Məhkəmə qərarları › İş №2(002)-2486/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2486/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2486/2022 23.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 1963-cü ildə doğulmuş X5 22 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X7 onun qardaşıdır. Qardaşı 03 oktyabr 1963-cü ildə doğulmuşdur. X1 21 iyul 2022-ci il tarixdə vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim həmin gün qardaşını müayinə etmiş və ilkin tibbi yardım göstərmişdir. Lakin xx.xx.2022-ci il tarixdə səhər saatlarında onun vəziyyəti ağırlaşdığından təcili yardım gələnə qədər vəfat etmişdir. Qardaşını el adət-ənənəsinə uyğun olaraq Sahil qəbirstanlığında dəfn etmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, həm ərizəçinin, həm də mərhumun qardaşıdır. X2 əlil idi. 21 iyul 2022-ci il tarixdə evə həkim çağırmışlar, lakin xx.xx.2022-ci il tarixində səhər vaxtı vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, mərhumun qardaşı arvadıdır. X2 əlillikdən əziyyət çəkirdi, 21 iyul 2022-ci il tarixdə evə həkim çağırmışlar, xx.xx.2022-ci il tarixində səhər vaxtı vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışından görünür ki, 03 oktyabr 1963-cü il tarixdə doğulmuş X7 poliklinikaya ambulator müraciət etməmiş və ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 14217103 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə Ermənistan, Amasiya rayonu, Oxcoqlu kəndində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayonu Sahil qəsəbəsi Cümə məscidi dini icması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbə sakini Ərizəçi xx.xx.2022-ci il tarixində Sahil qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan İ-ZJ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Amasiya rayonu, Oxcoqlu kəndində anadan olmuşdur. Ərizəçi atası X3r. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, 21 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində X5 adına çağırış daxil olmuş, həkim tərəfindən müayinə olunmuşdur. İş materiallarında olan 103 TYS Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 78 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 19:09-da X15 Massiv ünvanına 59 yaşlı X5 adına çağırış olmuşdur. Çağırışı 20 saylı KYS-nın həkimi yerinə yetirərək, xəstəyə beyin qan dövranının xroniki pozğunluğu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 20 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 22 iyul 2022-ci il tarixdə saat 08:50 radələrində X5 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin qardaşı 03 oktyabr 1963-cü ildə Ermənistan, Amasiya rayonu, Ocoqlu kəndində doğulmuş X5 22 iyun 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı 03 oktyabr 1963-cü ildə doğulmuş X5 22 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar