sazişinə əməl etməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məsələyə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında 21 avqust 2023-cü il tarixdə Bakı Mediasiya Təşkilatında bağlanmış Barışıq Sazişindən görünür ki: - Hər iki tərəf 4 may 2010-cu il tarixində 303 nəmrəsi ilə Qaradağ rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış nikahın pozulmasına razılığını bəyan edir və etiraz etmirlər; - İkinci tərəf bu Saziş imzalandıqdan sonra yəni xx.xx.2023-cü il tarixindən etibarən birgə nikahdan xx.xx.2010-cu il tarixində anadan olmuş X2 və xx.xx.2012-ci il tarixində anadan olmuş X4 hər birinə aylıq 220 manat məbləğində olmaqla cəmi 440 manat məbləğində aliment xərcini hər ayın 10-a kimi birinci tərəfin bank hesabına ödənilməsini öhdəsinə götürür; -İkinci tərəf uşağın ananın himayəsində qalmasına etiraz etmir, birinci ikinci tərəfin uşaqlarla, istənilən zamanda uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə istirah, bayram özəl günlərdə (doğum günü, uşaq günü və s) ünsiyyətinə və görüşünə şərait yaradacağını öhdəsinə götürür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-in 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 21 avqust 2023-cü il tarixdə Bakı Mediasiya Təşkilatında bağlanmış Barışıq Sazişi təsdiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Barışıq sazişi üzrə alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-a kimi hesablanıb ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Ərizəçi 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında 21 avqust 2023-cü il tarixdə Bakı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri ağdakılardan ibarət olan hissədə barışıq sazişi təsdiq edilsin.

1. xx.xx.2023-cü il tarixindən etibarən birgə nikahdan xx.xx.2010-cu il tarixində anadan olmuş X2 və xx.xx.2012-ci il tarixində anadan olmuş X4 hər birinə aylıq 220 manat manat məbləğində olmaqla cəmi 440 manat məbləğində aliment xərcini hər ayın 10-a kimi birinci tərəfin bank hesabına ödənilməsini öhdəsinə götürür.

2. Maraqlı şəxs uşağın ananın himayəsində qalmasına etiraz etmir, Ərizəçi Maraqlı şəxs uşaqlarla, istənilən zamanda uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə istirah, bayram özəl günlərdə (doğum günü, uşaq günü və s) ünsiyyətinə və görüşünə şərait yaradacağını öhdəsinə götürür. Barışıq sazişi üzrə alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-a kimi hesablanıb ödənilsin. İş üzrə ödənilməli olan 100 dövlət rüsumu Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar