Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2060/2020 02.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1973-cü ildə Qusar rayonunda doğulmuş Hacıyeva (Paşayeva) Könül Zakir qızının xx xxxxxx 1997-ci ildə Qusar rayonunda müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı xx xxxxxx 1973-cü ildə Qusar rayonunda doğulmuşdur. Bacısı onunla birlikdə yuxarıda qeyd edilən ünvanda yaşamışdır. xx xxxxxx 1997-ci il tarixdə Qusar rayonunda evdə olan yanğın nəticəsində vəfat etmişdir. Onu el adəti ilə Qusar rayonunda qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnaməni almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazimi orqana müraciət etməmişlər. Hazırda bacısının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən qızına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidşir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, bacısının adına ölüm şəhadətnaməsinin alınmasının evə dair sənəd düzəltmək üçün lazım olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, mərhum şəxsin onun bacısı olduğunu, ailəli olduğunu, uşaqlarının olmadığını, qaynanasıgil tərəfindən onlara təzə ev tikildiyini, ona baxmağa getdikdə, orada yemək bişirərəkən, səhvən ocağın üstünə benzin töküldüyünü, yanğın nəticəsində aldığı xəsarətdən vəfat etdiyini, onların qohum olduqlarını, aralarında sonra mübahisələr olduğunu, bacısının adıəna ölüm şəhadətnaməsi ala bilmədiklərini, indi hazırda isə Lökbatan qəsəbəsində evləri olduğunu, ona dair sənəd almaq üçün lazım olduğunu bildirdi. Məhkəmə iclasında şahid X1 ifadə verərək, ərizəçinin onun qonşusu olduğunu, mərhumun yanğında vəfat etdiyini bildiyini, ərizəçi, mərhum şəxsi uşaqlıqdan tanıdığını bildirdi. İş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Səhiyyə İdarəsi 19 saylı BŞX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 288 nömrəli məktubun surətindən görünür ki, mərhum Hacıyeva (Paşayeva) Könül Zakir qızı 19 saylı BŞX-da heç bir xəstəliklə dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Ambulator, Stasionar xəstənin tibbi kartasında çıxarışdan görünür ki, Paşayeva Könül Zakir qızı bədənin ikinci dərəcəli böyük sahəli alovla yanığı diaoqnuzu ilə xx xxxx 1997-ci ildə stasionara daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-983/15 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi təqdim etmədiyinə görə mərhum şəxsin adına tərtib edilməli olan ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş matariallarına əlavə olunmuş Qusar Rayon İcra Hakimiyyəti Başçısının Yasab kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Hacıyeva Könül Zakir qızı həqiqətən xx xxxxxx 1997-ci ildə Qusar rayonunun Yasab kəndində dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş aktda qeyd edilmişdir ”Biz aşağıda imza edənlər-Qaradağ rayonu, Lökbatan qəsəbəsi. Ə.F.Məhəmmədov küçəsi, ev 9, mənzil 18, 20, 13 mənzillərində yaşayan X1. X3, Mahmudov Tahir öz imzamızla təsdiq edirik ki, Paşayeva Könül Zakir qızı bu binanın 19-cu mənzilində yaşayıb və xx.xx.1997-ci il tarixində vəfat edib” İş matariallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1974cü ildə anadan olmuş, atası X2r. İş matariallarına əlavə olunmuş doğum akt qeydindən görünür ki, Paşayeva Könül Zakir qızı xx xxxx 1973-cü ildə Qusar rayonu, Yasab kəndində anadan olmuş, atası X2r. İş materiallarına fotoşəkil əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin bacısıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx xxxxxx 1973-cü ildə Qusar rayonunda doğulmuş Hacıyeva (Paşayeva) Könül Zakir qızı xx xxxxxx 1997-ci ildə Qusar rayonunda ölmüşdür. Belə ki, Ərizəçi mərhumun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1973-cü ildə Qusar rayonu Yasab kəndində doğulmuş Hacıyeva (Paşayeva) Könül Zakir qızının xx xxxxxx 1997-ci ildə Qusar rayonunda ölməsi faktı müəyyən olunmalı, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1973-cü ildə Qusar rayonu Yasab kəndində doğulmuş Hacıyeva (Paşayeva) Könül Zakir qızının xx xxxxxx 1997-ci ildə Qusar rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2060/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2060/2020
02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver