Məhkəmə qərarları › İş №2(002)-2053/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2053/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2053/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, 22 oktyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş Ömərli Bakıxan Vəlixan oğlunun 11 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ömərli Bakıxan Vəlixan oğlu onun qardaşıdır. Qardaşı Ömərli Bakıxan Vəlixan oğlu 22 oktyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş və onunla bir ünvanda yaşamışdır. 11 aprel 2025-ci il tarixdə qardaşının vəziyyəti ağırlaşdığından həkim çağırmışlar. Lakin həkim gələnə qədər qardaşı vəfat etmişdir. Qardaşını el adətinə uyğun olaraq Lökbatan qəsəbə qəbristanlığında dəfn etmişlər. Lakin həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, qardaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda qardaşının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X1 ifadəsində bildirdi ki, Ərizəçi qapı qonşusudur. Qardaşı ürəktutmadan vəfat edib. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Lökbatan qəbristanlığında dəfn olunub. X2 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Qardaşı bu ilin aprel ayının 11-də, təxminən 18.20 radələrində vəfat edib. Mərhum Lökbatan qəbristanlığında dəfn olunub. Qonşu kimi dəfn və yas mərasimlərində iştirak edib. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin qardaşıdır. İş materiallarına əlavə olunmuş xx.xx.1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı 369042 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərli Bakıxan Vəlixan oğlu 22 oktyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında (Marneuli rayonu) doğulmuşdur. Lökbatan qəsəbə məscidi Dini icmanın sədri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18 saylı arayışından görünür ki, Ömərli Bakıxan Vəlixan oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu Lökbatan qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 23 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən Ömərli Bakıxan Vəlixan oğlunun ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Ömərli Bakıxan Vəlixan oğlunun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 23 aprel 2025-ci il tarixli 50 saylı məktubundan görünür ki, 22 oktyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş və 11 aprel 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Ömərli Bakıxan Vəlixan oğlunun 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. «Respublika Təcili və X4 Mərkəzi» PHŞ-nın 21 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:26-da «RTTTYM» PHŞ Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvandan Bakıxan Ömərlinin (35 yaş) adına «halı pis» səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı ünvan 3 ünvanda Ömərli Bakıxan Vəlixan oğluna (35 yaş) məxsus meyit ilə rastlaşmış, «Həkimə qədər ölüm. Kişi cinsli meyit» diaqnozu qoyulmuşdur. Meyit 10-cu polis şöbəsinin polis polkovnikleytenantı İsmayılova təhvil verilərək, hadisə barədə 10-cu polis bölməsinin əməkdaşı Quliyev məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 22 oktyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş Ömərli Bakıxan Vəlixan oğlu 11 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 oktyabr 1990-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş Ömərli Bakıxan Vəlixan oğlunun 11 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar