Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-230/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Seriya AA4006336 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X8 xx.xx.1972-ci il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən ərizəçiyə verilmiş №150, xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, xx.xx.1972-ci il təvəllüdlü X5 BŞX İİ şöbədə qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən 3-16- 5/7-15-2024/2023 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin həyat yoldaşının ölümünün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddəyə əsasən, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümü dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Lökbatan Qəsəbəsi məscidi dini icmanın 21 №-li, xx.xx.2023-cü il tarixli arayışına əsasən, X8 xx.xx.2023-cü il tarixində Lökbatan qəbiristanlığında dəfn olunmuşdur.
5. İşə əlavə edilmiş Təcili və X2 Stansiyası bölməsi tərəfindən verilmiş sorğuya(ərizə) cavabdan görünür ki, X5 adına çağırış daxil olmuşdur. X5 vəfat etməsi qeydi aparılmışdır. İddia tələbi
6. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək xx.xx.1972-ci ildə Salyan rayonunda doğulmuş X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə bununla əsaslandırılmışdır ki, X8 xx.xx.1972-ci ildə Salyan rayonunda doğulmuşdur. X8 ilə faktiki olaraq 20 ildən artıqdır ki, ailə qurmuşdur, nikahı isə xx.xx.2020-ci ildə rəsmiləşdirmişdir. Birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışdır. 13 noyabr 2023-cü ildə həyat yoldaşının vəziyyəti ağırlaşmış və həkim çağırmışdır. Həkim gələnə kimi artıq yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Qaradağ rayonu Lökbatan qəsəbə qəbiristanlığında dəfn etmişdir. Həyat yoldaşı xəstəxanada qeydiyyatda olmadığından həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışıq. Belə ki həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda həyat yoldaşının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən atasına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
8. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 36, 307-309-cu maddələrinə istinad etmişdir.
9. İddia tələbinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçi məhkəmə baxış iclasında ərizəni müdafiə edərək vəfat edən həyat yoldaşı olduğunu, həyat yoldaşının allergik astma xəstəsi olduğunu, yeddi il idi ki, xəstə olduğunu, vəfat etməsindən iki gün öncə həkimə getdiyini, günlərlə özünü pis hiss etdiyini, axşam saatlarında vəfat etdiyini, o vəfat edən zaman özünün və uşaqların evdə olduğunu, həkim çağırdığını, həkimin gəldiyini, səs-küyə qonşuların da gəldiyini bildirmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur və ərizənin təmin edilməsini xahiş edir.
11. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək ərizəçinin onun bibisi olduğunu, X5 uzun illərdir astma xəstəsi olduğunu, tez-tez vəziyyətinin pisləşdiyini, bu dəfə xilas edilə bilmədiyini, vəfat edən zaman evdə onun və ərizəçinin olduğunu, yasda iştirak etdiyini bildirdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək ərizəçinin və mərhum əri Elşadın qonşusu olduğunu, X5 qonşu olduğunu, illərdir xəstəliyinin olduğunu, X5 vəfat etməsini həmin gün bildiyini, yasda iştirak etdiyini bildirdi. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
15. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
16. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
17. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
24. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
25. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun
27. 39-cu maddəsinə əsasən, insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patolojianatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi “Qayda”ları
29. 4-cü bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə”nin mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın
30. 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. b) Əsaslandırma
31. İddia əsaslıdır.
32. Belə ki, işə əlavə edilmiş sənədlər əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X8 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.1972ci il təvəllüdlü X8 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir.
33. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
34. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.
35. Göründüyü kimi, X8 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhum həyat yoldaşının ölümü barədə tibbi şəhadətnamə əldə edə bilməmiş, həmin sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsi də müvafiq qeydiyyat orqanı tərəfindən təmin edilməmiş, göstərilən sənədlərin əldə edilməməsinin mümkünsüzlüyü barədə sənədlər ərizəyə əlavə edilmişdir. Belə olan halda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktı məhkəmə tərəfindən təsdiq edilə bilər. Məhkəmə xərcləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar.
38. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə
39. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, X5 13 noyabr 2023-cü il tarixdə vəfat etməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.
40. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X5 (FİN 5E3R57W) 13 noyabr 2023-cü il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova