Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1989/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçinın, Maraqlı şəxs iştirakı ilə, Ərizəçinın Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/11/2023-00762 saylı, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o cavabdeh Maraqlı şəxs ilə 19 aprel 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşağı xx.xx.2020ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh Maraqlı şəxs hazırda Qaradağ Rayon Məhkəməsinə “Nikahın pozulması,uşaqların himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi vermişdir. Məhkəməyə iddia verməzdən öncə Mediasiya şirkətinə müraciət edərkən cavabdehlə “nikahın pozulması, uşaqların ana himayəsində qalması, aliment tələbi şəxsi əşyaların, cehiz və qızıl zinət əşyalarının qaytarılması, uşaqla ünsiyyət tələbi barədə MŞB/11/2023-00762 saylı xx.xx.2023-cü il tarixli Barışıq sazişi imzalamışlar. Buna baxmayaraq cavabdeh sazişə əməl etməkdən imtina edir, razılaşdığı uşaqla ünsiyyət tələbini icra etmir. Ərizəçi məhkəmə iclasında izahat verərək ərizəni müdafiə etdi və bildirdi ki, barışıq sazişində qeyd olunduğu kimi 4 saat uşaqla ünsiyyətin təmin olunmasını xahiş edir və uşaqlarını 14:00-a qədər anasına qaytaracağına söz verir. Barışıq sazişində qeyd edildiyi kimi nikahın ləğv edilməsi və qızıl-zinət və alimentlə bağlı məsələlərin həlli üçün məhkəmədə ayrıca iddia qaldıracaqlar. Hazırda qarşı tərəf uşaqla ünsiyyətə narazılıq nümayiş etdirdiyi və uşaqları ilə ünsiyyətin icra şöbəsi vasitəsilə təmin edilməsinə nail olmaq üçün barışıq sazişinin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və barışıq sazişinin şərtlərinin təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək, ərizəçinin uşaqları ilə ünsiyyətinə məhkəmə prosesləri başa çatdıqdan sonra icazə verəcəyini, barışıq sazişi təsdiq edildiyi halda isə ərizəçinin uşaqları ilə 11:00-dan 18:00-dək müəyyən edilmiş 4 saat görüşünün səhər saatlarına salınaraq, uşaqların günorta yatma vaxtına qədər, yəni günorta saat 14:00-də geri qaytarılmalarını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. 04 may 2023-cü il tarixdə Ərizəçinın və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Barışıq Sazişi bağlanılmış görünür ki və tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1.1 Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 1136 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. 1.2 İkinci tərəf övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir. 1.3 Birinci tərəf ikinci Tərəfə övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər həftə sonu (bazar günü), günün saat 11:00-18:00-dək olan vaxtlarında 4 saat müddətində heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, gəzdirməyinə) şərait yaradacaqdır. 1.4 Tərəflər Saziş imzaladıqdan sonra şəxsi əşyaların, cehiz və qızıl zinət əşyalarının qaytarılmasının, aliment ödənilməsinin məhkəmə qaydasında müəyyən edilməsinə razılaşdılar. Ərizəçi və Maraqlı şəxs arasında 04 may 2023-cü il tarixdə keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında alimentin artırılması ilə bağlı barışıq sazişi imzalanmış, daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarla atalarının ünsiyyəti ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya təşkilatında mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maraqlı şəxs Ərizəçi övladları- xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək vaxtda, 4 (dörd) saat müddətində heç bir maneə yaratmadan ünsiyyət qurmasına (uşağı götürməsinə, gəzdirməsinə) şərait yaradacaq”. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1989/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1989/2023
12.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver