Məhkəmə qərarları › İş №e-2(3-6)-3581/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3581/2026

26.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3581/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-393/2025 qətnaməsindən ##.##.2026cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Xəzər rayonu Şağan qəsəbəsi Məktəbli küçəsində ümumi sahəsi 43,30 kv.metr olan ** nömrəli evi ona sataraq ondan aldığı 16.000 manat məbləğində pulun, həmin evin təmirinə tərəfindən çəkdiyi 2.200 manat pulun, evi satmaq, mülkiyyətinə keçirmək adı ilə onun 16.000 manat pul vəsaitini əsassız əldə edib faydalandığına görə həmin vəsaitin məbləğindən faiz olaraq 6.400 manat pul məbləğinin və mənəvi ziyan əvəzi 2.000 manat məbləğində pulun, o cümlədən də məhkəmə xərci olaraq məhkəməyə ödənilmiş 171 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə tərəfindən ödənilmiş 320 manat, cəmi 26.920 (iyirmi altı min doqquz yüz iyirmi) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixində iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizə verilmişdir, həmin ərizədə iddia tələbi artırılaraq qeyd olunmuşdur ki, Bakı şəhəri Şağan qəsəbəsində 1 sot torpaq sahəsində ümumi sahəsi 43,30 kv.metr təşkil edən fərdi yaşayış evinin orta bazar satış qiymətinin təxminən 45.000 manat oldugu nəzərə alınaraq cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın qarşılanması üçün əlavə olaraq 18080 (on səkkiz min səksən) manat və məhkəməyə dövlət rüsumu olaraq əlavə ödədiyi 55 (əlli beş) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-393/2025 qətnaməsindən ##.##.2026cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçı İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, o və vəkili(nümayəndəsi) Nümayəndə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq məhkəmə iclas protokollarına qeydlər vermişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli apellyasiya şikayətinin mümkünlüyünə dair qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar