Məhkəmə qərarları › İş №2(002)-2023/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2023/2020

15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2023/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş qardaşı X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sahil qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, qardaşı X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qardaşının xx.xx.2020-ci il tarixdə vəzyyəti ağır olduğuna görə həkim çağırmışlar, həkim gələnə qədər qardası vəfat etmişdir. Həkim qardaşının ürəyinin qəfildən dayandığını bildirmişdir. Bu barədə ərizəyə X14 arayışı və qonşular tərəfindən təsdiq edilmiş akt əlavə edilmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsini hüquqi savadsızlığından vaxtında ala bilməmişdir. Sonradan həmin şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, tibbi şəhadətnamə olmadığına görə Qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməsini izah etmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X1 xx xxxxxx 2020-ci il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. X6 heç bir xəstəlikdən əziyyət çəkmirdi. xx xxxxxx 2020-ci il tarixdə onun vəziyyəti ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı X3 130 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X6 23 saylı X4 dispanser qeydiyyatda olmamışdır. İş materiallarında olan qonçular X11, X7 və X10 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə yaşadığı evdə öz əcəli ilə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyasının 20 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxx 2020-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanına X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm qeydə alınmışdır. İş materiallarında olan Sahil qəsəbəsi “Cümə məscidi” dini icması tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixində vəfat etmiş və Sahil qəsəbəsi “Cümə məscidi” qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Ərizəçi məxsus AZ No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X5 məxsus AA No ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin qardaşı, xx.xx.1991-ci il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı - xx.xx.1991-cı il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sahil qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar