Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1944/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1947-ci ildə Sabirabad rayonunda doğulmuş atası X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, atası X9 xx xxxxx 1947-ci ildə Sabirabad rayonunda doğulmuşdur. Atası xəstə olmaqla insult keçirmiş, lakin ərazi üzrə poliklinikada müalicə almamışdır. xx xxxx 2020-ci ildə o, atasının vəziyyəti ağırlaşdığına görə həkim çağırmış, həkim gələnə qədər atası vəfat etmişdir. Atasını el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə qeydiyyat orqanına müraciət etməmişdir. Sonradan poliklinikaya və qeydiyyat şöbəsinə müraciət etsə də, tibbi şəhadətnamə olmadığından ona ölüm haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsini izah etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, ərizəçinin qohumudur. X9 onun qardaşı olmaqla insult keçirmiş, ürək xəstəliyindən əziyyət çəkmiş, xx xxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Onlar yaxın qonşuluq münasibətində olduğundan X2 ürək xəstəliyindən əziyyət çəkməsi ona məlum idi. xx xxxx 2020-ci il tarixdə X2 vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı X6 396 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X9 19 saylı X7 ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmamış və ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 41 saylı arayışdan görünür ki, X9 xx xxxx 2020-ci il tarixində vəfat etmiş və Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Vİİ-JQ seriyalı, 447742 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X4 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon VVADQ şöbəsində 193 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Xəlilova” soyadı verilmişdir. İş materiallarında olan Vİİ-JQ seriyalı, 472707 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mirzəyeva Kamalənin atası X9, anası X1r. İş materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 08:15 radələrində ünvan 1 ünvanına X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X5 məxsus AZE No 05512116 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1947-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx xxxxx 1947-ci ildə Sabirabad rayonunda doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinun atası xx xxxxx 1947-ci ildə Sabirabad rayonunda doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1944/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1944/2020
18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver