Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1871/2022 10.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı nəqliyyat vasitəsinə verilmiş sərəncam hüququna dair səlahiyyət üzrə etibarnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 nəqliyyat vasitəsinə verilmiş sərəncam huququna dair səlahiyyət üzrə etibarnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddiaçı X1 iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalı, iddiaçıya etibarnamənin ləğvi ilə bağlı Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Cavabdeh1 verilmiş səlahiyyət üzrə etibarnamənin ləğv edilməsinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı X2 etibarnamənin ləğvi ilə bağlı Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1871/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1871/2022
10.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver