Məhkəmə qərarları › İş №2(002)-243/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-243/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-243/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi (anası) Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət və cehiz əmlak» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət və cehiz əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X7 ona məxsus Kolye qolbaq ilə dəyəri 3000 manat, Brilyant qaşlı üzük dəyəri 1200 manat,Brilyant qaşlı sırğa dəyəri 1700 manat,Qızıl sep klon ilə dəyəri 350 manat,Qızıl qolbaq dəyəri 280 manat ,Qızıl sırğa 2 ədəd dəyəri 230 və 280 manat, Qızıl üzük qaşlıdəyəri 310 manat qızıl əşyalarının və Yataq dəsti dəyəri 5000 manat, Stol dəyəri 400 manat, Stullar 6 nəfərlik dəyəri 600 manat Qorka dəyəri 500 manat, Listur xrustal 2 ədəd dəyəri 800 manat, Döşək 3 ədəd yun dəyəri 255 manat,Yorğan 3 ədəd yun dəyəri 180 manat, Yastıq 4 ədəd dəyəri 160 manat, Pərdə zal üçün dəyəri 500 manat,Pərdə yataq otğaı üçün dəyəri 500 manat,Qazan dəsti 2ədəd dəyəri 350 və 440 manat,Xrustal qənd qabı dəyəri 240 manat, Xrustal stəkan 12 ədəd dəyəri 280 manat,Xrustal nəlbəki 12 ədəd dəyiri 280 manat,Serviz qabı dəst 12 nəfərlik qızıllı dəyəri 530 manat,Serviz qabı göy rəng 12 nəfərlik dəyəri 620 manat,Qaşıq, cəngəl bıçaq dəsti polad 12 nəfərlik dəyəri 320 manat,Xrustal güldan 2 ədəd 680 manat,Xrustal meyvə qabı 4 nəfər dəyəri 550 manat,Bogema myvə qabı 2 ədəd dəyəri 340 manat,Bogema qənd qabı 2 ədəd dəyəri 290 manat,Ədyal taxt üçün 2 ədəd dəyəri 500 manat,Divan üzlüyü dəyəri 250 manat,Dəsmal 7 ədəd dəyəri 315 manat,Tort qabı 1 ədəd dəyər 120 manat, Ləpə qabı xrustal 2 ədəd dyəri 440 manat, Şam qabı xrustal 2 ədəd dəyəri 200 manat,Süfrə stol üçün 4 ədəd dəyəri 400 manat,Şirniyyat qabı 3 ədəd xrustal dəyəri 360 manat,Ədviyyat qabı dəsti 2 ədəd şüşə dəyəri 100 manat,Mürəbbə qabı xrustal 4 ədəd dəyəri 320 manat,Mürəbbə qabı xrustal 12 ədəd dəyəri 200 manat,Pakrıval taxt üçün 2 ədəd dəyəri 300 manat,Bogema şüşə stəkan 6 ədəd dəyəri 400 manat,Bogema şüşə qabı 1 ədəd dəyəri 200 manat,Çaynik 1 ədəd dəyəri 70 manat,Çaşka 12 ədəd dəyəri 65 manat,Nəlbəki 12 ədəd dəyəri 50 manat,Salat qabı şüşə 3 ədəd dəyəri 90 manat,Rumka 12 ədəd şüşə dəyəri 350 manat,kasa şüşə 12 ədəd dəyəri 220 manat,ətçəkən maşın dəyəri 350 manat,şirə çəkən dəyəi 380 manat,mikser dəyəri 190 manat,çörək qabı 2 ədəd dəyəri 50 manat,duz qabı 4 ədəd xrustakl dəyəri 100 manat,sabun qabı 4 ədəd dəyəri 80 manat,bıçaq dəsti 10 ədəd dəyəri 65 manat,kül qabı xrustal 2 ədəd dəyəri 200 manat olan cehiz əşyalarımın özünün və ya dəyərinin, ödənilmiş 174 manat dövlət rüsumunun, mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mən, Cavabdeh1 ilə 24 oktyabr 2003-cü tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan bir uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulmuş və nikahı 2018-ci ildə ləğv edilmişdir. Bildirir ki,o, cavabdehlə ailə qurarkən ona toy hədiyyəsi olmaqla aşağıdakı qızıl zinyət əşyalarını almışlar.Kolye qolbaq ilə dəyəri 3000 manat,Brilyant qaşlı üzük dəyəri 1200 manat,Brilyant qaşlı sırğa dəyəri 1700 manat,Qızıl sep klon ilə dəyəri 350 manat,Qızıl qolbaq dəyəri 280 manat,Qızıl sırğa 2 ədəd dəyəri 230 və 280 manat,Qızıl üzük qaşlı dəyəri 310 manat-cəmi 7350 manat.Ailə qurandan 3-4 ildən sonra qaytanam və ərim qızıl əşyalarımı əlimdən aldı ki, ailəüçün həmin əşyalar lazımdır,o,da qızıllarını gətirib qaynanasına verdi. Sonradan ailə münaqişələri yarandığına görə o, qızını da götürüb evdən çıxmışdır. Ona məxsus qızıl əşyaları da qaynanasında qalmışdır. Cavabdehlə ailə qurarkən ona aşağıda qeyd etdiyi cehiz əşyaları verilmiş və həmin əşyalar cavabdehlə birgə yaşadığı evə yerləşdirilmişdir.Hazırda cavabdehlər həminəşyaları ona verməkdən imtina edirlər.Yataq dəsti dəyəri 5000 manat,Stol dəyəri 400 manat,Stullar 6 nəfərlik dəyəri 600 manat,Qorka dəyəri 500 manat,Listur xrustal 2 ədəd dəyəri 800 manat,Döşək 3 ədəd yun dəyəri 255 manat,Yorğan 3 ədəd yun dəyəri 180 manat,Yastıq 4 ədəd dəyəri 160 manat,Pərdə zal üçün dəyəri 500 manat,Pərdə yataq otğaı üçün dəyəri 500 manat,Qazan dəsti 2ədəd dəyəri 350 və 440 manat,Xrustal qənd qabı dəyəri 240 manat,Xrustal stəkan 12 ədəd dəyəri 280 manat,Xrustal nəlbəki 12 ədəd dəyiri 280 manat,Serviz qabı dəst 12 nəfərlik qızıllı dəyəri 530 manat,Serviz qabı göy rəng 12 nəfərlik dəyəri 620 manat,Qaşıq, cəngəl bıçaq dəsti polad 12 nəfərlik dəyəri 320 manat,Xrustal güldan 2 ədəd 680 manat,Xrustal meyvə qabı 4 nəfər dəyəri 550 manat,Bogema myvə qabı 2 ədəd dəyəri 340 manat,Bogema qənd qabı 2 ədəd dəyəri 290 manat,Ədyal taxt üçün 2 ədəd dəyəri 500 manat,Divan üzlüyü dəyəri 250 manat,Dəsmal 7 ədəd dəyəri 315 manat,Tort qabı 1 ədəd dəyər 120 manat,Ləpə qabı xrustal 2 ədəd dyəri 440 manat,Şam qabı xrustal 2 ədəd dəyəri 200 manat,Süfrə stol üçün 4 ədəd dəyəri 400 manat,Şirniyyat qabı 3 ədəd xrustal dəyəri 360 manat,Ədviyyat qabı dəsti 2 ədəd şüşə dəyəri 100 manat,Mürəbbə qabı xrustal 4 ədəd dəyəri 320 manat,Mürəbbə qabı xrustal 12 ədəd dəyəri 200 manat,Pakrıval tat üçün 2 ədəd dəyəri 300 manat,Bogema şüşə stəkan 6 ədəd dəyəri 400 manat,Bogema şüşə qabı 1 ədəd dəyəri 200 manat,Çaynik 1 ədəd dəyəri 70 manat,Çaşka 12 ədəd dəyəri 65 manat,Nəlbəki 12 ədəd dəyəri 50 manat,Salat qabı şüşə 3 ədəd dəyəri 90 manat,Rumka 12 ədəd şüşə dəyəri 350 manat,Kasa şüşə 12 ədəd dəyəri 220 manat,ətçəkən maşın dəyəri 350 manat,şirə çəkən dəyəi 380 manat,mikser dəyəri 190 manat,çörək qabı 2 ədəd dəyəri 50 manat,duz qabı 4 ədəd xrustakl dəyəri 100 manat,sabun qabı 4 ədəd dəyəri 80 manat,bıçaq dəsti 10 ədəd dəyəri 65 manat,kül qabı xrustal 2 ədəd dəyəri 200 manat.Hazırda da həmin əşyalar da cavabdehdə qalmaqla mənə verməkdən imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Cavabdeh1 nümayəndəsi (anası) Cavabdeh2 xx.xx.2022-cü il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi göndərərk,bildirmişdir ki,İcraatınızda olan 2(002)-3533/2022 saylı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı qızıl-zinət və cehiz əşyalarının tələbinə dair iddia ərizəsi ilə razı deyiləm. Hesab edir ki, aşağıda göstərilən dəlillərə görə iddia tələbi uydurma, ərizəsi isə əsassızdır.Əvvəla İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın ləğvi iddiaçının qeyd etdiyi kimi 2018-ci ildə yox, 22 avqust 2017-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qətnaməsi əsasında olmuşdur.İddia ərizəsinin ilk abzasında, yazılan 3-cü cümlənin (yəni nikahın pozulması barədə məlumatın) tarixində mexaniki səhv etmək mümkün deyil. Bu iddia sahibinin öz həyat tərzi, yaşayışı və ətrafındakı insanlara olan münasibətin təzahürüdür. İddiaçı ailə həyatının 2018-ci ildə dağıldığını düşünürsə buna etirazım yoxdur, öz həyatıdır. O, məlumatı məhkəmə üçün dəqiqləşdirir. AR Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.İddiaçı və Cavabdeh1 arasında nikah 2003-cü ilin 24 oktyabr tarixində bağlanmış və iddiaçı evinə gəlin köçmüşdür. Bu oğlunun ikinci evliliyi idi və bu səbəbdən onlar tərəfindən təmtəraqlı toy keçirilməmişdir və qarşı tərəfdə bunu bilib razılaşmışdır.Toydan 2 ay əvvəl, yəni 02 avqust 2003-cü il tarixdə o,ağır yol qəzasına düşüb yataq xəstəsi olmuşdur və 1 il ərzində belimdə dəmir korsetlə yaşamaq məcburiyyətində olmuşdur. Bu faktı isə onları tanıyanların hamısı bilir. Çünki bu günədək həmin qəzanın fəsadlarına görə hərəkət qabiliyyətində gözlə görünəcək qədər qüsuru var.Yəni o, istəsəydi belə həmin vaxt iddiaçının uydurduğu məbləğdə və sayda qızılzinət əşyası alamazdı və ala bilməzdi. Bu faktı da hamı bilir.Bunlardan başqa məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 2003-cü ildə iddia ərizəsində qeyd edilən məbləğdə (yəni cəmi: 7.350 manat) qızıl-zinət əşyalarının alınması onlar kimi orta-statistik ailə üçün ümumiyyətlə absurddur. 2003-cü ildə ölkə ərazisində milli pul vahidi olan manatın köhnə əskinazları dövriyədə idi. Hələ yeni "AZN" əskinazları (1 yanvar 2006-cı il tarixdə) dövriyyəyə buraxılmamışdı. Yeni "AZN" əskinazlarının dövriyyəyə buraxılmasından sonra isə ölkə üzrə hər sahədə olan kəskin "qiymət fərqini" isə hamı bilir, bunun üçün heç ekspertə müraciət etməyə də ehtiyac yoxdur. Bu bir daha iddiaçının iddia etdiyi şeyin heç mahiyyətinə varmamasından xəbər verir. Dolayısıyla, 2003-cü ildə Sahil qəsəbəsində 7.350 manat məbləğin həcmində ən azından 1 otaqlı mənzil almaq mümkün idi. Onun isə oğlunun ikinci evliliyinə bir mənzilin dəyəri qədər qızıl hədiyyə etmək imkanı olmayıb.Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 2017-ci ildə iddiaçı ilə cavabdeh oğlu arasında nikah pozulduqdan sonra məhkəmənin qətnaməsi əsasında nəvəsi X10 anasının yanında saxlanılsa da faktiki olaraq, onunla yaşamışdır. Buna iddiaçının özü razılaşmışdı həmin vaxt. 2017-ci ildən 2020-ci ilədək nəvəsi Nuriyevə Roza daim onunla (yəni nənəsi və babası ilə) yaşamışdır.Ümumiyyətlə nikah ləğv edildikdən sonra onun nə keçmiş gəlini olan iddiaçı ilə, nə də nəvəsi ilə münasibətləri heç vaxt pis olmayıb. Daim ünsiyyətdə və münasibətdə olmuşlar. .Bunu təsdiq edən 9 ədəd foto şəkil (Votsap yazışmalarla birgə) etiraza əlavə olunur. Hesab edir ki, həmin foto şəkillər məhkəmədə iddiaçıya veriləcək bir çox suallara səbəb olacaqdır.Hər bir fotoşəklin arxasında həmin görüntülərlə bağlı ətraflı məlumatı yazmışdır. Əlindən qızıllarını və cehiz əşyalarını alan və onları keçmiş gəlininə verməkdən imtina edən qayınana ilə bu illərədək belə xoş münasibətin səbəbi nədir? Belə məntiqsiz və əsassız bir mövqe bugünkü cəmiyyətdə ümumiyyətlə mümkündür mü??? İddia ərizəsində cehiz əşyaları ilə bağlı qeyd edilənlərin ağ yalan və uydurma olmasını sübut etmək üçün hörmətli məhkəmədən xahiş edir ki, onun hazırda yaşadığı və iddiaçının gəlin köçüb yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili ilə yerində tanış olub, yerində müayinə edilməsi üçün yerli baxışın təyin edilməsi barədə qərardad qəbul etsin. O cümlədən iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçı tərəfindən yalan və uydurmanın sübut edilməsi üçün məhkəməyə kifayət edəcək istənilən sayda şahid gətirməyə hazırdır. Bundan başqa, nikah pozulandan sonra mərhum yoldaşı X13 rayon Məhkəməsinə müraciət edərək hazırkı iddiaçı X1 Bakı ş. ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir.Qaradağ rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iddiaçı X3 onların mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. İddiaçının cehiz əşyaları ilə dolu mənzildən, istifadə hüquqlarına Qaradağ rayon Məhkəməsi 2017-ci ildə xitam verilməsi barədə necə qətnamə qəbul edərdi?.Və etmişdirsə niyə iddiaçı bu qədər böyük "haqsızlığa" susub qətnamədən indiyə kimi şikayət etməmişdir..Qaradağ rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsində hazırkı iddiaçı X2 mənzildə qalan hər hansı cehiz əşyaları barədə məlumat yoxdur. Əksinə hazırkı iddiaçı X2 hələ nikah rəsmi qaydada ləğv edilməmişdən əvvəl evi tərk edib başqa yerdə yaşaması göstərilmişdir.Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırkı iddiaçı ilə oğlu Cavabdeh1 2017-ci ildə nikahlarının pozulmasına səbəb iddiaçının xəyanəti olmuşdur. İddiaçı öz ailəsinə etdiyi baiskarlıqla yetinməmiş, başqa bir 3 uşaqlı ailənin səadətinə də baiskar olmuşdur. Məhz bu rəzillik səbəbindən oğlu yaşadığı kiçik bir qəsəbədə "qınaq obyektinə" çevriloməməsi üçün indiyədək evindən didərgin düşmüşdür Həmin vaxtdan indiyədək oğlum Rusiya Federasiyasına getmiş və hazırda da orada yaşayır.Boşanmadan sonra oğlunun birgə nikahdan olan qızı, 13 yaşlı nəvəsi X10 3 il onun yanımda (nənəsi və babası ilə) yaşamışdır. Amma ona görə yox ki, iddiaçı uşağının qohumluq əlaqələrini kəsmək istəməmişdir. Ona görə ki, həmin ərəfədə iddiaçının həyatında uşağından "daha vacib sevlər" var idi. 2017-ci ildən 2020-ci ilədək nikahın pozulmasına baxmayaraq nəvəsi daim onunla yaşamışdır. Bunu qonşular ilə yanaşı Sahil qəsəbəsində onların ailəsini tanıyan hamı təsdiq edə bilər, o cümlədən nəvəsinin təhsil aldığı orta məktəbin müəllimləri və direktoru da daxil olmaqla.Ümumiyyətlə qeyd edir ki, oğlunun boşanmasından sonra mən nəvəmin xatirinə və söz-söhbətlərin bitməsi xatirinə keçmiş gəlinimlə və ya onun valideynləri ilə düşmənçilik etməmiş, haqlı tərəf olmağına baxmayaraq. Təbii olaraq o, düşmənçilik mövqeyində olmadığına görə, nəvəsi də heç bir təmənna güdmədən öz yanında saxlayıb böyütdüyünə görə gəlini və onun ailəsi də onunla düşmənçilik etməmişdir. Münasibətləri yenə də qohum kimi normal öz axarı ilə davam etmişdir. Hətta ad günü və əlamətdar günlərdə bir-birinin evinə də getmişlər.Qeyd etdiklərini etiraza əlavə etdiyi 9 ədəd fotoşəkillər və elektron "WhatsApp" yazışmalardan da aydın görmək olar.Qeyd edilən fotoşəkil və yazışmaları iddiaçı təkzib edərsə, o zaman xahiş edir ki, həmin fotoşəkilllərin həqiqiliyi (morıtajsız) barədə ekspertiza təyin edilsin. İddiaçının həyatındakı uşağından "daha vacib şeylər" 2020-ci ildə bitmişdir. O ayrıca mənzildə kirayə qalmaq məcburiyyətində olduqda nəvəni də öz yanına aparıb 2020-ci ilin avqust ayında alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edib alimentin 136 manatdan 170 manatadək artırılmasına nail olmuşdur. Bununla aylıq ödədiyi kirayə pulunu az da olsa kompensasiya etməyi düşünürmüş. Qeyd etdi ki, 2017-ci ildə nikah ləğv edilərkən qətnamə ilə uşaq ananın yanında saxlanmış və aylıq 136 manat aliment kəsilmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi uşaq ananın yox onun yanında yaşamışdır. Bu səbəbdən də 2020-ci ilədək iddiaçı onlardan aliment istəməmişdir. Aliment artırıldıqdan sonra isə o, yenə də düşmənçilik etməmək xatirinə, həm də nəvəsi artıq böyüyüb çox şeyi dərk etdiyinə görə münasibətləri pozmadan iddiaçıya aylıq 170 manat ödəməklə yenə də mehriban münasibəti qorumuşdur. 2022-ci ilin əvvəllərində yoldaşı Nuriyev Hüseynin səhhəti ağırlaşmış və aylarla müalicə olunmasına baxmayaraq 12 iyun 2022-ci ildə vəfat etmişdir. Yoldaşının dəfnində və yas mərasimində iddiaçı da iştirak etmişdir. Məhz bu yas mərasimi ərəfəsində ona və oğluna məlum olmuşdur ki, iddiaçı nəvəsi ilə birgə köçüb yenidən onların evdə yaşamaq istəyir. O və oğlu buna etiraz etdikdən bir müddət sonra isə iddiaçı ona qarşı bu cür iddia ilə, oğluna qarşı isə aliment ödəməməsi bəhanəsi ilə Qaradağ İcra və Probasiya şöbəsinə şikayət etmişdir. Hətta nəvəsin onunla yaşadığı dövrdə, yəni 2017-ci ildən 2020-ci ilə qədər oğlunun heç bir aliment ödəməməsi barədə şər böhtan xarakterli məlumatlar verərək həmin dövrün alimentini də tələb etmişdir. Ən acınacaqlısı isə odur ki, bu cür məkrli işlərə nəvəsini də alət edib uşağın öz atasına qarşı şikayət ərizəsi verməsi üçün Qaradağ İcra və Probasiya Şöbəsinə gətirilməsinə qədər olan rəzilliyə imza atmışdır.Bakı ş. ünvan 1 ünvanında yerləşən mənzilə yerində baxış keçirib sübutların müayinə edilməsi üçün yerli baxışın təyin edilməsi barədə qərardad qəbul edəsiniz. Bakı ş. ünvan 1 ünvanında yerləşən mənzilə yerində baxış keçirib sübutların müayinə edilməsi üçün yerli baxışın təyin edilməsi barədə qərardad qəbul edilməsini və İddiaçı ona və digər cavabdeh X5 qarşı qızıl-zinət və cehiz əşyalarının tələbi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdri. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, ərizənin uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 nümayəndəsi (anası) Cavabdeh2 iclasında iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2003-cü ilin oktyabrından onların gəlini olub, iddiaçı oğlunun İİ yoldqaşı olub, ona görə də ona evdəki qızıllarından bır neçəsini aparıb, daha iddia ərizəsində qeyd edilən o dəyərdə qızıl aparılmayıb. Amma o qızılları iddiaçı nə edib, necə istifadə edib onu daha bilmir, iddiaçı oğlundan boşanandan sonra övladı olan qızını nənəsi olaraq özü saxlamışdır, çünki iddiaçı özü hakimə bildirmişdi ki, işləyir və uşağa nənə-babasının baxmasına etiraz etmir, hətta buna görə alimentdən də imtina etmişdi. İddiaçı ilə oğlu 2017-ci ildə boşanandan 2020-ci ilə kimə nəvəsinə özü baxmış, onunla yaşayıb. Ümumiyətlə 14 ildir ki, nəvəsi onunla yaşayıb. Boşanma hələ rəsmiləşməmişdən iddiaçı cehizin özü ilə apardı, çünki həmin vaxt evləri remont olunurdu, bunları şahid ifadələri də təsdiq edir. İddia ərizəsində qeyd olunanların heç biri nə evində, nə də ondadır. Hətta iddiaçı ilə oğlu 2014-cü ildə gedib özlərinə ev üçün mebellər aldı. Əgər iddiaçı qeyd etdiyi mebelləri gətiribsə, niyə oğlu ilə gedib evə mebel alırdılar. iddiaçı ilə münasibəti normal idi, 6 aydır ki, yoldaşı rəhmətə gedib, yas məclisində də gəlini kimi iştirak edib. Sadəcə indi nəvəsi nişanlanıb deyə bu iddianı qaldıraraq aldığı məbləğə qızına cehiz almaq istəyir. Məhkəmə iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını,cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 5775/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-343/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 və İddiaçı arasında 08 noyabr 2003-cü il tarixdə bağlanmış və Bakı şəhər Qaradağ rayon VVADQ şöbəsində 584 saylı akt qeydi ilə rəsmiləçdirilmiş nikah pozulmuş, həmin nikahdan olan Cavabdeh2 Elnur qızının anası- İddiaçı himayəsində qalması müəyyən edilmiş və qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 1178 nömrəli akt qeydi ilə Səadət Sarayında bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 5775/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki Nuriyeva(Qurbanova) Marine Rövşən qızının Bakı şəhəri, Qaradağ rayonu. ,Sahil qəsəbəsi. Z.Qasımov küçəsi, 37A saylı evin, 65 saylı evinə olan istifadə hüququna xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC –yə edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə 169 manat, xx.xx.2015-ci i ltarixdə 160 manat, xx.xx.2015-ci il tarixdə 178 manat, xx.xx.20215-ci i ltarixdə 169 manat(qalıq 5238 manat olmaqla), xx.xx.2023-cü il tarixdə 179 manat ödənişlər edimişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli müraciətdən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" mağazasına qiyməti 950 manat olan LG markalı televizor və qiyməti 2850 manat olan Y/D LOBBO adlı mallların alınması üçün müraciət edilmişdir. (Mallar Cavabdeh1 qeydiyyatı üzrə ünvana göndiləcəkdir) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli xəbərdrlıq iltizamından görünür ki, Cavabdeh1 36 ay müddətinə aylıq 169 manat ödəməyi öhdəsinə götürmüşdür. 01 mart 2023-cü il tarixli məhkəmə iclasında dindirilən şahid X4 ifadəsinə bildirmişdir ki,o, cavabdehlərlə illərdirki, qonşudurlar. İddiaçı Cavabdeh2 oğlunun ikinci evliliyidir.Toyda iştirak etmişdir. Cavabdeh iddiaçıya gəlin gətirərkən heç bir qızıl zinnət əşyasını almamışdır, çünki cavabdehin ikinci evliliyi idi. 2014-cü ildə Cavabdeh2gilin evində təmir işləri getdiyindən iddiaçı Marine öz cehiz əşyalarını atası evinə aparmışdır. Sonradan isə Cavabdeh1 evə yeni mebel əşyaları almışdır. 01 mart 2023-cü il tarixli məhkəmə iclasında dindirilən şahid X11 ifadəsinə bildirmişdir ki, cavabdehlə 30 ilə yaxındır qonşudurlar. Təxminən 2014-cü ildə onların evində təmir oldu, və yeni mebellər aldıqları üçün Marine öz cehizlərini atası evinə apardı. 01 mart 2023-cü il tarixli məhkəmə iclasında dindirilən şahid X6 ifadəsinə bildirmişdir ki, cavabdehlərlə qonşudurlar. Qızıl-zinnət əşyaların barəsində heçnə bilmir, lakin 2014-cü ildə təmir getdiyindən onların evindən yüklərin daşındığını görmüşəm. İş materiallarına fotoşəkillər və vatsap yazışmaları da əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, işin məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər nikah münasibətlərində olmuş və 2017-ci ildə rəsmi nikahları pozulmuşdur. Hal hazırda tərəflər arasındakı mübahisəli hal bundan ibarətdir ki, iddiaçı iddia edir ki, qızıl-zinət əşyaları və ona məxsus cehiz əşyaları cavabdehdə qaldığından həmin qızıl əşyaları ona qaytarılmalıdır, cavabdeh isə bildirir ki, iddiaçı ümumiyyətlə iddia ərizəsində qeyd edilən qızıl zinət əşyaları mövcud olmayıb. İddia ərizəsində qeyd edilən cehiz əşyalarını isə iddiaçı 2014-cü ildə hələ evli olduqları zaman evdə təmir olduğu üçün evdən çıxarıb. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə iddia tələbinin iddiaçıya hədiyyə edilmiş digər qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsini Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsassız hesab edərək qeyd edir ki, həmin qızıl-zinət əşyalarının ümumiyyətlə mövcud olmasına dair və iddiaçıya məxsus olmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən və cehiz əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olması sübuta yetirilmədiyindən, iddiaçı tərəfindən bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin əmlakın cavabdehdən tələb edilməsi barədə iddia əsassızdır. Belə ki məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələri və digər sübutlarla müəyyən olunmuşdur ki, həmin qızil zinət əşyalarının mövcudluğu ümumiyyətlə sübut olunmamışdır və cehiz əşyalarınən mövcudluğu, iddiaçıya məxsus olması cavabdehin faktiki sahibliyində olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin m\hkəmə iclasında tədqiq edilmiş sübutlarla, şahid ifadələri, cavabdehin nümayəndəsi tərəfindən mebel əşyalarının alınması ilə bağlı sənədlərlə təsdiq edilir ki, tərəflər birgə nikah dövründə 2014-cü ildə yeni mebil əşyaları almış və köhnə mebel əşyaları evdən çıxarılmışdır. Məhkəmə hesab edir ki, qızıl-zinət və cehiz əşyalarının qaytarılması ilə bağlı mübahisədə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Həmçinin, məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl və cehiz əşyalarının cavabdehlərdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət və cehiz əmlak» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət və cehiz əmlak» tələbinə dair iddiası təmin edilməməlidir. İddia üzrə ödənilmiş 121 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar