Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2495/2022 25.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs X6rşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı 12 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 20 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, 20 iyun 2022-ci il tarixdə Bakı 12 saylı X3 Xamis Zahiroviç ilə aralarında olan fikir ayrılığını və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X7 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Belə ki, Maraqlı şəxs ilə aralarında bağlanmış 15 noyabr 2015-ci il tarixli nikah qeydinin pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 onun himayəsində qalması, müqavilə imzalandığı tarixdən hər ayın 30-dan gec olmayaraq hər uşağın saxlanması üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən ona ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin alimentlə bağlı tələbini yerinə yetirməmişdir. Nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir və iki aydan çoxdur ki, aliment ödənilmir. Halbuki, ərizəçi özü işləmir, uşaqların təkbaşına saxlanmasında çətinlik çəkir, maraqlı şəxs isə fərdi qaydada sürücü işləməklə gəlirə malikdir, lakin barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirmir. Hazırda o, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5, 355-25.2-ci maddələrinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi və X13 arasında Bakı 12 saylı Mediasiya Təşkilatında bağlanmış MSB/12-00009 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, aşağıdakı şərtlərlə tərəflər arasında barışıq sazişi bağlanmışdır: 2.1.1. Tərəflər 05 noyabr 2015-ci il tarixli nikahın pozulmasına razıdırlar; 2.1.2. birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 ananın-Ərizəçi himayəsində qalır; 2.1.2. Maraqlı şəxs bu müqavilə imzalandığı tarixdən uşaqların 18 yaşı tamam olanadək hər ayın 30-dan gec olmayaraq hər uşağın saxlanması üçün 200 manat, ümumilikdə 400 manat məbləğində Ərizəçi aliment ödəyir; 2.1.3. Maraqlı şəxs X1 və X5 18 (on səkkiz) yaşı tamam olan tarixədək Ərizəçi tərəfindən əvvəlcədən məlumatlandırılmaq şərtilə 1 (bir) il ərzində 30 (otuz) gündən çox olmayaraq ölkə xaricinə çıxarılmasına etiraz etmir və s. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 189 saylı arayışdan görünür ki, Hacıyeva X12 qəsəbəsi, keçid 1594, ev 10, mənzil 7 ünvanında yaşayır və qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı, 055204 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X11 xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 274119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan AA seriyalı, 31488036 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə alimentlə bağlı məsələ qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin alimentlə bağlı hissəsinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sazişin alimentlə bağlı şərti sazişi bağlayan tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün tərəflərin birindən digərinə aliment tutulması ilə bağlıdır ki, bu şərt də tamamilə qanunauyğundur. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin hansı tarixdən tutulacağı ilə bağlı barışıq sazişində xüsusi qeyd olduğundan, alimentin tutulma vaxtı barışıq sazişinin bağlandığı tarixdən, yəni xx.xx.2022ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-23 – 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı 12 saylı X2 Aygün İsa qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilsin: xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2495/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2495/2022
25.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver