Məhkəmə qərarları › İş №2(002)-2288/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2288/2021

12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2288/2021 12.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun atası olmaqla, 11.09.1946-cı il tarixdə doğulmuş, onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Atası xəstə olmaqla, 01 iyul 2021-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə həkim çağırılmış, lakin həkim gələnə kimi vəfat etmişdir. Atasını el adəti ilə Lökbatan Qəbristanlığında dəfn etmiş, lakin həmin vaxt atasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, həmin vaxt başı dəfn və yas mərasiminə qarışdığı üçün bu barədə lazımi orqanlara müraciət etməmişdir. Hazırda ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 11.09.1946-cı il tarixdə Dəvəçi rayonunda doğulmuş atası X4 01 iyul 2021-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, X3 onunla qonşu olmuşdur. X1 01 iyul 2021-ci il tarixdə vəziyyəti ağırlaşdığı üçün həkim çağırılmışdır. Lakin həkim gələnə kimi X7 artıq vəfat etmişdir. Mərhum X2 Qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, mərhum X7 onun qonşusu olmuşdur. Mərhum X7 01 iyul 2021-ci il tarixdə vəfat etmiş və Lökbatan Qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 01.07.2021-cil tarixli, 05/Q-943/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 08 saylı, 02 iyul 2021-ci il tarixli arayışdan görünür ki, X3 01.07.2021-ci il tarixdə vəfat etmiş və Lökbatan qəsəbə Qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş 01.07.2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1946-cı il təvəllüdlü X7 üçün X14 çağırılmış, lakin 01.07.2021-ci il tarixdə saat 05.22 radələrində həkiməqədər ölüm (kişi cinsli meyit) aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X7 01.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölümün faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 sentyabr 1946-cı ildə Dəvəçi rayonunda doğulmuş X4 01 iyul 2021-ci il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Haki̇ m: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar