Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1864/2024 04.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "İDEA" Heyvanlara X1rşı "heyvanların sahibinə geri qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İDEA" Heyvanlara X1rşı "heyvanların sahibinə geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ki. O- İddiaçı xx.xx.2023-cü il tarixində öz itlərini-Cessika və Bəbəşkayı şəxsi problemlərlə əlaqədar müvəqqəti saxlanılmaları üçün İDEA X3 vermişdir. xx.xx.2024-ci ildə qeyd olunan müəssisəyə itlərin ona geri qaytarılması üçün müraciət etmiş və ona orda kobud şəkildə bildiriblər ki, heyvanlar əvvəlki sahibinə geri qaytarılmır və artıq onun itlərini yeni sahiblərinə veriblər. Qeyd etmək istəyir ki, İDEA X4 itlərini qəbul edəndə ona bildirməmişdi ki, itlər geri qaytarılmayacaq, nə müqavilədə təhvil-təslim aktı qəbul edilməmişdir. Bundan sonra, xx.xx.2024-cii il tarixində ikinci dəfə müraciət etmişəm. Müəssənin direktoru bildirdi ki. araşdırılıb mənə ətrafli məlumat veriləcək, lakin əlaqə nömrəmi götürülməsinə baxmayaraq mənə heç bir məlumat verilmədi. Onun özü əlaqə saxlayanda ona dedilər ki. bu müəssisəyə bir də zəng eləməyin. İtləri körpəlikdən o, böyütmüş, ona görə də onlarnan xüsusi bir əlaqəsi var və onlarsız yaşaya bilməz. Qeyd etmək istəyir ki, o İDEA X3 ünvanladığı məktubda bildirmişdi ki, yeni sahibləri itləri geri qaytarmağa razı olsalar, o, buna görə ödəniş etməyə hazırdır, amma mərkəz bu məsələdə ona heç bir köməklik göstərmədi. Hörmətli məhkəmə, iddia ərizəində qeyd olunan cavabdehin hüquqi ünvanını cavabdehin rəsmi internet səhifəsindən götürülmüşdür. Qeyd olunan cavabdehin internet saytından ünvanının çıxarışını iddia ərizəsinə əlavə edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mülki işin aidiyyat üzrə göndərilməsinə etiraz etmir, çünki cavabdehin hüquqi ünvanını onun tərəfindən müəyyən edilməsi-dəqiqləşdirilməsi mümkün olmamışdır. Həmçinin əlavə edir ki, hazırda o, ancaq itlərin geri qaytarılmasını istəyir, itlərinin əvəzində ona pul vəsaitinin ödənilməsinə razı deyil. Cavabdeh "İDEA" X4 İctimai Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından görünür ki, "İDEA" X4 İctimai Birliyininin( VÖEN:**********) hüquqi ünvanı- ünvan 1mişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyindən, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.. Göründüyü kimi, iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli olduğu halda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa göndərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən və iddia tələbi müstəsna aidiyyət qaydaları şamil edilən işlərə şamil olunmadığı üçün İddiaçı cavabdeh "İDEA" Heyvanlara X1rşı heyvanların sahibinə geri qaytarılması tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "İDEA" Heyvanlara X1rşı “heyvanların sahibinə geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-1864/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1864/2024
04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver