Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2084/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X12 iclas katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-ci il tarixli MŞB/3/2024-00802 nömrəli "Barışıq sazişi"-nin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul etməklə qəbul edilmiş qətnamənin məcburi icraya yönəldilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, nikahın pozulması üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə MŞB/3/2024-00802 nömrəli barışıq sazişi bağlanmışdır. xx.xx.2024-ci il tarixində MŞB/3/2024-00802 nömrəli barışıq sazişinin bağlanılmasına dair sazişinin şərtlərinə də 1ci tərəf Maraqlı şəxs1 birgə nikahdan dünyaya gəlmiş xx.xx.2016-ci il təvəllüdlü X7 xx.xx.2017-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 1-ci tərəf Ərizəçi hər ay hər bir uşaq üçün 120(yüz iyirmi manat cəmi 360(üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsini öhdəsinə götürür. Lakin maraqlı şəxs Hüseynov X2 şərtlərinə əməl etməmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında bildirdi ki, birgə nikahdan 3 uşaqları var, hazırda həmin uşaqlar onun himayəsindədir. Qarşı tərəf ölkə xaricində deyildir. Maraqlı şəxs Hüseynov X2 şərtlərinə əməl etməmişdir. Cavabdeh Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 517350 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 ilə Ərizəçi arasından nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 071878 saylı, AZ-İV seriyalı 453074 saylı, AZ-İ seriyalı 702956 saylı doğum haqqında şəhadətnamələrindən görünür ki, xx.xx.2016-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 atası Maraqlı şəxs1, anası Ərizəçidır. Ərizəçi və Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanılmış Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-ci il tarixli MŞB/3/2024-00802 saylı Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar.
1. 1-ci tərəf Maraqlı şəxs1 və 2-ci Ərizəçi ilə xx.xx.2015-cu ildə aralarında bağlanmış 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində 858 saylı akt qeydi ilə qeyd edilmiş nikahın məhkəmə tərəfindən 3 ay vaxt verilmədən pozulmasına razıdırlar.
2. 1-ci tərəf Maraqlı şəxs1 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2016-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X10 anası Ərizəçi qızının himayəsində saxlanılması etiraz etmir.
3. 1-ci tərəf Maraqlı şəxs1 birgə nikahdan dünyaya gəlmiş xx.xx.2016-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 1-ci tərəf Ərizəçi Adıl qızına hər ay hər bir uşaq üçün 120 (yuz iyirmi) manat, cəmi 360( üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsini öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında aliment dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin alimentə dair hissəsinin təsdiq edilərək, Maraqlı şəxs1 Ərizəçi xeyrinə xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşağa görə cəmi 360(üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq sazişi”-nin alimentə dair olan hissəsi təsdiq edilsin: Maraqlı şəxs1 Ərizəçi xeyrinə xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşağa görə cəmi 360(üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Qamət Əbilov