Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2290/2023 31.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü bacısı X2 01 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X3 onun bacısı olmaqla xx.xx.1962-ci ildə Şamaxı rayonu, Ərəbqədim kəndində anadan olmuşdur. 01 iyun 2023-cü il tarixdə bacısının vəziyyəti pisləşdiyinə görə Bakı şəhəri X14 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə qədər bacısı artıq vəfat etmişdir. Bacısını el adəti ilə Sənqəçal qəsəbəsi ərazisində yerləşən Sofi Həmid qəbirstanlığında dəfn etmiş və yas mərasimi keçirmişlər. Onun başı bacısının dəfninə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan bacısına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçinin mərhum bacısının qonşusudur. xx.xx.2023-cü il tarixdə mərhumun oğlunun qışqırıq səsinə gəlmiş və təcili yardımın orda olduğunu görmüşdür. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, mərhum onun anasıdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə gedərkən anasının yerə yıxıldığını gördü. Anasının bəzən ürək ağrıları olurdu, lakin heç vaxt müalicə almırdı. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X17 Şəxs “X18” X19 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X1 Tibb Mərkəzində dispanser qeydiyyatda deyildir və xx.xx.2023-cü il dövrə qədər tibb müəssəsinə həkimə müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 01 iyun 2023-cü il tarixdə saat 07:13 radələrində X2 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qonşular tərəfindən tərtib olunmuş və qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, qonşuları 1962-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə saat 07:10 radələrində qəfil ürək tutmasından evində dünyasını dəyişmişdir. Mərhumə Sənqəçal qəsəbəsi ərazisində yerləşən Sofi Həmid qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1362 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 06991962 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1962-ci il tarixdə Şamaxı rayonu, Ərəbqədim kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu, Dərəyurd kəndində anadan olmuşdur, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ seriyalı, 292235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası Əliyev Hüseynalı, anası Əliyeva Xanımanadır. İş materiallarında olan AZ seriyalı, 292235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası Əliyev Seynali, anası Əliyeva Xanımanadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin bacısı xx.xx.1962-ci ildə doğulmuş X2 01 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1962-ci ildə anadan olmuş X2 01 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2290/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2290/2023
31.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver