Məhkəmə qərarları › İş №2(002)-1885/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1885/2023

14.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1885/2023 14.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd yataq mebel dəsti + 1 ədəd qonaq otağı mebel dəsti – 5.000 manat dəyərində; 1 ədəd künc divanı – 1.250 manat dəyərində; 2 ədəd çilçıraq – 250 manat dəyərində; 1 ədəd tozsoran – 250 manat dəyərində; 6 ədəd xalça – 600 manat dəyərində; 1 ədəd yataq örtüyü dəsti – 180 manat dəyərində; 2 ədəd (2 otaq üçün) pərdə – 500 manat dəyərində; 2 ədəd karniz – 100 manat dəyərində; 1 ədəd döşək – 50 manut dəyərində; 1 ədəd yorğan – 20 manat dəyərində; 6 ədəd yastıq - 180 manat dəyərində; döşək yorğan üzləri – 120 manat dəyərində; 2 ədəd 1 nəfərlik odeyal – 70 manat dəyərində; 3 ədəd süfrə – 100 manat dəyərində; 10 ədəd əl-üz dəsmalı – 100 manat dəyərində; 12 ədəd çay dəsmalı – 60 manat dəyərində; 2 ədəd prostınya-çexol dəsti (1 nəfərlik) – 100 manat dəyərində; 5 ədəd prostınya-çexol dəsti (2 nəfərlik) – 500 manat dəyərində; 1 ədəd divan örtüyü (3-lü hissə) – 200 manat dəyərində; 1 ədəd uşaq çarpayısı – 300 manat dəyərində; 1 ədəd yorğan dəsti – 50 manat dəyərində; 1 ədəd şirəçəkən – 200 manat dəyərində; 1 ədəd termos – 15 manat dəyərində; 1 ədəd ütü – 40 manat dəyərində; 1 ədəd elektrik sobası (duxovka) – 250 manat dəyərində; 1 ədəd elektrik samovarı (çaynikli) – 55 manat dəyərində; 1 ədəd toster – 50 manat dəyərində; 1 ədəd mikser – 250 manat dəyərində; 1 ədəd ütüaltı masa – 90 manat dəyərində; 1 ədəd qazan dəsti – 150 manat dəyərində; 1 ədəd qaşıq-bıçaq-çəngəl dəsti – 300 manat dəyərində; 1 ədəd boşqab dəsti – 300 manat dəyərində; 1 ədəd çömçə dəsti – 25 manat dəyərində; 1 ədəd məcməyi dəsti – 35 manat dəyərində; 1 ədəd uzun fujer dəsti – 25 manat dəyərində; 1 ədəd bokal-stəkan dəsti – 25 manat dəyərində; 1 ədəd qısa fujer dəsti – 25 manat dəyərində; 2 ədəd büllur qənd qabı – 150 manat dəyərində; 1 ədəd büllur viski dəsti – 150 manat dəyərində; 1 ədəd şüşə meyvə qabı – 20 manat dəyərində; 2 ədəd şüşə qənd qabı – 30 manat dəyərində; 1 ədəd siyirtmə üçün dəst (meyvə qabı + qənd qabı + güldan) – 200 mant dəyərində; 1 ədəd elektrik ətçəkən maşın – 250 manat dəyərində olmaqla, ümumi dəyəri 12.515 manat olan cehiz əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 aprel 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 14 fevral 2020-ci il tarixdə Xanım və 04 iyul 2021-ci il tarixdə Nilay adlı iki qızları doğulmuşdur. İlk dövrlərdə ailə münasibətlərinin normal olmasına baxmayaraq, son vaxtlar bu münasibətlər həyat yoldaşının müəyyən hərəkətləri üzündən kəskin şəkildə pisləşmiş, birgə yaşamaları qeyri-mümkün olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, barışıq əldə edilməsi məqsədi ilə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatına müraciət etmişdir, lakin mübahisələrinin qarşılıqlı razılaşma əsasında tam həll edilməsi mümkün olmamışdır. Belə ki, nikahın pozulması barədə razılaşma əldə etsələr də, cehiz əşyalarının və ona məxsus qızıl-zinət əşyalarının qaytarılması barədə razılığa gələ bilməmişlər. Daha doğrusu, cavabdeh buna öz razılığını verməmişdir. Nikahlarının məhkəmə qaydasında pozulmasına zərurət yarandığından məhkəməyə müraciət etmişdir və hazırda mübahisə üzrə iş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatındadır. Bildirir ki, hazırda valideynləri ilə birgə yaşayaraq, iki azyaşlı övladlarına baxır. Övladları üçün tam normal şəraitin təmin edilməsi üçün cavabdehin evində qalmış cehiz əşyalarına kəskin ehtiyacı var. Cavabdeh həm cehiz əşyalarının, həm də qızıl-zinət əşyalarının ona qaytarılmasını könüllü olaraq həyata keçirməkdən imtina etdiyindən, bu mübahisənin də məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Həmin əşyaların siyahısı qeyd olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, onun cavabdehə qarşı məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri ilə bağlı tələbi yoxdur. Ona görə də məhkəmə xərclərinin ona aid edilməsini xahiş etmişdir. Cavabdeh öncəki məhkəmə iclasında iddianı etiraf etdi, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən, mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan və mediasiya prosesinin tətbiqi barədə müqavilədən görünür ki, tərəflər mediasiya prosedurundan keçərək, nəticədə aralarında yaranmış mübahisəli halların bir qismi ilə bağlı razılığa gəlmişlər. Lakin cehiz əşyalarının qaytarılması ilə bağlı razılıq əldə olunmamışdır. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahda olmaları və iki övladlarının doğulması, eləcə də iddiaçının cehiz əşyalarını cavabdehlə yaşadığı ünvana aparması işin mübahisə edilməyən faktiki hallarıdır. Məhkəmə həmçinin onu da vurğulayır ki, iddiaçı qızıl-zinət əşyaları ilə bağlı cavabdehlə razılığa gələ bilmədiyini qeyd etsə də, hər hansı qızıl-zinət əşyası ilə bağlı tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 130 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan – 1 ədəd yataq mebel dəsti + 1 ədəd qonaq otağı mebel dəsti – 5.000 manat dəyərində; 1 ədəd künc divanı – 1.250 manat dəyərində; 2 ədəd çilçıraq – 250 manat dəyərində; 1 ədəd tozsoran – 250 manat dəyərində; 6 ədəd xalça – 600 manat dəyərində; 1 ədəd yataq örtüyü dəsti – 180 manat dəyərində; 2 ədəd (2 otaq üçün) pərdə – 500 manat dəyərində; 2 ədəd karniz – 100 manat dəyərində; 1 ədəd döşək – 50 manut dəyərində; 1 ədəd yorğan – 20 manat dəyərində; 6 ədəd yastıq - 180 manat dəyərində; döşək yorğan üzləri – 120 manat dəyərində; 2 ədəd 1 nəfərlik odeyal – 70 manat dəyərində; 3 ədəd süfrə – 100 manat dəyərində; 10 ədəd əl-üz dəsmalı – 100 manat dəyərində; 12 ədəd çay dəsmalı – 60 manat dəyərində; 2 ədəd prostınya-çexol dəsti (1 nəfərlik) – 100 manat dəyərində; 5 ədəd prostınya-çexol dəsti (2 nəfərlik) – 500 manat dəyərində; 1 ədəd divan örtüyü (3-lü hissə) – 200 manat dəyərində; 1 ədəd uşaq çarpayısı – 300 manat dəyərində; 1 ədəd yorğan dəsti – 50 manat dəyərində; 1 ədəd şirəçəkən – 200 manat dəyərində; 1 ədəd termos – 15 manat dəyərində; 1 ədəd ütü – 40 manat dəyərində; 1 ədəd elektrik sobası (duxovka) – 250 manat dəyərində; 1 ədəd elektrik samovarı (çaynikli) – 55 manat dəyərində; 1 ədəd toster – 50 manat dəyərində; 1 ədəd mikser – 250 manat dəyərində; 1 ədəd ütüaltı masa – 90 manat dəyərində; 1 ədəd qazan dəsti – 150 manat dəyərində; 1 ədəd qaşıq-bıçaq-çəngəl dəsti – 300 manat dəyərində; 1 ədəd boşqab dəsti – 300 manat dəyərində; 1 ədəd çömçə dəsti – 25 manat dəyərində; 1 ədəd məcməyi dəsti – 35 manat dəyərində; 1 ədəd uzun fujer dəsti – 25 manat dəyərində; 1 ədəd bokal-stəkan dəsti – 25 manat dəyərində; 1 ədəd qısa fujer dəsti – 25 manat dəyərində; 2 ədəd büllur qənd qabı – 150 manat dəyərində; 1 ədəd büllur viski dəsti – 150 manat dəyərində; 1 ədəd şüşə meyvə qabı – 20 manat dəyərində; 2 ədəd şüşə qənd qabı – 30 manat dəyərində; 1 ədəd siyirtmə üçün dəst (meyvə qabı + qənd qabı + güldan) – 200 mant dəyərində; 1 ədəd elektrik ətçəkən maşın – 250 manat dəyərində olmaqla, ümumi dəyəri 12.515 manat olan cehiz əşyaları Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı iddia tələbində Cavabdeh qarşı dövlət rüsumu və məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından iddia qaldırılması ilə bağlı ödənilmiş 130 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan – 1 ədəd yataq mebel dəsti + 1 ədəd qonaq otağı mebel dəsti – 5.000 manat dəyərində; 1 ədəd künc divanı – 1.250 manat dəyərində; 2 ədəd çilçıraq – 250 manat dəyərində; 1 ədəd tozsoran – 250 manat dəyərində; 6 ədəd xalça – 600 manat dəyərində; 1 ədəd yataq örtüyü dəsti – 180 manat dəyərində; 2 ədəd (2 otaq üçün) pərdə – 500 manat dəyərində; 2 ədəd karniz – 100 manat dəyərində; 1 ədəd döşək – 50 manut dəyərində; 1 ədəd yorğan – 20 manat dəyərində; 6 ədəd yastıq - 180 manat dəyərində; döşək yorğan üzləri – 120 manat dəyərində; 2 ədəd 1 nəfərlik odeyal – 70 manat dəyərində; 3 ədəd süfrə – 100 manat dəyərində; 10 ədəd əl-üz dəsmalı – 100 manat dəyərində; 12 ədəd çay dəsmalı – 60 manat dəyərində; 2 ədəd prostınya-çexol dəsti (1 nəfərlik) – 100 manat dəyərində; 5 ədəd prostınya-çexol dəsti (2 nəfərlik) – 500 manat dəyərində; 1 ədəd divan örtüyü (3-lü hissə) – 200 manat dəyərində; 1 ədəd uşaq çarpayısı – 300 manat dəyərində; 1 ədəd yorğan dəsti – 50 manat dəyərində; 1 ədəd şirəçəkən – 200 manat dəyərində; 1 ədəd termos – 15 manat dəyərində; 1 ədəd ütü – 40 manat dəyərində; 1 ədəd elektrik sobası (duxovka) – 250 manat dəyərində; 1 ədəd elektrik samovarı (çaynikli) – 55 manat dəyərində; 1 ədəd toster – 50 manat dəyərində; 1 ədəd mikser – 250 manat dəyərində; 1 ədəd ütüaltı masa – 90 manat dəyərində; 1 ədəd qazan dəsti – 150 manat dəyərində; 1 ədəd qaşıq-bıçaq-çəngəl dəsti – 300 manat dəyərində; 1 ədəd boşqab dəsti – 300 manat dəyərində; 1 ədəd çömçə dəsti – 25 manat dəyərində; 1 ədəd məcməyi dəsti – 35 manat dəyərində; 1 ədəd uzun fujer dəsti – 25 manat dəyərində; 1 ədəd bokal-stəkan dəsti – 25 manat dəyərində; 1 ədəd qısa fujer dəsti – 25 manat dəyərində; 2 ədəd büllur qənd qabı – 150 manat dəyərində; 1 ədəd büllur viski dəsti – 150 manat dəyərində; 1 ədəd şüşə meyvə qabı – 20 manat dəyərində; 2 ədəd şüşə qənd qabı – 30 manat dəyərində; 1 ədəd siyirtmə üçün dəst (meyvə qabı + qənd qabı + güldan) – 200 mant dəyərində; 1 ədəd elektrik ətçəkən maşın – 250 manat dəyərində olmaqla, ümumi dəyəri 12.515 manat olan cehiz əşyaları Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 130 manat dövlət rüsumu və 50 manat mediasiya xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar