Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-522/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2 İbrahim qızı və cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2 İbrahim qızı və cavabdeh1 oğluna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2004-cü il ## ######## tarixli 2- ****/**** nömrəli qətnaməsi ilə Gəncə şəhəri Atatürk prospekti *** nömrəli binanın zirzəmisinə 2-ci giriş yolu üzərində İsmayılov Nəriman Hüseyn oğluna vitraj tikdirməsinə icazə verilməsi barədə Gəncə şəhəri İcra Hakimiyyətinin Baş Memarı M.İbrahimov tərəfindən verilmiş 2004-cü il ## #### tarixli **-*** nömrəli icazə məktubu (sənədi) və ona əlavə olunmuş layihənin ləğv edilməklə etibarsız sayılması, Gəncə şəhər Atatürk prospekti *** nömrəli binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkan) açılmaqla istifadəyə verilməsi qət edilmişdir.
2. Həmin qətnamə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il # ###### tarixli *mk-****/** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il ## ###### tarixli *k-*** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. cavabdeh3 2020-ci il ## #### tarixli icraata başlamaq haqqında qərarı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2004-cü il ## ######## tarixli *-****/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
5. cavabdeh3 2020-ci il ## ###### tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2004-cü il ## ######## tarixli *-****/**** nömrəli icra sənədinin icraatına xitam verilmişdir.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il # ### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh4 qarşı iş üzrə mülkün qanunsuz zəbtdən azad edilməsi barədə iddia tələbi təmin olunmamışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il # #### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmaqla cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4,6 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, məhkəmə xərcləri cavabdeh4 aid olunmuşdur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il ## ###### tarixli 2(102)- ***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il # #### tarixli 2(104)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. cavabdeh3 2023-cü il ## ###### tarixli icraata başlamaq haqqında qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il # #### tarixli *(***)-***/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
10. cavabdeh3 2023-cü il ## #### tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il # #### tarixli *(***)-***/**** nömrəli icra sənədinin icraatına xitam verilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh4, cavabdeh2 İbrahim qızı, cavabdeh1 oğlu, cavabdeh5 və cavabdeh3 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə zərərin əvəzi olaraq 34.100 manat, mənəvi zərərin əvəzi olaraq 25.000 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat, rəylərin alınması üçün ümumi olaraq 150 manat olmaqla, ümumilikdə 59.550 manat və ödənilmiş 269 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini əsaslandırarkən maddi ziyana məruz qalmasını cavabdehlərin ona məxsus qeyri-yaşayış sahəsinə qanunsuz daxil olaraq mülkiyyət hüququnu həyata keçirilməsinə maneəçilik yaratmaları ilə əlaqələndirmişdir. İşə əlavə edilmiş “vergi ödəyicinin dövriyyəsi haqqında” 2023-cü il ## ######## tarixli sənəddən görünür ki, iddiaçı, ona məxsus qeyri-yaşayış sahəsindən istifadə etmiş, fayda (qazanc) əldə etmiş və müvafiq qaydada vergi ödəmişdir. Belə ki, iddiaçı 2014-cü ildən qeyd edilən qeyriyaşayış sahəsinə görə vergi ödəmiş və özünə məxsus qeyri-yaşayış sahəsindən qanunsuz olaraq çıxarılanadək mütəmadi olaraq qeyri-yaşayış sahəsindən gəlir götürmüşdür. Eyni zamanda 2023-cü il ## ####### tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 4.6 kv.m. ümumi sahədən ibarət, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 manat təşkil edir. Bundan başqa 2023-cü il ## #### tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə ** nömrəli rəydən də məlum olur ki, obyekt şəhərin mərkəzində yerləşir və iddiaçıya məxsus qeyri-yaşayış binasının aylıq kirayə haqqı 600 manat təşkil edir. Bundan başqa, Gəncə şəhər Xəstəxanasının poliklinika şöbəsinin 2023-cü il # ##### tarixli çıxarışından məlum olur ki, iddiaçı səhhətində yaranmış problemlərlə əlaqədar, konkret olaraq keçirdiyi streslə əlaqəli 2020-ci il # ######, 2020-ci il # ####### və 2020-ci il ## ###### tarixlərində xəstəxanaya müraciət etmişdir. Həmin dövrlər iddiaçı ilə cavabdeh cavabdeh4 arasında olan məhkəmə prosesləri dövrünə, eyni zamanda cavabdeh3 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsindən onu qanunsuz olaraq çıxarması və həmin əmlakı qanunsuz olaraq cavabdeh4 təhvil verməsi dövrünə təsadüf edir. İddiaçı cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 25.000 manat dəyərində qiymətləndirir, çünki o bütün bu qanunsuz hərəkətlərə görə dəfələrlə xəstəxanaya müraciət etməsini, əsəblərinin pozulmasını, yuxusuzluq yaranmasını, baş və ürək nahiyyəsində sıxılma hissi, ürək döyünmə hissi, əllərində əsmələr və s. qoyulmuş diaqnoz üzrə müalicə almasını bildirmişdir.
13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsindən onun obyektinə giriş yolunun açılması ilə bağlı 2004-cü ildə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələb olunmuş və məhkəmə tərəfindən həmin qətnamə icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Həmin qətnamə icra olunaraq ona həmin yerdən giriş açılmışdır. Sonradan iddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq həmin qeyri-yaşayış sahəsindən çıxarılmağını tələb etmişdir. Məhkəmə icraatı zamanı ekspertiza təyin olunmuş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının obyekti girişin üstündə yerləşir. İddia təmin olunmuşdur və həmin qərardaddan apellyasiya və kassasiya şikayətləri verilmiş, qərar qüvvədə qalmış və icra edilmişdir. Məhkəmə qərarından sonra o, oradan çıxmış və heç bir müdaxilə etməmişdir.
14. “xxxx” MMC tərəfindən verilmiş 2024-cü il ## ###### tarixli rəydən görünür ki, iddiaçıya məxsus Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən ümumi sahəsi 4.6 kv.m olan qeyri-yaşayış sahəsi ilə eyni şəraitdə və eyni ərazidə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiyməti 2020-ci ilin aprel-dekabr aylarında 50 manat, 2021-ci il ərzində 50 manat, 2022-ci ilin yanvar-avqust aylarında 50 manat, 2022-ci ilin sentyabrdekabr aylarında 70 manat, 2023-cü ilin yanvar-mart aylarında 70 manat olmuşdur.
15. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə iddia tələbinin cavabdeh3ndən maddi və mənəvi ziyanın tələb edilməsi hissəsinə xitam verilməsi qərara alınmışdır.
16. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmuşdur (hakim – R.Qələndərzadə).
17. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
18. İşin araşdırılması zamanı cavabdeh cavabdeh4 iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən məhz məhkəmə qərarının icrası ilə bağlı istifadə etmişdir. Ona görə də iddia tələbi cavabdeh cavabdeh4 maddi və mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olmuşdur.
19. Digər cavabdehlər cavabdeh5, cavabdeh2 İbrahim qızı və cavabdeh1 maddi və mənəvi ziyana görə pul tələb olunsa da, məhz onların hansı hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
20. Əgər iddiaçıya hər hansı ziyan dəymişdirsə, həmin ziyan icra məmurunun hərəkətləri nəticəsində dəymişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-**/**** nömrəli qərardadı ilə hazırkı iş üzrə iddia tələbinin cavabdeh3ndən maddi və mənəvi ziyanın tələb edilməsi hissəsinə xitam verilməsi qərara alınmışdır.
21. Məhkəmə araşdırması zamanı isə cavabdehlər tərəfindən törədilmiş əməlin nəticəsində iddiaçıya zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilməsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
22. Məhkəmə mənəvi zərərin ödənilməsinə dair hissədə iddiaya hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı mənəvi ziyan tələbini cavabdehlərin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən gərginlik və sarsıntı keçirməsi ilə əsaslandırsa da, iddiasının hüquqi əsasını təşkil edən, yəni məhz cavabdehlərin hərəkəti nəticəsində sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 21.1, 21.2, 21.3, 157.5, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ##### tarixli Qərarına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv olunmaqla, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, maddi ziyanın əvəzi olaraq 1.740 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 37,4 manat və hüquqi yardım göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi 300 manat, cəmi 2.077,4 manat cavabdeh cavabdeh4 alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, cavabdeh cavabdeh4 300 manat ekspertiza xərcinin tutularaq “xxxx” MMC-nin bank hesabına, 500 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Bürosunun bank hesabına, 350 manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – İ.Həsənov, hakimlər – R.Məcidov və Ş.Rzaquliyev).
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 249 binada heç bir mülkiyyəti olmayan cavabdeh cavabdeh4 2020-ci il ## #### tarixində hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə qanunsuz daxil olması, bunun nəticəsində iddiaçının mülkiyyət hüququndan əsassız olaraq məhrum olunması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, bu hal hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınmış və yenidən araşdırılmamışdır. Ona görə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh cavabdeh4 2020-ci il ## #### tarixində hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə qanunsuz daxil olması, bunun nəticəsində iddiaçının mülkiyyət hüququndan əsassız olaraq məhrum edilməsinin müəyyən olunması hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımış və həmin halın məhkəmə tərəfindən yenidən araşdırılmasına zərurət olmamışdır.
28. Bu mənada, kollegiya cavabdeh cavabdeh4 “mübahisəli ərazinin ona məxsus olduğuna dair məhkəmə qətnaməsinin mövcud olması, onun, iddiaçının mülkiyyət hüququndan məhrum olması ilə nəticələnəcək hərəkətlərə yol verməməsi” barədə arqumentlərinin əsassız olduğunu vurğulamış və qeyd etmişdir ki, mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə etmiş olduğundan həmin halların hazırkı işin müstəvisində təkrarən araşdırılması yolverilən deyildir. Əks yanaşma, hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarardı. Cavabdeh cavabdeh4 iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış29. sahəsinə daxil olmasının mülkiyyət hüququna qanunsuz müdaxilə olması qənaətinə gələrkən kollegiya həmçinin onu da nəzərə almışdır ki, Gəncə şəhəri Nizami RİHB-nin 2013-cü il # ###### tarixli **** nömrəli sərəncamı ilə Atatürk pr., 249, *A saylı yaşayış binasının fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, həmin sərəncam əsasında ona müvafiq çıxarış verilmişdir. Bir sözlə, 2013-cü ildə binada yeni mülkiyyət obyekti yaranmış və bu obyektin mülkiyyətçisi iddiaçı olmuşdur. cavabdeh4 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı) qarşı Gəncə şəhəri Atatürk prospekti 249, *A nömrəli yaşayış evinin fasadının yenidən qurulması ilə əlaqədar binanın 1-ci mərtəbəsinin şimal-qərb küncündə yaranmış 5,0 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınması və rəsmiləşdirilməsinə icazə verilməsinə dair Gəncə şəhəri Nizami RİHB 2013-cü il # ###### tarixli **** nömrəli sərəncamının etibarsız sayılması barədə inzibati məhkəmədə iddia qaldırmış və Gəncə İnzibati Məhkəməsinin 2021-ci il ## #### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə ləğv olunmuş və iddia mümkün sayılmamışdır. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il ## ### tarixli 2-1(102)- ***/**** nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
30. Bu isə onu deməyə əsas vermişdir ki, cavabdeh cavabdeh4 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qanuni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında sonuncunun mülkiyyətində olmasından məlumatlı olduğu halda, mülkiyyətçinin iradəsinə zidd olaraq həmin sahəyə daxil olaraq onun qanunla müəyyən edilmiş və dövlət tərəfindən müdafiə olunan mülkiyyətçi hüquqlarını həyata keçirtməsinə mane olmuşdur. Hətta, qeyri-yaşayış sahəsinə dair iddiaçının adına olan çıxarışın verilməsinə əsas sayılan icra hakimiyyəti orqanının sərəncamının etibarsız hesab edilməsi barədə iddiasının uğursuz nəticələnməsindən sonra da cavabdeh cavabdeh4 mülkiyyət hüququna qəsd sayılan hərəkətlərini həyata keçirtməkdə davam etmişdir. Hansı ki, cavabdeh cavabdeh4 məhkəmə qətnaməsinin icrası adı altında bu hərəkətləri həyata keçirdiyi zaman Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, *** nömrəli binada ümumiyyətlə onun mülkiyyəti payı olmamışdır (mülkiyyət payı artıq özgəninkiləşdirilmiş idi). Cavabdeh cavabdeh4 iddiaçının atasının razılığı ilə həmin sahəyə daxil olması kimi bir arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş, iddiaçı tərəf isə bu halı təkzib etmişdir.
31. Cavabdeh cavabdeh4 iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmasını Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2004-cü il ## ######## tarixli *- ****/**** nömrəli qətnaməsi ilə əlaqələndirməyə çalışsa da, lakin həmin işə baxmış məhkəmə zirzəmiyə pilləkənin məhz iddiaçıya məxsus sahədən açılması məzmununda qətnamə çıxartmamışdır. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş, icra sənədində zirzəmi açılmalı olan 2-ci giriş yolunun yeri dəqiq göstərilmədiyi üçün icra orqanı icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin müvafiq qərardadları ilə icra sənədinə izah verilməsindən imtina olunmuşdur. Buna baxmayaraq icra sənədi üzrə tələbkar cavabdeh4 hər hansı qanuni əsas olmadan öz təşəbbüsü ilə mübahisəli qeyri-yaşayış sahəsindən zirzəmiyə yol kimi pilləkən quraşdırmış, məhkəmə qətnaməsi əsasında deyil də, öz iradəsi ilə zirzəmiyə pilləkən açmışdır. Məhz bundan sonra tələbkar cavabdeh4 ərizə ilə icra orqanına müraciət etmiş və müraciəti əsasında da icra sənədinin icraatına xitam verilmişdir.
32. İşin qeyd edilən bu halları da bir daha onu deməyə əsas vermişdir ki, cavabdeh cavabdeh4 iddiaçının iradəsinə zidd şəkildə, qanunsuz olaraq ona məxsus qeyri-yaşayış sahəsinə daxil olaraq həmin sahədən binanın zirzəmisinə 2-ci giriş yolu kimi pilləkən quraşdırmışdır.
33. Beləliklə, cavabdeh cavabdeh4 iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz daxil olaraq oranı zəbt etməsi öz təsdiqini tapdığından artıq növbəti araşdırılmalı məsələ bu zəbtin hansı tarixədək davam etmiş olmasıdır. Bu aspektdə araşdırma aparıldıqda müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il # #### tarixli *(***)-***/**** nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən 2023-cü il ## ###### tarixində icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Nəhayət, 2023-cü il ## #### tarixində icra sənədində göstərilən tələbin borcu tərəfindən tam şəkildə icra edilməsi əsası ilə icra işinin icraatına xitam verilmişdir.
34. İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin 2020-ci ilin mart ayından etibarən cavabdeh cavabdeh4 tərəfindən zəbt edildiyini iddia edərək mülkiyyətdən qanunsuz məhrum etmə ilə əlaqədar həmin tarixdən əldən çıxmış fayda qismində maddi ziyan məbləğinin əvəzinin tutulmasını xahiş etmişdir. Lakin hazırkı işin müstəvisində qeyriyaşayış sahəsinin cavabdeh cavabdeh4 tərəfindən zəbt edilməsinin məhz həmin tarixdən başlamış olması kimi bir hal müəyyən olunmamışdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş 2022-ci il # #### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh4 2020-ci il ## #### tarixində hər hansı hüquqi əsas olmadan hazırkı iş üzrə iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 4,6 kv.m qeyri-yaşayış sahəsinə qanunsuz daxil olması öz təsdiqini tapmışdır.
35. İddiaçının irəli sürdüyü faktiki hallar - maddi ziyanın əvəzinin ödənilməsi barədə tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə istinadən şəxsin əmlakından məhrum olması ona zərər vurulması anlamına gəlir ki, baxılan işin halları əsasında da cavabdeh cavabdeh4 hüquqazidd hərəkətləri səbəbindən iddiaçının 2020-ci il ## #### tarixindən 2023-cü il ## #### tarixinədək əmlakından məhrum edilmiş olduğu müəyyən olunur. Bu mənada, iddiaçı qeyd edilən dövr üzrə əmlakından qanunsuz məhrum olması ilə əlaqədar adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzinin (əldən çıxmış fayda) zərərvuran cavabdeh4 tutulmasını tələb etməkdə haqlı olmuşdur.
36. Ziyan məbləğinə gəldikdə isə qeyd edilmişdir ki, iddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsini icarəyə verdiyini, lakin cavabdehin oranı qanunsuz olaraq zəbt etməsi səbəbindən əmlakını icarəyə verib gəlir əldə etmək imkanından məhrum olduğunu əsas göstərməklə maddi ziyanın əvəzinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt edilən dövr üzrə eyni ərazidə və eyni şəraitdə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiyməti barədə qiymətləndirici təşkilatlardan müvafiq rəylər alınmışdır.
37. Kollegiya “xxxx” MMC tərəfindən verilmiş 2024-cü il ## ###### tarixli rəyi mötəbər sübut saymaqla rəydə göstərilən icarə qiymətlərini daha inandırıcı və ağlabatan hesab etmişdir. Belə ki, həmin rəylə iddiaçıya məxsus Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən ümumi sahəsi 4.6 kv.m olan qeyri-yaşayış sahəsi ilə eyni şəraitdə və eyni ərazidə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiyməti (zəbt dövrləri üzrə) 2020-ci ilin avqust-dekabr aylarında 50 manat (5 ay x 50 manat = 250 manat), 2021-ci il ərzində 50 manat (12 ay x 50 manat = 600 manat), 2022-ci ilin yanvaravqust aylarında 50 manat (8 ay x 50 manat = 400 manat), 2022-ci ilin sentyabr-dekabr aylarında 70 manat (4 ay x 70 manat = 280 manat), 2023-cü ilin yanvar-mart aylarında 70 manat (3 ay x 70 manat = 210 manat) (250+600+400+280+210 = 1740) manat olmuşdur.
38. “Qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt edilən dövr üzrə eyni ərazidə və eyni şəraitdə olan qeyri-yaşayış sahələrinin orta bazar icarə qiymətinin daha yüksək məbləğdə olması” barədə iddiaçı tərəfin arqumentini isə kollegiya əsassız saymışdır. Ona görə ki, qiymətləndirmə fəaliyyəti əmlaka vizual baxış keçirilməklə və qiymətləndirici qarşısında sual qoyulmuş tarixlər üzrə bazardakı icarə məbləğləri nəzərə alınmaqla həyata keçirilmişdir. Digər tərəfdən də mübahisəli obyektin aylıq icarə haqqı barədə alınan rəyin şübhə altına alınması və əslində icarə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Çünki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair alınmış rəylə müəyyən olunan icarə haqqı məbləğinin daha artıq olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Gəldiyi bu qənaətə uyğun olaraq kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə də zərurət olmadığını vurğulamışdır.
39. Həmçinin, iddiaçı digər cavabdehlər cavabdeh5, cavabdeh2 və cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını iddia etsə də, lakin bu barədə sübutlarını məhkəməyə təqdim etməmiş, eləcə də işin faktiki halları əsasında həmin cavabdehlərin iddiaçıya zərərvurma xüsusiyyətinə malik hərəkətlər etmiş olması müəyyən edilməmişdir.
40. Bundan başqa, şəxsiyyət hüquqlarının mahiyyəti və dairəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə müəyyən olunmuşdur və qeyri-yaşayış sahəsinin zəbt edilməsi əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərər kimi də qiymətləndirilmir.
41. İddiaçı cavabdeh cavabdeh4 qanunsuz hərəkətləri nəticəsində 2020-ci il # ######, 2020-ci il # ####### və 2020-ci il ## ###### tarixlərində xəstəxanaya müraciət etdiyini qeyd etsə də, iddiaçının məhkəməyə müraciətinin məhz cavabdeh cavabdeh4 hərəkətləri ilə bağlı olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də kollegiya iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbini əsaslı hesab etməmişdir.
42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il ## #### tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.1, 77.1 və 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
43. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
44. Kassator şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli qərarı və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli qərarı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il # ###### tarixli * nömrəli qərarının 1-ci bəndi üzrə bildirir ki, iddiaçı təmin edilmiş pul məbləği ilə razı deyil. Çünki şəhərin mərkəzində yerləşən obyektin icra haqqı 50-70 manat arası olması mümkün deyildir. Məhkəmənin bununla bağlı əsaslandığı rəylər isə tam əsassızdır və həqiqəti əks etdirmir. Hazırda iddiaçı həmin obyekti icarə müqaviləsi əsasında 400 manat icarəyə vermişdir. İcarə müqaviləsini də kassasiya şikayətinə əlavə edilir.
45. Bundan başqa işə baxan məhkəmələr mənəvi zərərə formal mülahizələrlə yanaşmış və iddianı həmin hissədə təmin etməmişlər. İstər cavabdehin təhqirləri, istərsə də iddiaçının cavabdehin qanunsuz əməlləri nəticəsində uzun müddət əsəb və stres keçirməsi iş materialları ilə də müəyyən edilir. Həmçinin cavabdehin iddiaçıya qarşı uzun məhkəmə çəkişmələri, dəfələrlə polisə şikayət edilməsi iddiaçıda dözülməz əsəb və stres yaratmışdır. Çünki, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalı və iddiaçının təqdim etdiyi sübutlar məhkəmə iclasında tədqiq edilərək onlara hüquqi qiymət verilməlidir.
46. Mülki Prosessual Məcəllənin 418.1-418.3-cü maddəsi üzrə - mübahisələndirilən qətnamə maddi və ya prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələrinə uyğun olaraq qismən yoxlanılacaqdır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür..”
“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər...” “Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.”
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il ## #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “...Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir....”
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ...82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
55. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
56. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır.
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.