Məhkəmə qərarları › İş №2(002)-2479/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2479/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2479/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X15 iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1934-cü ildə Lənkəran rayonunda anadan olmuş X7 03 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X19 ərizəyə uyğun izahat verərək bildirdi ki, Kiselyova (Malışeva) Lidiya Petrovna ərizəçinin bibisidir və xx.xx.1934-cü ildə Lənkəran rayonunda doğulmuş, Bakı şəhəri, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 2, 44 saylı mənzildə qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. X18 11 avqust 1952-ci ildə X4 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və Kiselyova soyadını qəbul etmişdir. Birgə nikahdan uşaqları olmamışdır. X13 mülkiyyətində olan evi xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən ərizəçiyə bağışlamışdır. X13 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Vəfat edənə kimi X13 ərizəçinin himayəsində olmuşdur. Bütün dəfn xərclərini ərizəçi çəkmiş və Lidiya el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışdır, sonradan bu barədə poliklinikaya müraciət etsə də, tibbi şəhadətnamə verilməmişdir. Hazırda bibisinin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Lidiyanın yaşadığı mənzil ərizəçinin mülkiyyətindədir və 2025-ci ilin mart ayında gələrək həmin mənzildə yaşamışdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Mərhumun xx.xx.2025-ci il tarixdə vəziyyəti ağırlamış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Mərhumun xx.xx.2025-ci il tarixdə vəziyyəti ağırlamış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon MKTB 150 saylı MKİS tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan 48 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanı qeydiyyat nömrəsi 2568 olan xx.xx.2004-cü il tarixli çıxarışa əsasən, X2 şəxsi mülkiyyətindədir. 2025-ci ilin mart ayında X8 4 gün müddətində göstərilən mənzildə yaşamış və 150 saylı MKİS-ə xx.xx.2025-ci il tarixdə gələrək mənzilin istismar haqqını 2025-ci il üçün tam olaraq ödəmişdir. İş materiallarında olan AZE seriyalı, 02311047 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1934-cü il tarixdə Lənkəran rayonunda anadan olmuşdur, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ-T seriyalı, 262751 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X14, anası X9. İş materiallarında olan İE seriyalı, 197782 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1934-cü il tarixdə anadan olmuşdur. Onun atası X12, anası X1. İş materiallarında olan Xİ-MYU seriyalı, 719500 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X18 xx.xx.1959-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Kiselyova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 03 yanvar 2025-ci il tarixdə saat 12:55 radələrində X13 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan X13 ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, X6 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Kalinin küçəsindəki 2 saylı evin 44 saylı mənzilini qardaşı qızı X3 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1934-cü il təvəllüdlü X13 3 nömrəli BŞX İİ şöbəsində qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla xx.xx.1934-cü ildə Lənkəran rayonunda anadan olmuş X7 03 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü ildə Lənkəran rayonunda anadan olmuş X7 03 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar