Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1977/2022 30.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzilini paylarına uyğun olaraq naturada bölünməsi, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı evin onların paylarına uyğun surətdə naturada bölünməsi mümkün olmadıqda həmin əmlakdan onun payına uyğun olaraq cavabdeh 30000 manat məbləğində kompensasiya tutulması,əvvəlki tələb mümkün olmadıqda Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılaraq satışdan əldə edilmiş vəsaitin paylara mütənasib olaraq 1/3 hissədə onun və 2/3 hissədə cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən 2/3 hissədə qardaşı Cavabdeh,1/3 hissədə isə onun adına qeydiyyatdan keçmişdir.Hazırda onlar mübahisəli mənzildə paylı mülkiyyətçi olsa da faktiki olaraq həmin mənzildən qardaşı istifadə edir və mənzili kirayə vermişdir.Mənzilin 1/3 hissəsi mülkiyyət hüququ əsasında ona məxsus olsa da öz payından istifadə edə bilmir və mənzildən istifadə hüququ faktiki olaraq pozulmuşdur.O cavabdehdən dəfələrlə onun payının verilməsini tələb etsədə o hər dəfə müxtəlif bəhanələr gətirərək onun payını vermir və həmin mənzildən gəlir götürür.Mübahisəli mənzilin orta bazar qiyməti 90000 manat təşkil edir.Həmin əmlakdan onu payına 30000 manat pul düşür.Cavabdeh onun payına uyğun olaraq 30000 manat pulu versin,o mübahisəli əmlakdan onun xeyrinə imtina etsin.Əgər bütün bunlarla cavabdeh razılaşmırsa mübahisəli ev hərraca çıxarılıb paylara münasib surətdə pulun bölünməsini istəyir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında hazırki mülki iş üzrə ekspert rəy ilə qismən razı olduqlarını, evə dair payın naturada ayrılması mümkün olmadığından, kompensasiya qismində yalnz 25000 manat məbləğində kompensasiya ödənilməsinə razı olduğunu, həmin məbləğdə payını satın aldığı halda, öz payından imtina etməyə razı olduğunu, 10000 manat məbləğində kompnesasiya öədnilməsinə razı olmadığını,öz payını cavabdehə 25000 maat dəyərində satmağa razı olduğunu, cavabdeh bu hala razı olmadığı halda, əmlakın açıq hərracdan satılaraq, paya uyğun olaraq satış pulunun bölünməsini istədiklərini, çünki cavabdeh altı ilə yaxın müddətdir həmin evi kirayə verdiyini, həmin evdən qazanc əldə etdiyini, hər dəfəsində iddiaçını aldadaraq, onun payın vermədiyini,bu hallar isə iddiaçının hüquqlarını pozduğunu, ona görə də məcburiyyət qarşısında qalaraq, məhkəməyə mürcaiət etdiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin evdə onun 2/3 hissədə, bacısı iddiaçının 1\3 hissədə payının olduğunu, kompensasiya qismində yalnız 10000 manat məbləğində verilməsinə razı olduğunu, 25000 manat məbləğində kompensasiya öədnilməsinə razı olmadığın, iddiaçının paynı satın almağa imkanı olmadığını, 10000 manata satdığı halda, ala biləcəyini, onu da bankdan kredit götürməklə ödəyə biləcəyini, əgər bunlar mümkün deyildə, belə olduğu halda ev satılsın, pulu bölünsün, özünün də mənzili satmağa çalışdığını, 65000 manata satmaq istədiyini, lakin alıcı tapmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri aşadıraraq, hesab edir ki, iddia tələbi qismən təmin eidlməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında 2/3 hissədə Cavabdeh və 1/3 hissədə İddiaçı mənsubdur və bu hüququ Cavabdeh adına xx.xx.2016-cı il və İddiaçı adına xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışıdır. xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir, həmin mənzilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 73000 manat məbləğində müəyyən olunur, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 65700 manat müəyyən olunur. Aparılmış tədqiatın dəyəri 100 manat təşkil edir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 2/3 hissədə pay hüququ ilə cavabdehə, 1/3 hissədə pay hüququ ilə iddiaçıya məxsusdur. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin mülkiyyətçilərin paylarının paya uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında payın dəyərinin ödənilməklə və ya paya uyğun kompensasiya ödənilməklə paydan imtina olunması məsələsi barədə tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçı tərəfindən öz payının satın alınması cavabdehə təklif olunsa da, cavabdeh həmin payı almaqdan imtina etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisənin məhkəmədə kənar həlli imkanı itirildiyi üçün ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların payına uyğun surətdə bğlüşdürlməsi yolu ilə mübahisə həll edilməlidir. Ona görə də məhkəmə qeyd edilən qanunvericiliyin tələbini əsas götürərək,hazırki mülki iş üzrə iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.4-cü maddəsinin tələbinə əməl olunması halını nəzərə alaraq, hesab edir ki, ümumi paylı mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı, paylı mülkiyyətçilərin payına uyğun surətdə əmlakın satışından əldə edilmiş pul vəsaitinin 2/3 hissəsi Cavabdeh və 1/3 hissəsi İddiaçı ödənilməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzili açıq hərracdan satılmalı, həmin mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 2/3 (üçdə iki) hissədə Cavabdeh, 1/3 (üçdə bir) hissədə İddiaçı verilməli, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,H.Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzilin ilkin satış qiyməti 73000 (yetmiş üç min) manat müəyyən olunmalı, iş üzrə aparılmış məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Hüseyn Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzili açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 2/3 (üçdə iki) hissədə Cavabdeh və 1/3 (üçdə bir) hissədə İddiaçı verilsin. Ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Hüseyn Rüstəmov küçəsi 6 saylı evin 10 saylı mənzilin ilkin satış qiyməti 73000 (yetmiş üç min) manat müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1977/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1977/2022
30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver