Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-200/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu Qasımağalı kəndində doğulmuş X1 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun anası olmaqla, xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu Qasımağalı kəndində doğulmuşdur. X8 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Mərhum anasının nəşini el adəti ilə Sahil qəbristanlığında dəfn etmişlər. Yas mərasimləri keçirmişlər. Hüquqi savadı olmadığından ölüm haqqında şəhadətnaməni vaxtında almamışdır. Sonradan anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və ona hüquqları izah olunmuşdur. Hazırda anası X1 ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin alınması üçün lazımdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçinin anası xərçəng xəstəliyindən vəfat etmişdir. Sahil qəsəbəsində dəfn olunmuşdur. Ərizəçinin nümayəndəsi baldızının qızıdır. X2 ifadəsində bildirdi ki, ərizəçinin anası vəfat edib. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhumə Sahil qəsəbəsində dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. İş materiallarına əlavə olunmuş xx.xx.1978-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı 610367 saylı pasportdan görünür ki, X4 xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu Qasımağalı kəndində doğulmuşdur. Qonşular tərəfindən tərtib edilmiş aktdan görünür ki, X4 xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanda vəfat etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X4 xx.xx.1997-ci il tarixdə Sahil qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 18 sentyabr 2024-cü il tarixli 18-1-1-77/2- 341/2024 saylı məktubundan görünür ki, xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu Qasımağalı kəndində doğulmuş, xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Səbəb kimi qeyd edilmişdir ki, X1 ölümünü təsdiqləyən heç bir sənəd təqdim olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs 13 sentyabr 2024-cü il tarixli 3-16-5/7-K-70-926/2024 saylı arayışından görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxsndə 1994-2000-ci illərə dair akt qeydləri üzrə yoxlanılmışdır. Məzarüstü xatirə lövhəsindən görünür ki, mərhum X1 əksi həkk olunmuş mərmər lövhədə doğulduğu və vəfat etdiyi tarixlər, digər lövhədə isə «oğlundan xatirə» sözləri göstərilməklə, baş daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu Qasımağalı kəndində doğulmuş X4 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il tarixdə Gədəbəy rayonu Qasımağalı kəndində doğulmuş X1 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-200/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-200/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver