Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2234/2025 02.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 01 yanvar 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 25 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası, 1953-cü il təvəllüdlü X3 uzun sürən xəstəlikdən sonra 25 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Bu zaman təcili tibbi yardım briqadası dəvət olunmuş və oqnlar tərəfindən ölüm faktı qeydə alınmışdır. Ölümündən əvvəl də anasının xəstəlikləri ilə bağlı X9 tam məlumatlar olmuş və daim zəruri tibbi yoxlamalardan keçmişdir. Uzun müddətdir xəstə olduğundan daim həkim nəzarətində olmuşdur. Eyni zamanda diabet xəstəsi olduğu üçün daim dövlət tərəfindən zəruri dərmanlarla təmin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq X10 PHŞ-ya müraciət edərək, X1 ölümünə dair tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin X10 PHŞ tərəfindən 28 aprel 2025-ci il tarixli məktubla şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna əsas kimi ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatının olmadığı göstərilmişdir. Nəticədə, tibbi arayışı əldə edə bilmədiklərindən, rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə almaq da mümkün olmamışdır. Anasının ölümü əvvəllər qeydə alınmayıb, ilk dəfə bunun üçün müraciət edir. Belə olan halda, məhkəmə ölümün müəyyən vaxtda və şəraitdə olması ilə bağlı faktı müəyyən etməlidir. Doğum haqqında şəhadətnamənin surətindən və yerli icra hakimiyyəti orqanının verdiyi arayışdan da göründüyü kimi, ölüm faktının tanınmasını xahiş etdiyi şəxs onun anasıdır və bu faktın tanınmasında o, maraqlı şəxsdir. Onu da qeyd edir ki, anasının dəfn xərclərini o ödəmişdir, lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün dəfnlə bağlı müavinəti ala bilmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin məhkəmə iclasında iştirakını təmin edə bilməyəcəkləri qeyd olunmuş və işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, ərizəçi kürəkəninin xalasıdır. Ərizəçinin anası vəfat etmişdir. Fevral ayının 25-də şəkər xəstəliyindən vəfat etmişdir. Lökbatan qəbristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçigillə qonşudurlar. Ərizəçinin anası vəfat etmişdir. Lökbatan qəbristanlığında dəfn olunmuşur. Təxminən 3 ay bundan öncə, şəkər xəstəliyindən vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 02572109 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 01 yanvar 1953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X6 Stansiyası tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 21:40-da ünvan 1 ünvana X1 adına (72 yaş) çağırış daxil olmuş, 15 saylı bölmənin təcili tibbi yardım briqadası həmin ünvana gəlmiş və həkimə qədər ölüm – qadın cinsli meyit aşkar etmişdir. X10 PHŞ-nın 28 aprel 2025-ci il tarixli, 18-1-14/2-F-31-2/2025 saylı məktubundan görünür ki, 1953-cü il təvəllüdlü X1 X9 ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatında olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 01 yanvar 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 25 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1953-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 25 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2234/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2234/2025
02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver