Məhkəmə qərarları › İş №2(002)-247/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-247/2025

30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-247/2025 30.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olmaqla cavabdehlərin evində qalmış aşağıda adları və dəyəri qeyd olunmuş; 1) Sırğa 1 cüt, çəkisi 2.2 qram, əyar 585- 242 manat 2) Boyunbağı 1 ədəd, çəkisi 2 qram, əyar 585- 220 manat 3) Qızıl dəst 1 ədəd, çəkisi 30 qram (2.70 st), əyar 750- 4500 manat, 4) Nişan üzüyü 1 ədəd, çəkisi 5 qram (0.40 st), əyar 750- 750 manat 5) Fantaziya üzük 1 ədəd, çəkisi 3.5 qram, əyar 583- 385 manat 6) Boyunbağı və Klon 1 ədəd, çəkisi 4.8 qram, əyar 585- 528 manat 7) Sırğa 1 cüt, çəkisi 4 qram, əyar 585- 440 manat 8) Qolbağ 1 ədəd, çəkisi 3.9 qram, əyar 585- 429 manat olmaqla ümumi dəyəri 7494 manat olan qızıl-zinət əmlaklarının və yaxud onun dəyərinin cavabdehlər Cavabdeh1 və onun oğlu, keçmiş həyat yoldaşı Cavabdeh2 alınaraq ona verilməsi, iddia ərizəsi təmin olunarkən onun tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumu və məhkəmə üçün ödədiyi 95 manat dövlət rüsumunun da cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi və iddia ərizəsində göstərdiyi qızıl-zinyət əşyalarını, onlar olmadıqda isə dəyərinin hər üç cavabdehdən tutulmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ona qarşı “cehiz əşyalarının ona məxsus evdən çıxarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun bu tələbi 2(002)- 2399/2024 saylı iş kimi məhkəmənin icraatındadır. Onun təkcə cehiz əşyaları deyil, həmçinin aşağıda qeyd etdiyi qızıl-zinət əşyaları da hamısı Cavabdeh1 və onun oğlu, keçmiş həyat yoldaşı Cavabdeh2 məxsus evdə qalmışdır. 1) Sırğa 1 cüt, çəkisi 2.2 qram, əyar 585- 242 manat 2) Boyunbağı 1 ədəd, çəkisi 2 qram, əyar 585- 220 manat 3) Qızıl dəst 1 ədəd, çəkisi 30 qram (2.70 st), əyar 750- 4500 manat, 4) Nişan üzüyü 1 ədəd, çəkisi 5 qram (0.40 st), əyar 750- 750 manat 5) Fantaziya üzük 1 ədəd, çəkisi 3.5 qram, əyar 583- 385 manat 6) Boyunbağı və Klon 1 ədəd, çəkisi 4.8 qram, əyar 585- 528 manat 7) Sırğa 1 cüt, çəkisi 4 qram, əyar 585- 440 manat 8) Qolbağ 1 ədəd, çəkisi 3.9 qram, əyar 585- 429 manat. Cavabdeh və onun oğlu, keçmiş həyat yoldaşı Cavabdeh2 tərəfindən gəlin köçərkən ona hədiyyə kimi alınmış ümumi dəyəri 7494 manat olan 8 adda qızıl-zinət əşyalarının hamısı cavabdehlərə məxsus olan evdə qalmışdır ki, o özünə məxsus həmin əmlaklarını onlardan tələb edir. Ərizəyə daxil etdiyi rəyin əslindən görünür ki, ona məxsus olan cavabdehlərin evində qalmış qızıl-zinət əşyalarının ekspert tərəfində qiymətləndirilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2, 442,739.1-ci maddələrinə, istinad etmişdir. İddiaya etiraz

5. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq eden sənədlər əlavə edilir. Aşağıda göstərilənlərə əsasən iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. İddiaçı iddia tələbini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh1 ona qarşı "cehiz eşyalarının ona məxsus evden çıxarılması" tələbi ilə məhkəməyə müraciet etmişdir. Onun bu tələbi 2(002)-2399/2024 saylı mülki iş məhkəmə icraatında olmuşdur. İddia ərizəsində göstərmişdir ki, onun təkcə cehiz eşyaları deyil, həmçinin aşağıda qeyd etdiyi qızıl-zinyət əşyalarıda cavabdehlərə məxsus evdə qalmışdır. 1) Sırğa 1 cüt, çəkisi 2.2 qram, əyar 585- 242 manat 2) Boyunbağı 1 ədəd, çəkisi 2 qram, əyar 585- 220 manat 3) Qızıl dəst 1 ədəd, çəkisi 30 qram (2.70 st), əyar 750- 4500 manat, 4) Nişan üzüyü 1 ədəd, çəkisi 5 qram (0.40 st), əyar 750- 750 manat 5) Fantaziya üzük 1 ədəd, çəkisi 3.5 qram, əyar 583- 385 manat 6) Boyunbağı və Klon 1 ədəd, çəkisi 4.8 qram, əyar 585- 528 manat 7) Sırğa 1 cüt, çəkisi 4 qram, əyar 585- 440 manat 8) Qolbağ 1 ədəd, çəkisi 3.9 qram, əyar 585- 429 manat. Aşağıda göstərilənlərə əsasən iddianı qəbul etmirik. İddiaçı Sexavət qızının iddiası esassız olduğundan temin edilməməlidir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 ilə rəsmi nikah dövründə və birgə ailə təsərrüfatında yaşayan zaman İddiaçı şəxsi istifadəsində olan mobil telefonunda əxlaqsız görüntülər, etik olmayan hərəkətlər həyat yoldaşı Cavabdeh2 ve qaynatası Cavabdeh1 tərəfindən aşkar olunmuşdur. Bu barədə görüntüləri diskə qeydə alaraq, nikahın pozulması zamanı məhkəməyə təqdim edilmiş, İddiaçı həyat yoldaşına qarşı səhv etdiyini ve günahkar olmasını təsdiq etmişdir. Həmin zaman yaşadıqları ünvana gəldikdən sonra İddiaçı daha bu evdə yaşaya bilməcəyini, birgə nikahdan doğulan 23 may 2017-cü il təvəllüdlü X6 ilə birgə şəxsi əşyalarını götürmək istədiyini bildirmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 isə etiraz etməmişlər. 2018-ci ilin oktyabr ayında iddiaçı X7 cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə yaşadığı evdən 23 may 2017-cu il təvəllüdlü X6 ilə birgə öz şəxsi əşyalarını 4 çantaya yığaraq köçmüşdür. Köçən vaxt İddiaçı cavabdehlərdən tələb etdiyi qızıl-zinyət əşyalarının bir qismi onun üzərində olmuşdur. Hazırda İddiaçı cavabdehler Cavabdeh2, Cavabdeh1 qarşı irəli sürdüyü tələb qərəzli olmaq qisas almaq məqsədi güdür. Belə ki, İddiaçı evden köçən zaman ona məxsus əşyalarının götürülməsi barədə tərəflərin iştirakı ilə 2019-cu il tarixli akt tərtib olunmuşdur. Bir daha nəzərinizə çatdırırıq ki, İddiaçı ilə Cavabdeh2 rəsmi nikah qeydiyyatına daxil olduqdan sonra özlərinə məxsus olan sənədlər, nikah haqqında şəhadətnamə, qızıl-zinət əşyaları və s. hər biri əzəl gündən İddiaçı Sexavet qızının şəxsən özündə olmuşdur. İddiaçı X2 yaşadığı evin istifadə etdiyi otaqa heç vaxt heç kim daxil olmamışdır. İddiaçı evdən köçdükdən sonra da cavabdehlǝr Cavabdeh2, Cavabdeh1 ona məxsus olan qızıl-zinyet əşyalarını görməyib, o barədə heç bir məlumatları olmamışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi tam əsassız olduğundan təmin olunmamalıdır.

6. Cavabdeh1 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh3 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.

9. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasındakı nikah Qaradağ rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(002)-95/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Göründüyü kimi, İddiaçı tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş iddia müddəti heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu İİ Tarixli Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin qərarın 2-ci bəndinə əsasən təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldəetdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 2018-ci ildə o birotaqlı evdə kirayədə qalırdı. Həmin illər ərzində məhkəməyə müraciət etməməyinin səbəblərindən biri də o Gülmalının bacısı qızı ilə evlidir. Həmçinin 2019-cu və 2020-ci ildə müharibədə iştirak etmişdir. Qızılları tələb etməyi üçün maddi imkanı olmayıb. Evdə aralarında dava olub, qaynatası taksi çağırıb qaynı ilə iddiaçını evdən çıxardıb. Qızıllar həmin vaxt evdə olub, götürməyə icazə verməyiblər. Bütün əşyaları orda qalıb. Bacısı 20219-cu ildən o evdən çıxıb.

11. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, evdən 2018-ci ilin oktyabr ayında getmişdir. Evdən gedən gün evdə münaqişə oldu. Cavabdehlər ona dedilər ki, onu evdən çıxaracaqlar, evdən getməlidir. Özü evdən getmək istəməmişdir. O 2018-ci ildə Vüsaldan məhkəmə qərarı ilə boşanmışdır. Cavabdehlər onu dəfələrlə döyüb, təhqir edib, hətta onun bir dəfə qolunu kəsmişdilər. Vüsal o vaxt evdə deyildi. Otağından sadəcə paltarlarını iki selefonda götürə bildi, qaynatası paltarlarını yığmaqda ona kömək etdi. Otaqda qayanatası və vəkil Kənan bəy vardı. Ekspert də evə baxan zaman gördü ki, nə qədər paltarı həmin evdə qalıb. Qızıllar evdə qaldı, onun arxasınca qaynanası Xədicə qızıllarını götürdü. Qızılları götürmək istəyən zaman qaynanası buna icazə vermədi. Qızıllar qaynanasındadır. Evdə qaynatası, qaynanası, qaynı, onun həyat yoldaşı vardı. Qızıllar otağında, kamotun qarşısında idi. Evdən taksi ilə dayısın evinə getdi. Taksini cavabdehlər çağırmışdı, taksi sürücüsünü tanımırdı. O uşağı ilə birlikdə dayısının evinə getdi. Özü onlardan tələb etməmişdir. Qardaşı qızılları onun yerinə şifahi tələb etsə də onlar qızılları qaytarmadı. Onlar deyirdilər ki, “qızılları onlar almış, onlar onlarındır, onları o almamışdır ki, onları da istəsin”. Lakin qızıllarla bağlı 6 il ərzində polisə və ya məhkəməyə müraciət etməmişdir. Daha sonra qardaşı 2020-ci ildə müharibəyə getdi. Özünün də hüquqi savadsızlığına görə rəsmi tələb etməmiş, həm də anası xəstə olduğuna görə bununla maraqlana bilməmişdir.

12. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tələb etdiyi bütün əşyaları özü ilə aparıb. İddiaçı könüllü şəkildə bir neçə çanta yığaraq evdən gedib, onu otağına buraxıblar ki, nəyin var götür get. Ola bilməz ki, iddiaçı əşyalarını yığsın, ancaq qızılları götürməsin.

13. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı evdən qovulmamış, ona evdən get deməmişlər. İddiaçı evdən özü könüllü gedib. İddiaçı evdən dörd sumka ilə çıxıb. Onlar onun arxasınca otağa girməmişlər, o, əşyalarını yığan zaman otaqda tək olub, onlar isə evin dəhlizində onu gözləmişlər. O, digər oğlumu iddiaçı ilə birlikdə maşınla göndərmişdir ki, tək getməsin. Arada hər hansı şiddət, evdən qovma, davadalaş halı olmamışdır. Onlar iddiaçının dayısının evinə gediblər. İddiaçı evdən getdikdən sonra vəkillə birlikdə otağa girmişlər. İddiaçı qızılları və bütün əşyalarını, paltarını evdən aparmışdı. Əlində çantalar olmuşdur.

14. Cavabdeh X1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, qızıllar həmişə özündə olub, evdən necə gedib bilməmişdir. Prosesin digər iştirakçısının ifadələri

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçı keçmiş gəlinidir, Vüsal qardaşıdır. İddiaçının evdən getdiyi tarix dəqiq yadımda deyil, artıq 6 ildən çoxdur. O anası ilə aşağıda idi, gözləmirdi ki, çıxıb getsin. İddiaçı vəkillə məhkəmədən gəldi, vəkil getdikdən sonra atası yuxarı qalxdı dedi ki, getmək istəyir, öz əşyalarını yığdı, qapıya qoydu, təxmini 4-5 çanta var idi. Taksi çağırdı, özü də getdi ki, tək getməsin. Aparıb dayısının yanına Şamaxıya qoydu. Həçmin vaxt qardaşı işdə idi. Mehriban şəkildə apardı, söz-söhbət olmadı, yolda hətta marketə girib uşağa müəyyən şirniyyatlar almışdı. Qızıllar bildiyi qədərilə iddiaçının özündə idi.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, ailəni tanıyır, özü taksi işləyirdi. İddiaçını nə vaxt apardığı yadında deyil, çoxdan olub, Vasiflə bir yerdə apardı, uşaq da onlarla idi. Söhbət edə-edə gediblər. Saxladı, marketdən uşağa qoğal da aldılar, 3-4 dənə çanta var idi. Evdə səs-küy yox idi, heç nə eşitməmişdir. Çantaları maşına özləri yerləşdirdi. İddiaçının qızıllarla bağlı nə isə dediyini eşitməmişdir.

Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

a) Əsaslandırma

19. İşin faktiki hallarından görünür ki, tərəflər keçmiş ər-arvaddırlar. İddia tələbi sırğa 1 cüt, çəkisi 2.2 qram, əyar 585; boyunbağı 1 ədəd, çəkisi 2 qram, əyar 585; qızıl dəst 1 ədəd, çəkisi 30 qram (2.70 st), əyar 750; nişan üzüyü 1 ədəd, çəkisi 5 qram (0.40 st), əyar 750; fantaziya üzük 1 ədəd, çəkisi 3.5 qram, əyar 583; boyunbağı və Klon 1 ədəd, çəkisi 4.8 qram, əyar 585; sırğa 1 cüt, çəkisi 4 qram, əyar 585; qolbağ 1 ədəd, çəkisi 3.9 qram, əyar 585 ibarət qızıl-zinyət əşyalarının və ya onların dəyərinin qaytarılmasından ibarətdir.

20. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

21. "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli CVN/İ 33-191/25 nömrəli ekspert rəyindən görünür ki, 750 əyarlı, 30 qramlıq (2.70 st) bir ədəd qızıl dəsti. (işə əlavə edilmiş disk və fotoşəkillərdə əks olunmuş) 750 əyarlı, 5 qramlıq (0,40 st) bir ədəd nişan üzüyü (işə əlavə edilmiş diskdə əks olunmuş) 583 əyarlı, 3.5 qramlıq bir ədəd fantaziya üzük (işə əlavə edilmiş diskdə əks olunmuş) 585 əyarlı, 4.8 qramlıq bir ədəd boyunbağı və klon (işə əlavə edilmiş diskdə və fotoşəkillərdə əks olunmuş) 585 əyarlı, 4 qramlıq bir cüt sırğa (işə əlavə edilmiş diskdə əks olunmuş) 585 əyarlı, 3.9 qramlıq bir ədəd qolbağ (işə əlavə edilmiş diskdə əks olunmuş) 30 iyun 2025-ci il tarixinə orta bazar dəyəri 7285 manat manat təşkil etmişdir.

22. İddia tələbinin qızıl-zinyət əşyaları ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır.

23. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

24. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

25. Həmçinin, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

26. Sadalanan hüquq normalarına görə, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.

27. Bu mənada, əşyaların cavabdehin sahibliyində olması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir.

28. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının müvafiq hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq ilk növbədə müəyyən edir ki, iddia ərizəsində göstərilən qızıl-zinyət əşyalarının yəni sırğa 1 cüt, çəkisi 2.2 qram, əyar 585Ş boyunbağı 1 ədəd, çəkisi 2 qram, əyar 585, qızıl dəst 1 ədəd, çəkisi 30 qram (2.70 st), əyar 750, nişan üzüyü 1 ədəd, çəkisi 5 qram (0.40 st), əyar 750, fantaziya üzük 1 ədəd, çəkisi 3.5 qram, əyar 583, boyunbağı və Klon 1 ədəd, çəkisi 4.8 qram, əyar 585, sırğa 1 cüt, çəkisi 4 qram, əyar 585, qolbağ 1 ədəd, çəkisi 3.9 qram, əyar 585 mövcud olması və iddiaçıya məxsus olması faktı işə əlavə edilmiş toy şəkillərindən və cavabdeh tərəfin həmin qızılların iddiaçıya toy zamanı hədiyyə edilməsini etiraf etməsi ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normanın “tələbdə göstərilən qızıl-zinyət əşyalarının mövcud olması və iddiaçıya hədiyyə edilməklə onun mülkiyyəti sayılması (Mülki Məcəllə 225.2, Ailə Məcəlləsi 34.1)” ilə bağlı dispozisiya şərti hazırkı işin halları ilə təsdiq edilmişdir.

29. Məhkəmə qeyd edilən qızıl-zinyət əşyalarının faktiki olaraq cavabdehin sahibliyində olması, bu sahibliyin qanunsuz xarakter daşıması ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehlərlə birgə yaşadıqları evdən gedərkən aralarında hər hansı münaqişə yaşanmamış, iddiaçının evdən qovulma halı baş verməmiş, iddiaçı evi tərk edən zaman səhhətində problem olmamış, mübahisəli evi təcili, döyülmə, qovulma hallarında tərk etmə şəraiti məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iddiaçının özünə məxsus əmlakları özü ilə aparması imkanının olmaması sübut edilməmiş, eyni zamanda qızılların birgə təsərrüfat zamanı qayınanaya saxlanmaq üçün verilmə halı, həmin qızılların satılması və ya cavabdehlərin şəxsi ehtiyaclarına xərclənməsi ilə bağlı hallar müəyyən edilməmişdir.

30. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbində göstərilən əşyaların faktiki olaraq cavabdehlərin sahibliyində olması sübut edilmədiyindən iddia təmin edilə bilməz

31. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, qızıl-zinətin qaytarılması tələblərindən irəli gələn iddialara görə iddia müddəti mülki qanunvericiliyin tələbinə əsasən, 10 il təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

32. İddiaçıya toy hədiyyəsi olaraq verilmiş qızıl-zinyət əşyaları ər-arvadın birgə mülkiyyətinin qanuni rejiminə daxil olmadığından, birgə mülkiyyətin bölünməsi ilə bağlı 3 illik iddia müddətlərinin hazırkı işə tətbiq edilməsi mümkünsüzdür.

Nəticə

33. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması barədə iddia tələbi rədd edilməlidir.

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ona məxsus olmaqla cavabdehlərin evində qalmış aşağıda adları və dəyəri qeyd olunmuş; 1) Sırğa 1 cüt, çəkisi 2.2 qram, əyar 585- 242 manat 2) Boyunbağı 1 ədəd, çəkisi 2 qram, əyar 585- 220 manat 3) Qızıl dəst 1 ədəd, çəkisi 30 qram (2.70 st), əyar 750- 4500 manat, 4) Nişan üzüyü 1 ədəd, çəkisi 5 qram (0.40 st), əyar 750- 750 manat 5) Fantaziya üzük 1 ədəd, çəkisi 3.5 qram, əyar 583- 385 manat 6) Boyunbağı və Klon 1 ədəd, çəkisi 4.8 qram, əyar 585- 528 manat 7) Sırğa 1 cüt, çəkisi 4 qram, əyar 585- 440 manat 8) Qolbağ 1 ədəd, çəkisi 3.9 qram, əyar 585- 429 manat olmaqla ümumi dəyəri 7494 manat olan qızıl-zinət əmlaklarının və yaxud onun dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun oğlu, keçmiş həyat yoldaşı Cavabdeh2 alınaraq ona verilməsi, iddia ərizəsi təmin olunarkən onun tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumu və məhkəmə üçün ödədiyi 95 manat dövlət rüsumunun da cavabdehlərdən alınaraq ona qaytarılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan 200 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf İddiaçı tutularaq "xxxx" MMC-in hesabına (VÖEN: **********, Hesab № AZN: AZ471BAZ********************, Bank: "xxxx" ASC Nərimanov filialı, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, filialının kodu: 805711; SWİFT kod: İBAZAZ2X) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar