Məhkəmə qərarları › İş №2(002)-1867/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1867/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1867/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü ildə Ələt qəsəbəsində doğulmuş arvadı X1 xx xxxxx 2020-ci il tarixdə Ələt qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, anası X4 xx.xx.1953-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində doğulmuşdur. xx xxxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış, həkim çağırmışlar, lakin həkim gələnə kimi vəfat etmişdir. Arvadını el adəti ilə dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur, özü həkimdir. X4 hər hansı xəstəlikdən əziyyət çəkmirdi, xx xxxxx 2020-cu il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Həkim kimi hesab edir ki, tromb səbəbindən qəfləti ölüm baş vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçinin qohumudur. X4 onun bacısı olmaqla hər hansı xəstəlikdən əziyyət çəkmirdi, xx xxxxx 2020-cu il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X7 Stansiyası” X17 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 316 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit diaqnozu qeydə alınmışdır. Laborator müayinə nəticəsi neqativ çıxmışdır. İş materiallarında olan Azərbaycan Resoublikası Səhiyyə Nazirliyi 32 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, X4 2014-cü ildən poliklinikaya müraciət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Ələt bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2020-ci il tarixində vəfat etmiş və Ələt qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan X6, X5 və X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X4 xx.xx.2020-ci il tarixində vəfat etmiş və Ələt qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan X2 məxsus AZE No 16123334 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1953-cü il tarixdə Salyan rayonu, Atbulaq kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi, 20 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan AZ seriyalı, 192455 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.1971-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Salyan rayon Qeydiyyat şöbəsində qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin arvadı, xx.xx.1953-cü il təvəllüdlü X1 xx xxxxx 2020-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi arvadı - xx.xx.1953-cü il təvəllüdlü X1 xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar