Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1919/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 iştirakı ilə, Ərizəçinın şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1955-ci ildə Bakı şəhərində doğulmuş anası X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X17 izahatında bildirdi ki, ərizəçinin anası X8 xx xxx 1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Ərizəçinin anasının xx xxxx 2020-ci il tarixdə boğulma, kəskin nəfəs çatışmazlığı ilə vəziyyəti ağırlaşdığına görə həkimə müraciət etmişlər və həmin tarixdə təcili yardım avtomobilində vəfat etmişdir. “COVİD-19” virus infeksiyasına görə götürülən müayinənin nəticəsi neqativ olmuşdur. Ərizəçinin anasını el adəti ilə dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə qeydiyyat orqanına müraciət etməmişlər. Sonradan poliklinikaya və qeydiyyat şöbəsinə müraciət etsə də, tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verməmiş və məhkəməyə müraciət etməsini izah etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Onlar yaxın qonşuluq münasibətində olduğundan X3 qısa müddət əvvəl qardaşının vəfatından sonra ürəyində problemin olması ona məlum idi. xx xxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və xəstəxanaya gedəndə vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X3 qardaşının vəfatından sonra halı pisləşmişdi. Ürək çatışmazlığı və nəfəs darlığından əziyyət çəkirdi. xx xxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və xəstəxanaya gedəndə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı X6 405 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 19 saylı X7 qeydiyyatda olmamış və ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X11” X19 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Birliyin Nəsimi rayon şöbəsinin meyitxanasına gətirilmiş, 1955-ci il təvəllüdlü X3 meyiti xx.xx.2020-ci il tarixdə dəfn olunmasına icazə verilərək qohumlarına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X10 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş 171 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 1955-ci il təvəllüdlü X2 COVİD-19 virus infeksiyasına görə götürülən müayinə materialının nəticəsi neqativ olmuşdur. İş materiallarında olan İV-JQ seriyalı, 264829 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X16, anası X4r. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müşayiət vərəqindən görünür ki, X1 tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X5 məxsus AZE No 08491278 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx xxx 1955-ci ildə Bakı şəhərində doğulmuş X3 xx xxxx 2020ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx xxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş X3 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1919/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1919/2020
18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver