Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2282/2022 25.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində (X12) ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 01 oktyabr 2006-cı il tarixdə vəfat etmişdir. Oğlu Bəxtiyar xx.xx.2006-cı il tarixdə hündürlükdən yıxılmış, həmin gün saat 18.00-da X13 neyrotravma şöbəsinə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə saat 09.50-də bioloji ölüm baş vermişdir. Bu fakt Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini X9 Tibbi X18 Şəxs tərəfindən ünvanlanmış 2716 nömrəli 27 may 2022-ci il tarixli məktubla da təsdiq edilir. Eyni zamanda həmin məktubda diaqnoz olaraq «Ağır açıq kəllə-beyin travması, kəllə əsasının sınığı, baş beyinin əzilməsi, ənsə nahiyəsinin epidurul hematoması» qeyd edilmişdir. X2 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. X1 adına ölüm haqqında şəhadətnamə almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişlər. Qeydiyyat şöbəsinin məktubunda göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda isə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən olunması ona ölüm haqqında sənədi almaq üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahidlər X4 və X6 ifadələrində bildirdilər ki, onlar ərizəçi ilə qonşudurlar, ərizəçinin oğlu X5 01 iyun 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumun nəşi Sahil qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Qaradağ rayonu Sahil bələdiyyəsinin 16 iyun 2022-ci il tarixli SB-05/53 saylı arayış xarakterli məktubundan görünür ki, X5 vəfat edənə qədər ünvan 1 ünvanda yaşamışdır. X2 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbə qəbristanlığında dəfn edilmişdir. Arayışa Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini X9 Tibbi X18 Şəxs tərəfindən verilmiş məktub və mərhumun qəbrinin şəkli əlavə edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini X9 Tibbi X18 Şəxs tərəfindən verilmiş 27 may 2022-ci il tarxli 2716 saylı məktubdan görünür ki, 1984-cü il təvəllüdlü (22 yaş) X5 xx.xx.2006-cı il tarixdə saat 18:00-da həmin Mərkəzin neyrotravma şöbəsinə qəbul olunmuşdur. xx.xx.2006-cı il tarixdə saat 09.50-də bioloji ölüm baş vermişdir. Diaqnoz: Ağır açıq kəllə-beyin travması, kəllə əsasının sınığı, baş beyinin əzilməsi, ənsə nahiyəsinin epidurul hematoması. Meyid meyidxanaya təşrihə göndərilmişdir. Bu səbəbdən, X20 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməz. Maraqlı şəxs 29 iyun 2022-ci il tarixli 05/Q-868/15 saylı məktubundan görünür ki, Ərizəçi 29 iyun 2022-ci il tarixli, X1 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində (X12) ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində (X12) ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2282/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2282/2022
25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver