Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1833/2021 25.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 13 avqust 1974-cü il tarixdə ailə qurmuş, birlikdə ünvan 1 ünvanında yaşamışlar. X2 08 aprel 2021-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim çağırılmış, həkim gələnə kimi artıq vəfat etmişdir. Onu el adəti ilə dəfn etsələr də həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxtı başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. X1 ölüm faktının müəyyən edilməsi ərizəçiyə bəzi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 28.01.1953-cü ildə Abşeron rayonunda doğulmuş X2 08 aprel 2021-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, mərhumə X6 onun qonşusudur, 08.04.2021-ci il tarixdə vəfat etmiş, nəşi Qobu qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhumə X6 onun bacısıdır, 08.04.2021-ci il tarixdə vəfat etmiş, nəşi Qobu qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 08 may 2021-ci il tarixli, 05/Q- 6771/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 aprel 2021-ci il tarixli, 604 saylı arayışından görünür ki, mərhumə X6 08.04.2021-ci ildə vəfat etmiş və Qobu qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 932 saylı, 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 28.01.1953cü il təvəllüdlü X6 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan BŞT və TTYS-nin 15-ci bölməsinin Təcili və X3 X5 haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 08.04.2021-ci il tarixdə X2 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki qadın cinsli meyid aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 08.04.2021-ci il tarixdə vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28.01.1953-cü il tarixdə Abşeron rayonunda doğulmuş X2 08.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1833/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1833/2021
25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver