Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2297/2021 14.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, Ərizəçi1 hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi1 hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(002)- 2291/2019 nömrəli qətnaməsi ilə Ərizəçi1 hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Qətnamədən Ərizəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2020-ci il tarixli, 2(103)- 3620/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, həmin məhkəmə aktlarından məlum olur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məsələyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, Ərizəçi1 hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi1 hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2297/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2297/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver