Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2339/2025 21.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, 22 yanvar 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 30 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun həyat yoldaşıdır. X6 22 yanvar 1957-ci il tarixdə doğulmuşdur. Onlar 17 sentyabr 1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birlikdə ünvan 1 ünvanda yaşamışlar. X1 30 aprel 2025-ci il tarixdə vəziyyəti ağırlaşmış, bu səbəbdən həkim çağırmışlar. Lakin həkim gələnə kimi artıq Eldar vəfat etmişdir. Həyat yoldaşının nəşini el adəti ilə Korgöz qəsəbə qəbristanlığında dəfn etmişlər. Lakin həmin vaxt başları yas və dəfn mərasimlərinə qarışdığından lazımi orqana müraciət etməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ərinin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin məhkəmə iclasında iştirakını təmin edə bilməyəcəkləri qeyd olunmuş və işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin yoldaşı rəhmətə gedib. Mərhum Korgöz qəbristanlığında dəfn edilib. Yas mərasimlərində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin həyat yoldaşı xəstəlikdən vəfat etmişdir. Mərhumun nəşi Korgöz qəbristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 08490931 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 22 yanvar 1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X5 Stansiyası tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 07:18-də ünvan 1 ünvana X3 adına çağırış daxil olmuş, 15 saylı bölmənin təcili tibbi yardım briqadası həmin ünvana gəlmiş və həkimə qədər ölüm – kişi cinsli meyit aşkar etmişdir. Qızıldaş Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 58 saylı arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Korgöz qəsəbə qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 06 may 2025-ci il tarixli 57 saylı məktubundan görünür ki, X6 həmin xəstəxananın İİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 07 may 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X3 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 22 yanvar 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 30 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 yanvar 1957-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 30 aprel 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2339/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2339/2025
21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver