Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1791/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 mart 1970-ci ildə Yardımlı rayonunda doğulmuş qızı X1 06 aprel 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 onun qızı olmaqla 26 mart 1970-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. 06 aprel 2024-cü il tarixidə qızının vəziyyəti ağır olduğuna görə onu X7 aparmışlar. Qızının həyatını X6 həkimlərin müdaxiləsinə baxmayaraq qurtarmaq mümkün olmadı və qızı Klinikada vəfat etmişdir. Qızını el adəti ilə Qızıldaş qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimini keçirmişlər. Onun başı qızının dəfninə və sair dəfinlə əlaqədar işlərə qarışdığına görə onun ölməsinə dair ölüm şəhadətnaməsi həmin vaxt almamışdır. Sonradan qızına ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin onlar ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda qızının ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində qeyd etmişdir ki, o mərhumənin qonşusu olmuş, məhhumə 06 aprel 2024-cü ildə Bakı şəhərində vəfat etmiş, Qızıldaş qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, 3-16-5/7-15-518/2024 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 ölümün qeydə alınması barədə ərizəyə baxılmışdır, ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 41 nömrəli Şəhər Poliknikası tərəfindən verilmiş 18-1-1-78/2-38/2024 saylı, 18 aprel 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış, xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə saat 17:20-də X6 vəfat etmişdir. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişlər. İş materiallarında olan, “Cümə” məscidi dini icması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 vəfat etməsi ilə əlaqədar Sahil qəsəbə məscidinə müraciət etmişdir. Mərhum yuyularaq həmin tarixdə qohumlarının və qəsəbə sakinlərinin iştirakı ilə Qızıldaş qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “X8” PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, 1970-ci ildə təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə klinikaya daxil olmuş və xx.xx.2024-cü il tarixdə klinikada vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 26 mart 1970ci ildə Yardımlı rayonunda doğulmuş qızı X1 06 aprel 2024-cü ildə Bakı şəhərində vəfat etmiş, onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizə təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 mart 1970-ci ildə Yardımlı rayonunda doğulmuş X1 06 aprel 2024-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1791/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1791/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver