Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2029/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1961ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində doğulmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü atası X5 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Azon bağ evləri ünvanda yaşamışdır və xx.xx.2022-ci il tarixdə ali ölüm nəticəsində vəfat etmişdir. O, atasının adına ölüm haqqında şəhadətnamənin alınması üçün tibbi rəy lazım olduğundan atasının qeydiyyatda olduğu X10 müraciət etmişdir. Lakin həmin xəstəxanadan ona bildirilmişdir ki, onlar ani ölüm nəticəsində vəfat edən şəxsə rəy verə bilmirlər. Xəstəxanadan verilən tibbi şəhadətnamə olmadan isə ölüm haqqında şəhadətnaməni almaq mümkün olmayacaq. Ölümün qeydə alınması barədə Bakı 2 saylı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi isə ölüm faktının qeydə alınmasından imtina etmiş, faktın müəyyən olunması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mərhum atası xx.xx.1961-ci il təvəllüdlü X2 ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmək iqtidarında deyil. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona miras əmlakın qəbul edilməsi üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, o, ərizəçigilin qonşusudur. Ərizəçinin atası X2 xx.xx.2022-ci il tarixdə Qobustan qəsəbəsində bağ evində qəfildən vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. Mərhum Füzuli rayonunda dəfn edilmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçigil onların qonşusudurlar. Ərizəçinin atası Həsən Abbasov xx.xx.2022-ci il tarixdə yaşadığı bağ evində vəfat etmişdir. Mərhum Füzuli rayonu Yuxarı Kürdmahmudlu kənd qəbristanlığında dəfn olunub. Qonşu kimi yas mərasimlərində iştirak edib. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1961ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində doğulmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyasının 20 saylı KYS-nin arayışından görünür ki, 12 may 2022-ci il tarixdə saat 06.45-də X2 adına Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ evi ünvana çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (kişi cinsli meyit) qeyd etmişdir. Təqdim edilmiş digər sənədlərdən görünür ki, mərhum Füzuli rayonundan məcburi köçkün olmuş, Qobustan qəsəbəsi Azon bağ evlərində yaşamış, 12 may 2022-ci il tarixdə vəfat etmiş, həmin tarixdə Füzuli rayonu Yuxarı Kürdmahmudlu kənd qəbristanlığında dəfn edilmişdir. X8 10 iyun 2022-ci il tarixli, 216 saylı məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X2 ölüm diaqnozu məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. 2 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsinin 07 iyun 2022-ci il tarixli, 05- 1132/75 saylı məktubundan görünür ki, Ərizəçi 07 iyun 2022-ci il tarixli, atası X2 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1961-ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində doğulmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində doğulmuş X2 xx.xx.2022ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2029/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2029/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver