Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-881/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya qarşı “mənəvi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi, mənəvi zərər) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X13 ilə cavabdeh İddiaçı arasında ##.##.2019-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 258 nömrə ilə qeydə alınmış nikahın pozulması, 2025-ci ilin iyul ayından başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2020-ci ildə doğulmuş X4 və ##.##.2023-cü ildə doğulmuş X1 üçün cavabdeh İddiaçı iddiaçı X13 xeyrinə hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi,qətnamənin alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi, Mediasiya xərcini tərəflər ayrı-ayrılıqda ödədiyinə görə dövlət rüsumunu ödəməkdən azad olmalarının nəzərə alınması, ödənilmiş mediasiya xərcinin iddiaçı X13 özünə aid edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilməsi, ərizəçi İddiaçı ilə maraqlı şəxs Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna arasında Şəki * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin atayla ünsiyyət hissəsində təsdiq edilməsi, İddiaçı və Şamxalova (Əhmədova) Marcina Mahamahacıyevnanın birgə nikahından dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 atayla ünsiyyət hüququnun hər həftənin cümə, şənbə və bazar günlərində təşkil olunması, saat intervalı cümə günü 17:00dan bazar günü 17:00-dək ünsiyyət təşkil olunması,bayram və rəsmi tətil günləri, istər şənbə günü, istərsə də bazar gününə təsadüf edərsə uşaqların ananın yanında qalması, uşaqların doğum günləri həftənin istənilən gününə təsadüf edərsə ananın yanında qalmaları və həmin günlər atanın istədiyi günlə əvəz olunması, ödənilmiş 100 manat dövlət rüsumunun ərizəçi İddiaçı özünə aid edilməsi qət edilmişdir. Balakən rayon Icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanmış, borclu Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Balakən rayon Icra və probasiya şöbəsi tərəfindən Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya ünvanlanmış ##.##.2026-cı il tarixli e*******/****-**-* nömrəli bildirişdə Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. Balakən rayon Şərif kəndində yaşayan Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnanın ##.##.2026-cı il tarixdə DIN-nin “102” xidməti zəng-mərkəzinə vurub verdiyi məlumat əsasında aparılmış araşdırmaya dair Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi, polis baş leytenentı Anar Tinətiyev tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli arayışda göstərilmişdir ki, Balakən rayon Şərif kənd sakini Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnanın ##.##.2026-cı il tarixdə DIN-nin “102” xidməti zəng-mərkəzinə zəng vuraraq keçmiş əri İddiaçı tərəfindən övladlarının geri qətirilməməsi və narahat olması ilə əlaqədar olaraq icraatına material daxil olmuşdur. Aparılmış araşdırma zamanı izahatının alınması ilə əlaqədar Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət olunan İddiaçı izahat verməkdən imtina etmişdir. Bununla bağlı arayış tərtib olunaraq materiala əlavə edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı toplanmış materialda heç bir hüquq pozuntusu aşkar olunmadığı üçün toplanmış material işə alınmalı və bununla bağlı müraciət müəllifi Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya rəsmi məktub ünvanlanaraq müraciətində göstərdiyi xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması ona izah olunmuşdur. Balakən Rayon Polis X6 Bölməsi tərəfindən ünvan 1 sakini Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya ünvanlaymış ##.##.2026-cı il tarixli məktubda göstərilmişdir ki, “Sizin ##.##.2026-ci il tarixdə DIN-nin “102” xidməti zəng-mərkəzinə zəng vurub verdiyiniz məlumat tərəfimizdən araşdırılmışdır. Müraciətinizdə qeyd olunan xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur”. Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl PB-nin növbətçisi, R Elçin Əyyubov tərəfindən Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl PB-nin rəisi, polis R-leytenentı Vilayət Allahverdiyevə ünvanlanmış raportda göstərilmişdir ki,”məruzə edərək bildiririk ki, ##.##.2026-cı il tarixdə saat 17:46 radələrində Balakən rayon Şərif kənd sakini Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna 050-715-18-76 nömrə ilə Azərbaycan Respublikası DIN-nin 102 xidmətinə zəng vuraraq keçmiş əri İddiaçı tərəfindən övladlarının ona gətirilməməsi və mütamadi olaraq narahat olunmasını bildirdi”. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnadan, iddiaçı İddiaçı uşaqları - ##.##.2020-ci ildə doğulmuş X4 və ##.##.2023-cü ildə doğulmuş X1 ilə ünsiyyətdə olmasının qarşını alması nəticəsində vurmuş olduğu mənəvi zərərin əvəzi olan 2.000 (iki min) manat pulun, hüquqi yardım göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 40(qırx) manat dövlət rüsumunun alınaraq (tutularaq) iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki * saylı Mediasiya Təşkilatının mediatorunun iştirakı ilə iddiaçı İddiaçı ilə cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna arasında ##.##.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişdə qeyd olunur ki, “...tərəflər iddiaçı İddiaçı və cavabdeh X14 birgə nikahından dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 himayəsinin ana X13 verilməsinə hər iki tərəf razılaşdı. Tərəflər İddiaçı və X14 birgə nikahdan dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 atayla ünsiyyət hüququnun hər həftənin Cümə, Şənbə və Bazar günləri görüşün təşkil olunmasına hər iki tərəf razılaşdı. Tərəflər saat intervalının Cümə günü 17:00 dən Bazar günü 17:00-dək ünsiyyətin təşkil olunmasına hər iki tərəf qərar verdilər. Bayram və rəsmi tətil günləri, istər Şənbə günü, istərsə də Bazar gününə təsadüf edərsə uşaqlar ananın yanında qalacaq. Uşaqların doğum günləri həftənin istənilən gününə təsadüf edərsə ananın yanında qalacaq və həmin günlərin atanın istədiyi günlə əvəz olunmasına tərəflər qərar verdilər. Bundan əlavə olaraq ## #### 2025-ci il və ## #### 2025-ci il tarixlərində uşaqlar anada olacaq. Aliment tələbi - Tərəflər İddiaçı və cavabdeh X13 birgə nikahdan dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 yaşayışı üçün nəzərdə tutulan aliment tələbi hər ay hər bir uşaq toplamda 300 AZN aliment məbləğini yalnız sazişin imzalandığı gündən 3 ay ərzində aprel, may, iyun ayları üçün tətbiq olunacaq. Mediasiya ödənişi ilə bağlı qəbzdən və mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, Şəki * saylı Mediasiya Təşkilatının hesabına İddiaçı 300 manat və X13 100 manat olmaqla müştərək qaydada ödəmişlər.” Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2(019)- 604/2025 iş nömrəli qətnaməsinə əsasən, X13 ilə İddiaçı arasında ##.##.2019-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 258 nömrə ilə qeydə alınmış nikahın pozulması, 2025-ci ilin iyul ayından başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2020-ci ildə doğulmuş X4 və ##.##.2023-cü ildə doğulmuş X1 üçün cavabdeh İddiaçı iddiaçı X13 xeyrinə hər ay hər uşaq üçün - sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində aliment tutulması və s. qət edilmişdir. Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna tərəfindən ##.##.2025-ci il tarixli barışıq sazişinin “Atayla ünsiyyət” başlıqlı 2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəlikləri, yəni, “Tərəflər İddiaçı və X14 birgə nigahdan dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 atayla ünsiyyət hüququnun hər həftənin Cümə, Şənbə və Bazar günləri görüşün təşkil olunmasına hər iki tərəf razılaşdı. Tərəflər saat intervalının Cümə günü 17:00 dan Bazar günü 17:00-dək ünsiyyətin təşkil olunmasına hər iki tərəf qərar verdilər. Bayram və rəsmi tətil günləri, istər Şənbə günü, istərsə də Bazar gününə təsadüf edərsə uşaqlar ananın yanında qalacaq. Uşaqların doğum günləri həftənin istənilən gününə təsadüf edərsə ananın yanında qalacaq və həmin günlərin atanın istədiyi günlə əvəz olunmasına tərəflər qərar verdilər. Bundan əlavə olaraq ## #### 2025-ci il və ## #### 2025-ci il tarixlərində uşaqlar anada olacaq.” hissəsinin qəsdən etməməsi səbəbindən İddiaçı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir.Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(5- 112)-194/2026 iş nömrəli qətnaməsinə əsasən, ərizənin təmin edilməsi; ərizəçi İddiaçı ilə maraqlı şəxs Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna arasında Şəki * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin atayla ünsiyyət hissəsində təsdiq edilməsi; İddiaçı və Şamxalova (Əhmədova) Marcina Mahamahacıyevnanın birgə nigahından dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 atayla ünsiyyət hüququnun hər həftənin cümə, şənbə və bazar günlərində təşkil olunması; saat intervalının cümə günü 17:00-dan bazar günü 17:00-dək ünsiyyətin təşkil olunması; bayram və rəsmi tətil günləri, istər şənbə günü, istərsə də bazar gününə təsadüf edərsə uşaqların ananın yanında qalması; uşaqların doğum günləri həftənin istənilən gününə təsadüf edərsə ananın yanında qalması və həmin günlərin atanın istədiyi günlə əvəz olunması qət edilmişdir.Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna həmin işlə bağlı məhkəmə prosesində özü də etiraf etmişdir ki, o uşaqların ataları ilə ünsiyyət hüququnun həyata keçrilməsinə maneə yaradır. Göründüyü kimi, iş üzrə cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna iddiaçı İddiaçı uşaqları ilə ünsiyyət hüququnu heç bir qanuni əsas olmadan ## ###### 2026-cı il tarixindən bu yana pozur (məhrum etmə, uşaqla bağları zədələyəcək dərəcədə məhdudlaşdırma, uşağa psixoloji təsir göstərməklə valideyni ilə bağlı pis fikir yaratma) və nəticə etibarı ilə iddiaçı İddiaçı ağır psixoloji və mənəvi sarsıntılar keçirir. Hesab edirik ki, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnanın iddiaçı İddiaçı vurmuş olduğu mənəvi zərərin əvəzi 2.000 (iki min) manatdır. Məhkəmə iclasında iddiaçı İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna 2026-cı ilin yanvar ayından may ayının sinuna kimi onun uşaqları ilə ünsiyyətinə imkan verməmişdir, Hətta onun uşaqları ilə ünsiyyətdə olmaması üçün iki ay uşaqları məktəbə buraxmamışdır. Məhkəmə iclasında cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, iddiaçı tərəf Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli və ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnamələrini təqdim etmişdir. Sübut qismində təqdim edilmiş Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi tərəflər arasında bağlanmış nikahın pozulması və alimentin ödənilməsi ilə bağlıdır ki, hazırki iddia ilə hər hansı əlaqəsi olmamaqla iddianın əsaslı olmasına dəlalət etmir. Eyni zamanda, sübut qismində təqdim edilmiş Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən göründüyü kimi, qeyd olunan iş üzrə maraqlı şəxs qismində iştirak edən Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna izahatında bildirmişdir ki, ərizəçinin uşaqları əlindən almasından qorxduğu üçün 3 həftədir ki, onların atası ilə görüşmələrinə icazə vermir, ərizənin təmin edilməsinə etirazı yoxdur, qanuni qərar çıxarılmasını xahiş edir. Halbuki, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna tərəfindən məhkəməyə təqdim edilmiş Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən göründüyü kimi, ərizəçi Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ## ##### 2025-ci il tarixində bağlanmış MŞŞ/Ş1- ****-***** nömrəli barışıq sazişinin təsdiq edilməsini xahiş etmiş, qeyd olunan iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən maraqlı şəxs İddiaçı izahatında bildirmişdir ki, onun aliment borcu yoxdur, lakin qəbzləri təqdim edə bilmir, uşaqları ərizəçinin evində it olduğundan gətirib ona təhvil vermir, barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur və qalan borcunu hissə-hissə ödəyəcəkdir. Göründüyü kimi, Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna uşaqlarının atası ilə ünsiyyətinə heç vaxt maneə olmamış, uşaqlarının əlindən almasından qorxduğu üçün 3 həftə müddətində onların atası ilə görüşmələrinə icazə verməmiş, bununla yanaşı tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, gələcəkdə atanın uşaqları geri qaytarmayacağı halda onun qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görmüşdür.Buna səbəb isə, ## ###### 2026-cı il tarixdə Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnanın uşaqlarının iddiaçı ilə ünsiyyətdə olmasına şərait yaradaraq ona təhvil verməsi, sonuncunun isə ## ###### 2026-cı il tarixdə uşaqları anasına təhvil verməməsi olmuşdur. Belə ki, iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə, saat 17:00-da uşaqları anasına təhvil verməkdən imtina etdiyindən, həmin gün saat 17:46-da Əhmədova (Şamxalova) X12 Işlər Nazirliyinin 102 Xidmətinə müvafiq şikayət ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında aparılan araşdırma zamanı İddiaçı izahat verməkdən imtina etmiş, nəticədə şikayətin mülki xarakterli olması və müvafiq tələblə məhkəməyə müraciət etməli olması Balakən RPŞ-nin Qabaqçöl PB tərəfindən Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya izah edilmişdir.Göründüyü kimi, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 3.1.15-ci bəndinin tələbinə əsasən, mənəvi zərər tələbi o halda yarana bilər ki, valideynin uşaqla ünsiyyət hüququ qanuni əsaslar olmadan digər valideyn və ya başqa şəxslər tərəfindən pozulsun, nəticədə məhrum etmə, uşaqla bağları zədələyəcək dərəcədə məhdudlaşdırma, uşağa psixoloji təsir göstərməklə valideyni ilə bağlı pis fikir yaratma halı mövcud olsun. Işin faktiki hallarından göründüyü kimi, cavabdeh atanın uşaqlarla ünsiyyətdə olmasına maneə olarkən sadalanan hallara yol verməmiş, iddiaçının da Balakən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli iş materiallarında verdiyi izahatında təsdiq etdiyi kimi, atanın ünsiyyətdən sonra uşaqların anaya təhvil verilməsini imtina etdiyindən və hüquqi əsas olmadan əlavə 5 gün müddətində uşaqları öz yanında saxladığından, cavabdeh barışıq sazişi məhkəmə qaydasında təsdiq olunana və qəbul edilmiş edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək uşaqların ata ilə ünsiyyətdə olmasına şərait yaratmamış, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra atanın uşaqlarla ünsiyyətinə daim şərait yaratmışdır. Uşaqların məktəbə getməmələri ilə bağlı qeyd edir ki, uşaqlar mart ayında tətil günləri ilə birlikdə 25 gün məktəbə getməmşlər. Onların məktəbə getməmələrinin bir səbəbi də o olmuşdur ki, məktəbdə işləyən Vüqar adlı şəxs tənəffüs vaxtlarında uşaqları məktəbdə ayrıca otağa apararaq onların ataları ilə görüntülü danışdırmışdır. Bu səbəbdən o, məktəbin direktorundan şikayət etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi (hakim: H.Səlimov) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnadan mənəvi ziyana görə 1000 manat, vəkilin göstərdiyi hüquqi yardım üçün xərcə görə 150 manat, cəmi 1150 (bir min yüz əlli ) manat və ödənmiş dövlət rüsumuna görə 31,50 manat alınıb iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2025-ci ilin avqust ayından ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından olan uşaqları-##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 cavabdehin yanındadırlar. Iddiaçı İddiaçı uşaqlarına çox bağlıdır. Onun uşaqları hər gün görmək,onlarla ünsiyyətdə olmaq üçün bütün vasitələrdən- o,cümlədən X4 ilə məktəbdə tənəffüs vaxtı onunla görüntülü danışmaq istəməsi bunun bariz nümunəsidir. Cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna iki aydan artıq müddətdə iddiaçı İddiaçı uşaqları ilə ünsiyyətdən məhrum etməklə ona böyük iztirab vermiş, onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh tərəfindən mənəvi ziyanın vurulması istisna olunur və barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək uşaqların ata ilə ünsiyyətdə olmamasına səbəb atanın qərəzli hərəkətləri olmuş, sonuncunun barışıq sazişinin tələblərini pozaraq uşaqları anasına təhvil verməməsi olmuşdur. Iş üzrə yekun qətnamə qəbul etdiyi zaman, yəni ## #### 2026-cı il tarixdə uşaqların ananın yanında olmalı olmasına, atanın uşaqları anaya yenə də barışıq sazişinin şərtlərinə uyğun təhvil verməməsinə əhəmiyyət verməmiş, sadalanan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Iddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, cavabdeh tərəf başqa işi olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
24. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. Insan ləyaqəti qorunur və ona hörmət edilir. III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 4 7 . Fikir və söz azadlığı. İ. Hər kəsin fikir və söz azadlığı vardır. II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 5 7 . Müraciət etmək hüququ. II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 61.4. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ##### 2020-ci il il tarixli qərarında göstərilmişdir ki: “....Hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir”. “....Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir”.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ### 2002-ci il il tarixli qərarında göstərilmişdir ki: “....Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, mübahisə şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnaya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnadan, iddiaçı İddiaçı uşaqları - ##.##.2020-ci ildə doğulmuş X4 və ##.##.2023-cü ildə doğulmuş X1 ilə ünsiyyətdə olmasının qarşını alması nəticəsində vurmuş olduğu mənəvi zərərin əvəzi olan 2.000 (iki min) manat pulun, hüquqi yardım göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 40(qırx) manat dövlət rüsumunun alınaraq (tutularaq) iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur. Nəzərə alınmalıdır ki, insan varlığını təşkil edən dəyərlərin sadalanması mümkün olmadığı üçün şəxsiyyət hüquqlarının dairəsi qeyri-məhduddur. Ona görə də qanunvericilikdə birbaşa göstərilən hüquqlarla yanaşı, yuxarıda sadalanan xüsusiyyətlərə malik olan digər hüquqlar və azadlıqlar da insanın ləyaqətinin və dəyərinin qorunması məqsədilə şəxsiyyət hüquqları çərçivəsində qiymətləndirilə bilər. Bundan başqa, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında (3.1.2 və 3.1.3 bənd) qeyd edilmişdir ki, ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ailə üzvlərindən qarşılıqlı yardım və hörmət gözləmək hüququ, ər-arvadın özünə soyad seçmək hüququ, ər-arvadın hüquq bərabərliyi, valideynlərin uşaqların tərbiyəsində, təhsilində iştirak etmək, onlarla ünsiyyət hüququ, uşaqların ad, ata adı və soyad daşımaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq, təhsil almaq, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmaqdan, istismar və zərərli təsirlərdən, cinsi istismardan, cinsi və məişət zorakılığından müdafiə olunmaq və sair hüquqlar aiddir. Aliment və əlavə xərclər almaq hüququ özü-özlüyündə əmlak hüquqları olsa da, bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər. Ailə münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının əksəriyyəti qarşı tərəfin öhdəliyi ilə şərtləndirildiyindən, bu öhdəliklərin pozulması şəxsiyyət hüquqlarına müdaxilə ilə nəticələnən hüquqazidd əməl qismində çıxış edir. Məsələn, valideynlərdən birinin digərinə uşağı ilə ünsiyyətinə mane olması Ailə Məcəlləsinin 61.2-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin pozulmasına səbəb olmaqla, ünsiyyət istəyən valideynin uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüququna hüquqazidd müdaxilə hesab ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna ilə ##.##.2019-cu il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər, nikahlarını ## ###### 2019-cu il tarixdə 258 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından ##.##.2020-ci ildə X4, ##.##.2023-cü ildə X1 adında uşaqlar doğulmuşdur. 2025-ci ilin aprel ayında aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Onlar 2025-ci ilin iyun ayında barışmışlar, avqust ayında isə yenidən ayrılmışlar. Tərəflər nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişlər. Onlar uşaqların Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnanın himayəsində qalmasına, birgə nikahdan doğulmuş uşaqların cümə günü saat 17:00-dan bazar günü 17:00-dək ataları ilə ünsiyyətdə olmalarına, uşaqların saxlanılması üçün hər bir uşaq üçün 150 manat cəmi 300 manat alimentin barışıq sazişinin imzalandığı gündən üç ay ərzində, aprel, may, iyun ayları üçün tətbiq olunacağı barədə tələblər üzrə razılaşmışlar və aralarında barışıq sazişi bağlanmışdır. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı X13 ilə cavabdeh İddiaçı arasında ##.##.2019-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 258 nömrə ilə qeydə alınmış nikahın pozulması, 2025-ci ilin iyul ayından başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2020-ci ildə doğulmuş X4 və ##.##.2023-cü ildə doğulmuş X1 üçün cavabdeh İddiaçı iddiaçı X13 xeyrinə hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi,qətnamənin alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna 2026-cı ilin fevral ayının əvvəlindən başlayaraq Şəki * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin ata İddiaçı uşaqları ünsiyyətinə aid hissəsindəki şərtlərə əməl etməmiş, İddiaçı uşaqları ilə ünsiyyətindən məhrum etmişdir. Bu səbəbdən İddiaçı ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin atayla ünsiyyət hissəsində təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-112)- ***/**** nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, ərizəçi İddiaçı ilə maraqlı şəxs Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna arasında Şəki * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin atayla ünsiyyət hissəsində təsdiq edilməsi, İddiaçı və Şamxalova (Əhmədova) Marcina Mahamahacıyevnanın birgə nikahından dünyaya gələn ##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 atayla ünsiyyət hüququnun hər həftənin cümə, şənbə və bazar günlərində təşkil olunması, saat intervalı cümə günü 17:00-dan bazar günü 17:00-dək ünsiyyət təşkil olunması, bayram və rəsmi tətil günləri, istər şənbə günü, istərsə də bazar gününə təsadüf edərsə uşaqların ananın yanında qalması, uşaqların doğum günləri həftənin istənilən gününə təsadüf edərsə ananın yanında qalmaları və həmin günlər atanın istədiyi günlə əvəz olunması qət edilmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, uşaqların cəmiyyətdə, ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Şəxsiyyət hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlar olduğundan, bu hüquqlara hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır. Valideynlərin (övladlığa götürənlərin) uşaqları (övladlığa götürülənləri) barədə olan şəxsiyyət hüquqlarına onların tərbiyə və təhsilində iştirak etmək, ünsiyyətdə olmaq və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlar aiddir. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarının 3.1.15-ci bəndində xüsusilə qeyd edilmişdir ki, valideynin uşaqla ünsiyyət hüququnun qanuni əsaslar olmadan digər valideyn və ya başqa şəxslər tərəfindən pozulması (məhrum etmə, uşaqla bağları zədələyəcək dərəcədə məhdudlaşdırma, uşağa psixoloji təsir göstərməklə valideyni ilə bağlı pis fikir yaratma) onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə olduğundan, mənəvi zərərin yaranmasına səbəb ola bilər. Bu baxımdan ünsiyyət hüququ pozulmuş valideyn mənəvi zərərin kompensasiyası tələblərini uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair iddia ilə birlikdə və ya ayrılıqda qaldıra bilər. Bu zaman məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı, ünsiyyətin pozulduğu müddəti, valideynlə uşağın emosional bağlılığı və digər halları, habelə bu hüququn pozulmasının buna dair məhkəmə qərarının icra edilməməsi deyil, məhkəmə müstəvisinə çıxanadək ünsiyyət tələb edən valideynin cavabdeh tərəfdən qanunla müəyyən edilmiş öhdəliyin icrasını tələb etdiyi andan yarandığı nəzərə alınmalıdır. Işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, “...2025-ci ilin avqust ayından ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından olan uşaqları-##.##.2020-ci il doğumlu X4 və ##.##.2023-cü il doğumlu X1 cavabdehin yanındadırlar. Iddiaçı İddiaçı uşaqlarına çox bağlıdır. Onun uşaqları hər gün görmək, onlarla ünsiyyətdə olmaq üçün bütün vasitələrdən o, cümlədən X4 ilə məktəbdə tənəffüs vaxtı onunla görüntülü danışmaq istəməsi bunun bariz nümunəsidir. Cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna iki aydan artıq müddətdə iddiaçı İddiaçı uşaqları ilə ünsiyyətdən məhrum etməklə ona böyük iztirab vermiş, onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur”. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən zaman daha sonra qeyd edir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Bundan başqa, “Qnaore Fransaya qarşı işdə” də Avropa Məhkəməsi qeyd etmişdir ki, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir. Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Buradan belə nəticə çıxır ki, ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilər və şəxsi münasibətlərin qorunub saxlanması və məqsədəuyğun hallarda ailə münasibətlərinin “bərpa edilməsi” üçün mümkün olan hər şey edilməlidir. Məhkəmə kollegiyası mənəvi zərərin tutulması ilə bağlı əlavə olaraq qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bundan başqa, Avropa Insan Hüquqları Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Kollegiya daha sonra qeyd edir ki, mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il ## ######## tarixli qərarında Avropa Insan Hüquqları Məhkəməsi, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi zərərin həcmi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Bundan başqa, mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Bundan başqa, Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı iş” üzrə ## #### 2010-cu il tarixli qərarında da qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Hazırki işdən də göründüyü kimi, cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevna iddiaçını öz doğma uşları ilə uzun müddət (tərəfin özünün etirafı ilə ən azı üç həftə) ünsiyyətdən məhrum etməklə, onlara görüşməyə şərait yaratmamaqla ona böyük iztirab vermiş və onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, valideynlərlə uşaqlar arasında ailə əlaqələri yalnız son dərəcə müstəsna hallarda kəsilə bilərki hazırki işdə də belə bir müstəsna hal müəyyən edilməmədədir. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 1000 manat məbləğində pul tutulması ağlabatandır. Belə ki, mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz (“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı 5.9; 7.3, 7.4-cü bəndlər). Bundan başqa, Avropa Insan Hüquqları Məhkəməsinin “Oyalın Türkiyəyə qarşı işi üzrə ## #### 2010-cu il tarixli ****/** nömrəli qərarından da görünür ki, dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Avropa Insan Hüquqları Məhkəməsi, təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumenti ilə bağlı qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz”. Kollegiya hesab edir ki, mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. Məhkəmə kollegiyası bu cür nəticəyə gələrkən nəzərə alır ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəymiş olması şübhəsiz olsa da, dəymiş mənəvi zərərə görə tələb edilən məbləğ hədsiz dərəcədə yüksək olmuşdur. Belə ki, mənəvi zərər məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və məhz bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi zərər məbləği ağlabatan deyildir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Birinci instansiyası məhkəməsinin qətnaməsindən də görünür ki, zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən, yuxarıda şərh edilən hallar həmin məhkəmə tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Əhmədova (Şamxalova) Marcina Mahamahacıyevnanın apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.