Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1918/2022 03.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1936cı il tarixdə doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Şahin Xəlilov küçəsi 4 saylı evin 1 saylı mənzilində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1936-cı il təvəllüdlü X3 atası olmaqla, birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Şahin Xəlilov küçəsi 4 saylı evin 1 saylı mənzilində yaşamışlar. xx.xx.2022-ci il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə Qaradağ rayon X12 Stansiyasına müraciət etməklə həkim çağırmışdır. Lakin həkim gələnə qədər atası vəfat etmişdir. Atasını dəfn edərək, yas mərasimləri keçirmişlər. Başları dənf və yas mərasimlərinə qarışdığından, atasının adına ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışlar. Sonradan ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin onlara ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda atasının adına ölüm haqqında şəhadətnamənin alınması ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, mərhum X3 onun qonşusu olmuş, dəfn və yas mərasimində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, mərhum X3 onun qonşusu olmuş, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X5 Stansiyasının 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 17 may 2022-ci il tarixdə X2 adına ünvan 1 ünvana çağırış daxil olmuş, 13:46-da ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (kişi cinsli meyit) qeyd etmişdir. Sahə həkiminin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X3 hər hansı bir xəstəliklə bağlı Tibb müəssisəsinə müraciət etməmişdir və ambulator tibb kitabçası (TQS-025) yoxdur. X9 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X2 həmin Tibb Mərkəzində ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatında olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxs 24 may 2022-ci il tarixli 05/Q-696/15 saylı məktubundan görünür ki, Ərizəçi 20 may 2022-ci il tarixli, atası X2 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1936-cı il tarixdə doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Şahin Xəlilov küçəsi 4 saylı evin 1 saylı mənzilində ölmüşdür. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Şahin Xəlilov küçəsi 4 saylı evin 1 saylı mənzilində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1918/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1918/2022
03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver