Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2419/2020 20.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş atası X2 xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, atası X7 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası onunla birlikdə ünvan 1 mənzil 45 ünvanında yaşamışdır. Atası ürək xəstəliyindən əziyyət çəksə də, müalicə almamışdır. O, kran sürücüsü işləmiş və xx.xx.2020-ci il tarixdə iş yoldaşları ilə birlikdə H.Z.Tağıyev qəsəbəsindən hərbi hissədən Bakıya qayıdarkən Sumqayıt şəhərində halı pisləşmiş, vəziyyəti ağırlaşdığına görə təcili yardıma müraciət etmişlər, lakin həkim gələnə qədər vəfat etmişdir. Atasını el adəti ilə Bibiheybət qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, X2 iş yoldaşıdır. O, X7 ilə birlikdə xx.xx.2020-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsindən hərbi hissədən Bakıya qayıdarkən Sumqayıt şəhərində Xanqafarın halı pisləşmiş, həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, X2 iş yoldaşıdır. O, X7 ilə birlikdə xx.xx.2020-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsindən hərbi hissədən Bakıya qayıdarkən Sumqayıt şəhərində Xanqafarın halı pisləşmiş, həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 522 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X7 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bibiheybət Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 xx xxxxxxxx 2020-ci il tarixində vəfat etmiş və Bibiheybət qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1177 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1594, ev 36, 45 saylı mənzildə yaşayır və qeydiyyatdadır. Həqiqətən atası X7 xx.xx.91991-ci ildən oğlu Ərizəçi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayıb. İş materiallarında olan Bakı şəhər Təcili və X9 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş 221 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 COVİD-19 virus infeksiyasına görə götürülən müayinə materialının nəticəsi neqativ olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Təcili və X9 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1594, ev 36, 45 saylı mənzildə yaşayan 1957-ci il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Meyit STTTYS-nın Çağ/həkimi tərəfindən müayinə edilmiş və meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Təcili və X9 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1957 saylı arayışdan görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1594, ev 36, 45 saylı mənzildə yaşayan 1957-ci il təvəllüdlü X2 adına ürək ağrısı səbəbi ilə 74 nömrəli çağırış daxil olmuş, briqada ünvana çatdıqda X2 meyidi aşkar edilmişdir. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, məhəllə 1594, ev 36, 45 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan X5 məxsus AZE No 08287738 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1594, ev 36, 45 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası, xx.xx.1957-ci il təvəllüdlü X2 xx xxxxxxxx 2020-ci il ildə Sumqayıt şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası - xx.xx.1957-ci il təvəllüdlü X3 xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2419/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2419/2020
20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver