Məhkəmə qərarları › İş №2(002)-2102/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2102/2024

03.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2102/2024 03.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X10 iclas katibliyi ilə, Ərizəçi X3 Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X3 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Mediasiya X1 ilə Maraqlı şəxs arasında 13 may 2024-cü il tarixdə bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 24 noyabr 2018-ci ildə nikahını dövlət qeydiyyatından keçirməklə Maraqlı şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 17 avqust 2019-cu ildə oğlu X8 anadan olmuşdur. Birgə ailədə yaşadığı ilk vaxtlarda mehriban yaşamışlar. Lakin sonralar cavabdeh ona qarşı fiziki zor və şiddət tətbiq etməyə başladı. Artıq 6 aya yaxındır azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında qalır. Cavabdeh tərəfindən mənə heç bir maddi yardım göstərilmir. Səlist danışıq, nitq və Psixologiya Akademiyasının xx.xx.2023-cü il tarixli, 44 №li arayışından görünür ki, uşaq orada müalicə olunur və hər ay 1000 manat vəsait tələb olunur. Ona görə də hesab edir ki, həmin məbləğin yarısı cavabdehdən tutulmalıdır.Bunun üçün də o, İlkin presedur kimi Mediasiya şurasına müraciət etdi və Mediasıya təşkilatından onların işinə baxılması üçün X15 Əliyevna təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 24 noyabr 2018-ci il tarixli nikahın pozulmasına, 17 avqust 2019-cu il təvəllüdlü oğlu X4 onun himayəsində saxlanılmasına, yəni razılığa gəlinmişdir Bununla bağlı 13 may 2024-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təstiq olunmasını istəyir. Ərizəçi X7 məhkəmə iclasında iştirak edərək, öz izahatında ərizəsini müdafiə edərək, birgə nikahdan bir uşaqlarının olduğunu və atası ilə görüşməsinə şərait yaradıldığını bildirmişdir.Sadəcə atası ona uşaqla görüşməsinə yaradılan şəraitdən istifadə edərək, uşağı qaçırtmışdır. Uşaq xəstədir və bu sənədlərlə də təsdiqini tapmışdır. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, hazırda rayonda yaşayır və uşaq da əvvəllər özü ilə yaşayırdı.Əlavə olaraq qeyd edir ki, uşağın əsas problemi odur ki, uşağa autizm diaqnozu qoyulmuşdur, yəni səlis danışmır.Buna səbəb də ərizəçinin uşaq ilə maraqlanmamasıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ seriyalı 309301 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X11 arasındakı nikah xx.xx.2018-cİ ildə 589 saylı aktı ilə bağlanmışdır və arvada Əlipaşayeva soyadı verilmişdir. AZ-İV seriyalı 336155 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 avqust 2019-cu İl təvəllüdlü X4 atası Maraqlı şəxs, anası X5r. X7 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar.

1. Birinci tərəf: Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə Xaçmaz rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci tarixdə N° 589 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.

2. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birç nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 onı (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır.

3. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə borç nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs aliment tələbinin olmadığını təsdiq edir.

4. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X8 ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyı nəzərə alınmaqla (dərs vaxtlarını və reabilitasiya günləri nəzərə alınmaqla və bu barədə İkinci tərəf: Maraqlı şəxs öncədən dərs cədvəli, ünvan barədə məlumat verilərək və s.) vaxt məhdudiyyəti qoyulmadan (Bakı şəhərini tərk edərkən əvvəldən Birinci tərəf:Ərizəçi (anaya) məluma verilməsi nəzərə alınmaqla) ünsiyyətdə olmasına dair İkinci tərəf: Maraqlı şəxs (atası) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.

5. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ili bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.

6. İkinci tərəf: Maraqlı şəxs-bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Xaçmaz rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə №589 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt veriimədən) pozulmasına (ləğv\edilməsinə) razıdır.

7. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 Birinci tərəf (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır.

8. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəf: Ərizəçi ondan aliment tələbinin olmadığı ilə razıdır.

9. İkinci tərəf: Maraqlı şəxs- Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X8 ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyi nəzərə alınmaqla (dərs vaxtlarını və reabilitasiya günləri nəzərə alınmaqla və bu barədə ona öncədən dərs cədvəli, ünvan barədə məlumat verilərək) vaxt məhdudiyyəti qoyulmadan (Bakı şəhərini tərk edərkən əvvəldən Birinci tərəf: Ərizəçi(anaya) məlumat verilməsi nəzərə alınmaqla) ünsiyyətdə olmasına dair Birinci tərəf: Ərizəçi (anası) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

10. İkinci tərəf: Maraqlı şəxs-bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi il razıdır və buna etiraz etmir. götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında nikahın vaxt verilmədən məhkəmə vasitəsi ilə pozulmasına, uşağın anasının himayəsində qalmasına razılığın əldə olunmasına, uşaqla ünsiyyət vaxtlarının müəyyən edilməsinə dair razılığa gələrək razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X7 barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişindən göründüyü kimi, tərəflərin arasında olan məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin nikahın məhkəmə qaydasında pozulması, birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın ananın himayəsində saxlanılması və onun atası ilə ünsiyyət müddətlərinin müəyyən edilməsi ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, X7 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X7 ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Birinci tərəf: Ərizəçi bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə Xaçmaz rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci tarixdə №589 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.

2. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 onun (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır.

3. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs aliment tələbinin olmadığını təsdiq edir.

4. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X8 ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyı nəzərə alınmaqla (dərs vaxtlarını və reabilitasiya günləri nəzərə alınmaqla və bu barədə İkinci tərəf: Maraqlı şəxs öncədən dərs cədvəli, ünvan barədə məlumat verilərək və s.) vaxt məhdudiyyəti qoyulmadan (Bakı şəhərini tərk edərkən əvvəldən Birinci tərəf:Ərizəçi (anaya) məluma verilməsi nəzərə alınmaqla) ünsiyyətdə olmasına dair İkinci tərəf: Maraqlı şəxs (atası) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.

5. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ili bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.

6. İkinci tərəf: Maraqlı şəxs-bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Xaçmaz rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə №589 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt veriimədən) pozulmasına (ləğv edilməsinə) razıdır.

7. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 Birinci tərəf (ananın) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır.

8. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəf: Ərizəçi ondan aliment tələbinin olmadığı ilə razıdır.

9. İkinci tərəf: Maraqlı şəxs- Birinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2019-cu il təvəllüdlü X8 ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafeyi nəzərə alınmaqla (dərs vaxtlarını və reabilitasiya günləri nəzərə alınmaqla və bu barədə ona öncədən dərs cədvəli, ünvan barədə məlumat verilərək) vaxt məhdudiyyəti qoyulmadan (Bakı şəhərini tərk edərkən əvvəldən Birinci tərəf: Ərizəçi(anaya) məlumat verilməsi nəzərə alınmaqla) ünsiyyətdə olmasına dair Birinci tərəf: Ərizəçi (anası) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.

10. İkinci tərəf: Maraqlı şəxs-bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi il razıdır və buna etiraz etmir. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar