Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1117/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, iddiaçı ##.##.2026-cı il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmış, iddiaçı İddiaçı yenidən ##.##.2026-cı il tarixdə ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və mülki iş ## ###### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq ##.##.2026-cı il tarixə məhkəmə baxışı təyin edilmiş, ##.##.2026-cı il tarixdə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən Apellyasiya Məhkəməsinin 2(3-9)- ***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ləğv edilərək, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-cı maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə ##.##.2026-cı il tarixli qərardaddan şikayət vermiş və şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab ediilmiş və Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardaddan iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş Ağcabədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 361.1-ci maddəsi apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formada verilməsini tələb edir. Həmin Məcəllənin 361.1.4–361.1.6-cı maddələrinə görə, şikayətdən ərizəçinin hansı nəticənin qəbulunu istədiyi, məhkəmə aktını hansı həcmdə mübahisələndirdiyi, onunla razılaşmamasının konkret səbəbləri, istinad etdiyi faktlar və bunları təsdiqləyən sübutlar aydın olmalıdır. Məcəlləyə əlavə edilmiş apellyasiya şikayəti formasında da mübahisələndirilən faktiki halların və iddia olunan hüquq pozuntularının izah edilməsi nəzərdə tutulur. (AR MPM Əlavə 2) MPM-in 364.1-ci maddəsi bu tələblərə uyğunluğun ilkin yoxlanılmasını birinci instansiya məhkəməsinə həvalə edir. Məcəllənin 363.1.1-1-ci maddəsi isə 361-ci maddənin tələblərinə əməl olunmadan verilmiş apellyasiya şikayətinin qaytarılması üçün ayrıca hüquqi əsas müəyyən edir. Beləliklə, şikayətin vaxtında təqdim edilməsi ilə onun forma və məzmununun qanuna uyğun olması ayrı-ayrı prosessual şərtlərdir. Bu şərtlərdən birinə riayət olunması digərinin yoxlanılmasını istisna etmir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin məzmununa dair tələblər məhkəmə müdafiəsindən istifadəni əsassız çətinləşdirən şəkildə tətbiq edilməməlidir. Şikayətdə hüquqi terminlərdən qeyri-dəqiq istifadə olunması və ya mətnin müəyyən hissələrinin təkrarlanması özlüyündə onun qaytarılması üçün yetərli sayıla bilməz. Əhəmiyyətli olan şikayətin bütöv məzmunundan mübahisələndirilən məhkəmə nəticəsinin, həmin nəticəyə qarşı irəli sürülən konkret etirazların və tələb olunan prosessual nəticənin müəyyənləşdirilə bilməsidir. Eyni zamanda, şikayətin mümkünlüyünün yoxlanılması zamanı dəlillərin göstərilib-göstərilməməsi ilə onların mahiyyətcə əsaslı olub-olmaması fərqləndirilməlidir. Mübahisələndirilən qərardaddan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətinin icraata qəbuluna dair əvvəlki qərardad ləğv edilmiş və iş şikayətin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Yəni iş Ağcabədi Rayon Məhkəməsinə daxil olduqdan sonra həmin məhkəmə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş tələblərə cavab verib-vermədiyini yenidən yoxlamalı və nəticəsindən asılı olaraq müvafiq prosessual qərar qəbul etməli idi. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadında apellyasiya şikayətinin 22 səhifədən ibarət olduğunu, mətnin müəyyən aralıqlarla təkrarlandığını, həmçinin maddi və prosessual hüquq normalarının pozulmasına dair irəli sürülən etirazların konkretləşdirilmədiyini göstərmişdir. Qərardadda şikayətin qaytarılması yalnız onun həcmindən və təkrarlanan hissələrdən ibarət olmasından irəli gələn nəticə kimi təqdim edilməmiş, qətnamə qəbul edilərkən yol verildiyi iddia olunan hüquq pozuntularının nədən ibarət olduğunun açıqlanmaması da qeyd edilmişdir. Hazırkı məsələnin həlli baxımından hüquqi əhəmiyyət daşıyan hal məhz şikayətin məzmununa dair bu çatışmazlıqdır. Hazırkı şikayət üzrə həll edilməli olan məsələ isə ##.##.2026-cı il tarixli qərardadla qaytarılmış apellyasiya şikayətinin həmin qərardad qəbul edilərkən qanunun tələblərinə uyğun olub-olmaması və onun qaytarılması üçün prosessual əsasların mövcudluğudur. Buna görə də sonradan təqdim edilmiş müraciətə ayrıca qiymət verilməsi zərurəti özlüyündə mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Iddiaçının elektron imza əldə etməsi və elektron kabinet vasitəsilə müraciət göndərməsi barədə bildirdikləri də şikayətin məhkəməyə təqdim olunma üsuluna aiddir. Elektron qaydada göndərilmiş sənədin məzmununun qanunun tələblərinə uyğunluğu ayrıca yoxlanılmalıdır. Odur ki, elektron sistem vasitəsilə müraciət edilməsi faktı şikayətin tələb olunan məzmunda tərtib olunduğunu avtomatik təsdiq etmir. Hazırkı halda forma və məzmun nöqsanlarına hüquqi qiymət verilərkən əsas götürülməli norma MPM-in 363.1.1-1-ci maddəsidir. Şikayətin əvvəllər apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və icraata qəbul olunması barədə dəlil də mübahisələndirilən qərardadın ləğvini özlüyündə şərtləndirmir. Belə ki, iddiaçının istinad etdiyi ##.##.2026-cı il tarixli qəbul qərardadı sonradan ##.##.2026-cı il tarixli qərardadla ləğv edilmişdir. Bu prosessual vəziyyətdə əvvəlki qəbul qərardadına istinad olunması şikayətin uyğunluğunun yenidən yoxlanılması zərurətini aradan qaldırmır və birinci instansiya məhkəməsinin belə yoxlamanın nəticəsinə uyğun qərar qəbul etməsinə mane olmur. Iddiaçının MPM-in 155.1–155.3-cü maddələrinə istinadı da hazırkı məsələyə aid deyildir. Həmin müddəalar qarşılıqlı iddianın verilməsini tənzimləyir. Hazırkı halda isə qarşılıqlı iddianın qəbul edilməsi deyil, artıq çıxarılmış qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması mübahisələndirilir. Eləcə də məhkəmə baxışının başlanması və işə baxılmasının təxirə salınması barədə normalara istinad apellyasiya şikayətinin məzmununa qoyulan tələblərin yerinə yetirildiyini göstərmir. Müraciətin mətnində onun “iddia ərizəsi” adlandırılması da baxılan prosessual məsələnin hüquqi mahiyyətini dəyişmir. Kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsinin qərardadında müddətlərə və elektron icraata dair normaların göstərilməsi həmin normaların tətbiqi üçün zəruri faktiki şərtlərin müəyyən edilməsi vəzifəsini əvəz etmir. Bununla belə, şikayətin 361-ci maddənin tələblərinə uyğun olmaması müəyyən edildikdə, qaytarılmanın hüquqi əsası MPM-in 363.1.1-1-ci maddəsi üzrə mövcud olur. MPM-in 387.1-ci maddəsinə görə də prosessual hüququn tətbiqindəki səhvin məhkəmə aktının ləğvinə səbəb olması üçün onun yanlış nəticənin qəbuluna gətirib çıxarması tələb olunur. Beləliklə, apellyasiya şikayətinin qaytarılmasını şərtləndirən məzmun nöqsanları ilə bağlı yuxarıda göstərilənlər nəzərə alınmaqla, iddiaçının şikayətin vaxtında verilməsi, əvvəlcə icraata qəbul olunması və müəyyən məlumatların onun mətnindən çıxarılması barədə dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün kifayət etmir. Buna görə də MPM-in 398.0.1-ci maddəsinə uyğun olaraq, iddiaçı İddiaçı şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə “iddia ərizəsi” adı altında apellyasiya şikayəti yükləmişdir. Həmin müraciət mübahisələndirilən ##.##.2026-cı il tarixli qərardadın qəbulundan sonra təqdim edildiyindən, onun məzmunu və təqdim edilmə tarixi nəzərə alınmaqla, prosessual tələblərə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən ayrıca yoxlanılmalı və nəticəsindən asılı olaraq müvafiq prosessual qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1117/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1117/2026
11.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver