Məhkəmə qərarları › İş №2(002)-20/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-20/2025

05.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-20/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların onun yanında saxlanılması, aliment tutulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 04 avqust 2010-cu il tarixdə bağlanmış nikahın pozulması; xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun himayəsində (yanında) saxlanılmaları; Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 500 manat olmaqla, iki uşağın saxlanılması üçün 1.000 manat sabit pul məbləğində alimentin tutulması; birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, «MAN TGX 18.480» markalı ** XP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, «KRONE SD27B» markalı ** YC *** dövlət qeydiyyat nişanlı yarımqoşquya və Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 2 mənzil 8 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə 2/3 hissədə onun payının, 1/3 hissədə cavabdehin payının müəyyən edilməsi və paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, məhkəmənin müvafiq qərardadına əsasən «birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü» tələbi üzrə iddia ayrıca icraata ayrılmış, «nikahın pozulması, uşaqların onun yanında saxlanılması, aliment tutulması» tələbinə dair mülki işə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Məhkəmədə İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxılarkən, tərəflər məhkəməyə 05 may 2025-ci il tarixli barışıq sazişi təqdim etmişlər. İddiaçı məhkəmə iclasında bildirdi ki, hazırda Cavabdeh ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və barışıq sazişi bağlamışlar. Buna görə də, hazırkı mübahisəyə məhkəmədə baxılıb həll edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, hazırda İddiaçı ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və barışıq sazişi bağlamışlar. Buna görə də, hazırkı mübahisəyə məhkəmədə baxılıb həll edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 05 may 2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən: a) İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, «MAN TGX 18.480» markalı ** XP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, «KRONE SD27B» markalı ** YC *** dövlət qeydiyyat nişanlı yarımqoşquya və Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 2 mənzil 8 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə dair bütün hüquqlardan Cavabdeh xeyrinə imtina edir. b) Cavabdeh İddiaçı birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində tikdirdiyi və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə» 30 dekabr 2014-cü il tarixli 160 saylı Sərəncamı ilə onun adına sənədləşdirilib qeydə alınmış 15,8 m2 sahəsi olan, hazırda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə dair bütün hüquqlardan (mülkiyyət, istifadə, icarə, əmlak və sair) İddiaçı xeyrinə imtina edir. c) İddiaçı öhdəsinə götürür ki, indi və gələcəkdə hazırki iş üzrə iddia tələbinin predmeti olan Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, «MAN TGX 18.480» markalı ** XP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, «KRONE SD27B» markalı ** YC *** dövlət qeydiyyat nişanlı yarımqoşquya və Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 2 mənzil 8 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə dair hər hansı bir iddia (istifadə, əmlak və sair) tələbi olmayacaqdır. d) Cavabdeh öhdəsinə götürür ki, indi və gələcəkdə birgə nikah dövründə İddiaçı birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində tikdirdiyi və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə» 30 dekabr 2014-cü il tarixli 160 saylı Sərəncamı ilə onun adına sənədləşdirilib qeydə alınmış 15,8 m2 sahəsi olan, hazırda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə dair hər hansı bir iddia (mülkiyyət, istifadə, icarə, əmlak və sair) tələbi olmayacaqdır.

2. Tərəflər bəyan edirlər ki, Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara aydındır və bu barışıq sazişi ilə iş üzrə icraata xitam verilməsinin nəticəsini qəbul edirlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü» tələbinə dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən: a) İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, «MAN TGX 18.480» markalı ** XP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, «KRONE SD27B» markalı ** YC *** dövlət qeydiyyat nişanlı yarımqoşquya və Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 2 mənzil 8 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə dair bütün hüquqlardan Cavabdeh xeyrinə imtina edir. b) Cavabdeh İddiaçı birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində tikdirdiyi və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə» 30 dekabr 2014-cü il tarixli 160 saylı Sərəncamı ilə onun adına sənədləşdirilib qeydə alınmış 15,8 m2 sahəsi olan, hazırda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə dair bütün hüquqlardan (mülkiyyət, istifadə, icarə, əmlak və sair) İddiaçı xeyrinə imtina edir. c) İddiaçı öhdəsinə götürür ki, indi və gələcəkdə hazırki iş üzrə iddia tələbinin predmeti olan Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş «Hyundai Sonata» markalı ** ZZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə, «MAN TGX 18.480» markalı ** XP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə, «KRONE SD27B» markalı ** YC *** dövlət qeydiyyat nişanlı yarımqoşquya və Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 2 mənzil 8 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə dair hər hansı bir iddia (istifadə, əmlak və sair) tələbi olmayacaqdır. d) Cavabdeh öhdəsinə götürür ki, indi və gələcəkdə birgə nikah dövründə İddiaçı birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində tikdirdiyi və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının «Qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə» 30 dekabr 2014-cü il tarixli 160 saylı Sərəncamı ilə onun adına sənədləşdirilib qeydə alınmış 15,8 m2 sahəsi olan, hazırda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə dair hər hansı bir iddia (mülkiyyət, istifadə, icarə, əmlak və sair) tələbi olmayacaqdır.

2. Tərəflər bəyan edirlər ki, Azərbaycan Respublikası MPM-in 191-ci maddəsinin tələbləri onlara aydındır və bu barışıq sazişi ilə iş üzrə icraata xitam verilməsinin nəticəsini qəbul edirlər. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar