Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2135/2024 31.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır, ərizəçi isə ərizəyə onun hal-hazırda faktiki olaraq Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşadığını təsdiqləyən bu və ya digər sənəd-sübüt(arayış) əlavə etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Mənzil Kommunal Təsərrüfatı Birliyinin 1133 saylı arayışında ərizəçinin Qaradağ rayon ərazisində qeydiyyatsız yaşadığı qeyd olunsa da, həmin arayış xx.xx.2023-cü il tarixə dair və məhkəməyə yox, digər dövlət qurumuna təqdim edilmək üçün verilmişdir. Məhkəmə hesab edir ki, arayışın aid olduğu tarixdən müəyyən müddət keçdiyindən ərizəçinin hazırki faktiki yaşayış yerini əks etdirməyə bilər. Həmçinin vətəndaşın məhkəmədə olan işi barışıq sazişinin(xüsusi icraat qaydasında) təsdiq edilməsinə dair olmasına baxmayaraq, iddia ərizəsi kimi müraciət etmiş və tərəfləri ərizəçi və maraqlı şəxs kimi deyil, iddiaçı və cavabdeh qismində qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən forması və məzmununa riayət olunmadan verilmişdir. Eyni zamanda barışıq sazişi xx.xx.2023-cü il tarixə aiddir. Barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalı, əks təqdirdə məhkəməyə müraciət olunmalıdır.Məhkəmə hesab edir ki, barışıq sazişinin bağlanmasından kifayət qədər müddət keçmişdir. Azərbaycan Respublikasının Mediasiya Haqqında Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu təsbit olunmuşdur: Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmçinin hazırki iddia üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Eyni Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi ərazi aidiyyəti üzrə Qaradağ rayon məhkəməsində baxılmalı olmadığından və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən forması və məzmununa riayət olunmadan verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiq edilməsi” tələbinə dair ərizəsi, ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2135/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2135/2024
31.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver