Məhkəmə qərarları › İş №2(002)-1993/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1993/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1993/2020 16.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli SBLMB-5929 saylı kredit müqaviləsi üzrə kreditə görə 744.21 manat əsas, faiz borcuna görə 64.32 manat borcun, cəmi 808.53 manat pul və ödənilmiş 30 manat məbləğində pulun tutulması, cavabdehə məxsus olan girov qoyulmuş sep-1 ədəd, çəkisi-20.2 qram, əyarı – 583, cəmi 20.2 qram, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2020-ci il tarixli SBLMB- 5929 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 808.53 manat pul və ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli SBLMB-5929 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Səbail» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinə əsasən cavabdehə illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 808 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3 və 2.4-cü bəndləri). xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11, 4.2-ci bəndləri). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 744,21 manat əsas borc, 64.32 faiz, cəmi 808 manat 53 qəpik təşkil edir. xx.xx.2020-ci il tarixli SBLMB-2899 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2017-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin «Səbail» filialına saxlanca verilmişdir və aşağıdakılardan ibarətdir: - sep-1 ədəd, çəkisi-20.2 qram, əyarı – 583, cəmi 20.2 qram. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda, girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər. Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə) müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi X1 məhkəmənin ünvanına ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx.xx.2020-ci il tarixli SBLMB-5929 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 808 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi qızılzinət əşyaları təminatı ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ödəniş cədvəlinin görünür ki, Cavabdeh iddiaçıya 11 ay müddətinə hər ay 78.37, sonuncu ay 77.63 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh borcu aşağıdakı kimidir: - əsas borcu üzrə 744.21 manat və faiz borcu üzrə 64.32 manat olmaqla, cəmi 808.53 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 808 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli SBLMB-5929 saxlanc girovu haqqında müqaviləsindən görünür ki, müvafiq rəsmiləşdirmə aparılaraq müqaviləyə əsasən Cavabdeh məxsus olan qızıl-zinət əşyaları – sep-1 ədəd, çəkisi-20.2 qram, əyarı – 583, cəmi 20.2 qram – girov qoyulmuş, qiymətləndirilmiş və bankın saxlancına qəbul edilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən həmin qızıl-zinət əşyaları 1331.79 manat dəyərində qiymətləndirilmişdir.Həmin müqavilənin 5-ci bəndindən görünür ki, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən girov qoyulmuş əşya hesabına ödənilməsinə dair razılaşma, girova tutmanın yönəldilməsi vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın surətindən görünür ki, sep-1 ədəd, çəkisi-20.2 qram, əyarı – 583, cəmi 20.2 qram, bazar dəyəri 1331.79 manat kassaya təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixli bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 90 faiz ödəmək şərti ilə 808 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2020-ci il tarixli bağlanmış müqaviləyə ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıya 11 ay müddətinə hər ay 78.37, sonuncu ay 77.63 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli Saxlanc girovu haqqında müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan qızıl-zinyət əşyaları kredit verən İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli SBLMB-5929 saxlanc girovu haqqında müqaviləsinin 5.4.1-ci bəndinin məzmunundan görünür ki, girov saxlayanın girov qoyan saxlanc girovu ilə təmin edilmiş öhdəliyi vaxtındaa və tam icra etmədikdə və ya qanunla müəyyən edilmiş digər əsaslar olduqda girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, həmçinin borc girov müqaviləsi ilə təmin edildiyindən , girov predmeti olan əşyaya yönəldilməli və həmin qızıl zinyət əşyası hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa cavabdehin digər əmlakına yönəldilməsi hissəsində əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 744 (yeddi yüz qırx dörd) manat 21 (iyirmi bir) qəpik əsas borc, 64 (altmış dörd) manat 32 (otuz iki) qəpik faiz olmaqla, cəmi 808 (səkkiz yüz səkkiz) manat 53 (əlli üç) qəpik və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb üzrə tutma Cavabdeh məxsus, girov predmeti olan – sep-1 ədəd, çəkisi-20.2 qram, əyarı – 583, cəmi 20.2 qram ibarət qızıl-zinət əşyasına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərrac vasitəsi ilə satılmalı, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 744 (yeddi yüz qırx dörd) manat 21 (iyirmi bir) qəpik əsas borc, 64 (altmış dörd) manat 32 (otuz iki) qəpik faiz olmaqla, cəmi 808 (səkkiz yüz səkkiz) manat 53 (əlli üç) qəpik və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus, girov predmeti olan – sep-1 ədəd, çəkisi-20.2 qram, əyarı – 583, cəmi 20.2 qram ibarət qızıl-zinət əşyasına yönəldilsin. Həmin qızıl-zinət əşyası açıq hərrac vasitəsi ilə satılsın. Əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar