Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2463/2022 20.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1937ci il tarixdə RF-də doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 anası olmaqla, sağlığında onunla birlikdə ünvan 1 ünvanda yaşamışdır. Anası xx.xx.1937-ci il təvəllüdlü olmaqla, Rusiya Federasiyasında doğulmuşdur. 30 iyul 2022-ci il tarixdə anası Raqimat Mollayevanın vəziyyəti ağırlaşmış və bu səbəbdən həkim çağırmışlar. Həkim gələnə kimi anası artıq vəfat etmişdir. Mərhuməni el adəti ilə Badamdar qəbristanlığında dəfn etmişlər. Lakin anası sağlığında poliklinikada qeydiyyatda olmadığından həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt dəfn və yas mərasimləri ilə məşğul olmuşlar, vaxtında lazımi orqana müraciət edə bilməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda anasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən anasının adına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, ərizəçinin anası Raqimat Mollayeva 30 iyul 2022-ci il tarixdə Bakı şəhərində, xəstəlikdən vəfat etmişdir. Mərhumənin nəşi Badamdar qəbristanlığında dəfn edilmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçinin anası Raqimat Mollayeva 30 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumənin nəşi Badamdar qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X4 xx.xx.1937-ci il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Təcili və X6 Stansiyasının 15 saylı KYS-nin arayışından görünür ki, 30 iyul 2022-ci il tarixdə saat 18.34-də X3 adına ünvan 1 ünvana çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (qadın cinsli meyit) qeyd etmişdir. Qaradağ rayonu Badamdar bələdiyyəsinin 10 avqust 2022-ci il tarixli 308 saylı arayışından görünür ki, 30 iyul 2022-ci il tarixdə vəfat etmiş X4 Bakı şəhəri Qaradağ rayonu Badamdar qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi 23 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 01 avqust 2022-ci il tarxli 91 saylı məktubdan görünür ki, xx.xx.1937-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 ASM-də qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxs 05 avqust 2022-ci il tarixli 05/Q-1027/15 saylı məktubundan görünür ki, Ərizəçi 03 avqust 2022-ci il tarixli, anası X3 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1937-ci il tarixdə RF-də doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il tarixdə RF-də doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2463/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2463/2022
20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver