Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2041/2023 14.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il təvəllüdlü həyat yoldaşı X1 25 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X3 onun həyat yoldaşı olmaqla 20 avqust 1939-cu ildə Əli-Bayramlı rayonu, Qazı-Məmməd şəhərində anadan olmuşdur. Son dövrdə əsəb və yaddaş pozğunluğu xəstəliyindən əziyyət çəkmişdir. 25 may 2023-cü il tarixdə həyat yoldaşının vəziyyəti ağır olduğuna görə X10 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə kimi həyat yoldaşı vəfat etmişdir, həkim onun öldüyünü təsdiq etmişdir. Həyat yoldaşını el adəti ilə dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı həyat yoldaşının dəfninə və sair dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri, o cümlədən dəfn pulunu əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. Mərhum xəstə və yaşlı idi. Bəzən ona dərman da almışdır. 25 may 2023-cü il tarixdə təcili yardımın gəldiyini gördü. Həkim gələnə kimi Tağıyeva Bibixanım artıq vəfat etmişdi. O, mərhumun dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun atasıdır. Mərhum onun anası olmaqla xəstə idi, 25 may 2023-cü il tarixdə anasının vəziyyəti ağırlaşmış, təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1939-cu il tarixdə anadan olmuş X1 ölümünü təsdiqləyən sənəd olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş arayışdan (ölüm haqqında xəbərdarlıq vərəqəsindən) görünür ki, 25 may 2023-cü il tarixdə saat 07:00 radələrində X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 42 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Şüvəlan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 127 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 69 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 25 may 2023-cü il tarixdə vəfat etmiş arvadı X3 ilə birlikdə daimi yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Zavod küçəsi 1, ev 1 olmuşdur. İş materiallarında olan İ-İE seriyalı, 429872 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 xx.xx.1963-cü ildə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 02984345 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1939-cu il tarixdə Əli-Bayramlı rayonu, Qazı-Məmməd şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1939-cu ildə doğulmuş X1 25 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı xx.xx.1939-cu ildə anadan olmuş X1 25 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2041/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2041/2023
14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver