Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1854/2024 10.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş X1nun 22 aprel 2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X4 onun atasıdır. X1 xx.xx.1965-ci ildə doğulmuşdur. Atası vəfat edənə qədər onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. 22 aprel 2024-cü il tarixdə parkda gəzərkən atasının vəziyyəti pisləşərək yıxılmış, dərhal təcili yardım cağırmışlar, həkim gələnə kimi atası artıq vəfat etmişdir, həkim atasının tromb səbəbindən öldüyünü demişdir. Atasını el adəti ilə Korgöz qəsəbə qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazimi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, atası uçotda olmadığına görə tibbi şəhadətnamə verilməmişdir. Hazırda atasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin atası 22 aprel 2024-cü il tarixdə parkda nəvələrini gəzdirərkən halı pisləşib yıxılmış, dərhal təcili yardım çağırmışlar, təcili yardım gəlmiş və həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin atası 22 aprel 2024-cü il tarixdə parkda nəvələrini gəzdirərkən halı pisləşib yıxılmış, dərhal təcili yardım çağırmışlar, təcili yardım gəlmiş və həkim öldüyünü təsdiq etmişdir. Həkim onun tromb səbəbindən öldüyünü demişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 3 nömrəli BŞX-nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X2 ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 22 aprel 2024-ci il tarixdə saat 19:03 radələrində X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Qaradağ rayon Korgöz Bələdiyyəsinin 18 saylı arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Korgöz qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan XİX-JQ seriyalı, 326445 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1dur. İş materiallarında olan AZE seriyalı, 14433276 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, xxxxxxx saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1965-ci ildə doğulmuş X2 22 aprel 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1965-ci ildə anadan olmuş X2 22 aprel 2024-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1854/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1854/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver