Məhkəmə qərarları › İş №2(002)-2027/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2027/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2027/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, xx.xx.1956-cı il tarixdə Füzuli rayonu Saracıq kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda) ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1956-cı il tarixdə doğulmuş X2 onun həyat yoldaşı olmuşdur. Əri ilə birlikdə ünvan 2 ünvanda yaşamışlar. Ərinin 07 iyun 2022-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə Qaradağ rayon X11 çağırış etməklə həkim çağırmışdır. Həkim gələnə qədər artıq əri vəfat etmişdir. Ərini dəfn edib, yas mərasimləri keçirmişlər. Başları dəfn və yas mərasimlərinə qarışdığı üçün ərinin ölməsinə dair şəhadətnaməni həmin vaxt ala bilməmişdir. Sonradan ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin onlara ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin alınması ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 ifadəsində bildirdi ki, o, ərizəçigillə qonşudur. Ərizəçinin həyat yoldaşını qonşu kimi tanıyır. Ərizəçinin həyat yoldaşı yay fəslinin əvvəlində vəfat etmişdir. Mərhum Səngəçal qəbristanlığında dəfn edilib. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X3 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin həyat yoldaşı iyun ayında vəfat edib. Mərhum Səngəçal qəbristanlığında dəfn olunub. Bir qonşu kimi yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. 06 iyun 2022-ci il tarixdə saat 18.01-də X1 adına 103 saylı X7 çağırış daxil olmuşdur. Çağırışı 20 saylı X4 həkimi N.Zeynalov yerinə yetirərək ünvana getmiş, pasientə bronxial astma diaqnozu qoyulmuşdur. Bakı şəhəri Təcili və X5 Stansiyasının 20 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07 iyun 2022-ci il tarixdə X1 adına ünvan 2 ünvana çağırış daxil olmuş, 15:02-də ünvana gələn həkim həkim gələnə qədər ölüm baş verməsini (kişi cinsli meyit) qeyd etmişdir. 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 24 iyun 2022-ci il tarixli 165 saylı məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X1 ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamə verilmir. Maraqlı şəxs 28 iyun 2022-ci il tarixli 05/Q-857/15 saylı məktubundan görünür ki, Ərizəçi 24 iyun 2022-ci il tarixli, həyat yoldaşı X1 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1956-cı il tarixdə Füzuli rayonu Saracıq kəndində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda) ölmüşdür. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Füzuli rayonu Saracıq kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda) ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar