Məhkəmə qərarları › İş №2(002)-1883/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1883/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1883/2021 24.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 noyabr 1966-cı ildə Xaçmaz şəhərində doğulmuş həyat yoldaşı X5 24 mart 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 4 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X11 onun həyat yoldaşı olmaqla 30 noyabr 1966-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, ürək xəstəsi olsa da evdə müalicə almış, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 4 ünvanında 24 mart 2021-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim gələnə qədər vəfat etmişdir. Daha sonra həyat yoldaşı X8 el adət-ənənəsinə uyğun olaraq dəfn etmişlər. Onun başı həyat yoldaşının dəfninə və dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ərinin xəstəxana qeydiyyatı və ölüm haqqında tibbi şəhadətnamə olmadığından, Qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməsini izah etmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, Qızıldaş qəsəbəsində ərizəçinin qonşusudur. X11 ürək xəstəliyindən əziyyət çəkməklə 24 mart 2021-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, Qızıldaş qəsəbəsində ərizəçinin qonşusudur. X11 ürək xəstəliyindən əziyyət çəkməklə 24 mart 2021-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının 73 saylı, 07.05.2021ci il tarixli arayışından görünür ki, 30.11.1966-cı il tarixdə anadan olan Qaradağ rayonu, Qızıldaş qəsəbəsində qeydiyyatsız yaşayan, 24.03.2021-ci il tarixdə vəfat etmiş X10 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Qaradağ rayon Qızıldaş bələdiyyəsi tərəfindən verilmiş 111 saylı, 18.05.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Qızıldaş qəsəbəsi, massiv 4-də fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan Qaradağ rayon Qızıldaş bələdiyyəsi tərəfindən verilmiş 64 saylı, 01.04.2021-ci il tarixli arayışdan görünür ki, X11 həqiqətən Qızıldaş qəsəbəsi, massiv 4-də fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 24 mart 2021-ci il tarixdə saat 21:30 radələrində Qızıldaş qəsəbəsinə X6 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Ölümün ilkin səbəbi kimi ürək-qan damar xəstəliyi qeyd olunmuşdur. İş materiallarında olan V-JQ seriyalı, 435227 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X1 18.06.1991-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada “Alışova” soyadı verilmişdir. İş materiallarında olan X10 məxsus AZE No 14537537 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 30.11.1966-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı 30 noyabr 1966-cı ildə Xaçmaz şəhərində doğulmuş X5 24 mart 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 4 ünvanında vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli Qərarının 9cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı 30 noyabr 1966-cı ildə Xaçmaz şəhərində doğulmuş X5 24 mart 2021ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 4 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar