Məhkəmə qərarları › İş №2(002)-2497/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2497/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2497/2025 19.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Azərbaycan Respublikasının Seriya AA5459791 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X6 xx.xx.1949-ci il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası İcbari Tibbi üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 3 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ərizəçiyə verilmiş №65, xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, xx.xx.1949-cu ildə Şəmkir rayonunda doğulmuş və xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş X6 3 nömrəli BŞX İİ şöbədə qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəfindən mümkün olmamışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə ərizəçinin ölümün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddəyə əsasən, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümü dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli SB-05/63 nömrəli arayışına əsasən, X6 xx.xx.2025-ci il tarixində Sahil qəbiristanlığında dəfn olunmuşdur.

5. Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 30 xx.xx.2025-ci il tarixdə X2 həkimə qədər ölümü müəyyən edilmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-758/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.1949-cu ildə Şəmkir rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanasının 1/16 nömrəli xx.xx.2024-cü il tarixli 34 №-li rəyinə əsasən, X4 “dəqiqləşdirilməmiş demensiya” diaqnozu qoyulmuşdur. İddia tələbi

8. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək xx.xx.1949-cu il təvəllüdlü X2 ölümün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1949-cu il təvəllüdlü X2 Bakı şəhərində, 13 may 2025-ci il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizə bununla əsaslandırılmışdır ki, Anası, 12 yanvar 1949-cu il doğum tarixli X9 2025-ci il qızı may tarixdə gecə saat 03:45-də evdə vəfat etmişdir. Vəfat etməmişdən öncə anasınının halı pisləşdiyi üçün saat 03:30-da 103 təcili və təxirə salınmaz tibbi yardım stansiyasına zəng etmişəm. Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının əməkdaşları evə gələn kimi saat 03:45-də anamın vəfat etməsini müəyyən etmişlər. Bundan sonra isə anasıı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən yeləşən qəbristanlıqda dəfn etmişlər. Daha szonra o anasının ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müvafiq qaydada aidiyyəti üzrə Lökbatanda yerləşən tibb müəssisəinə müraciət etmişdir. Aidiyyəti müəssisənin cavab məktubunda anasının həmin müəssisədə qeydiyyatda olmaması səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkünsüz hesab edilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamənin alınması üçün ƏN Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Qeydiyyat şöbəsi də ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün anasının ölümünün qeydə alınmasını qanunvericiliyin müddəalarına əsasən mümkün hesab etməmişdir. Əlavə olaraq qeyd edir ki, anasının "demensiya F03", damar mənşəli demensiya (ağıl zəifliyi) xəstəliyi olmuşdur. Qaradağ Rayon Məhkəməsinin müvafiq Qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Sonradan isə o müvafiq icra hakimiyyətinin qərarı ilə anasının qəyyumu təyin edilmişdir. Lakin, anasının vəfat etməsi və bununla əlaqədar olaraq ölüm haqqında şəhadətnamənin əldə edilməsi məhkəməyə qədər heç bir halda mümkün olmamışdır. Ölümün qeydə alınması faktının müəyyən edilməsi qanunvericiliklə əldə olunan digər hüquq və vəzifələrin, o cümlədən vərəsəlik hüquqlarının yerinə yetirilməsi üçün zəruridir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mərhum anasının, yəni 12 yanvar 1949-cu il təvəllüdlü X2 13 may 2025-ci il tarixdə ölməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Vİİİ-JQ 408002 nömrəli doğum haqqında şəhadətnaməmin surətinə əsasən, X6 mənim anamdır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazilirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/68 nömrəli sənədinə əsasən, Həkim Psixiatr Komissiyasının 34 nömrəli Rəyi ilə xx.xx.1949-cu il təvəllüdlü X4 "dəqiqləşdirilməmiş demensiya" diaqnozu qoyulmuş və bu barədə qərar qəbul edilmişdir. Ərizəyə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(002)- 758/2024 nömrəli Qətnaməsinə əsasən, 12 yanvar 1949-cu ildə Şəkmir rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bundan başqa həmin qətnamə də anası X2 ünvan 2 ünvanda qeydiyyatda olmuşdur. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 02 iyul 20245-cü il tarixli, 187 nömrəli Sərəncamına əsasən, Ərizəçi X6 üzərində qəyyum təyin edilmişdir. Ərizəyə əlavə edilmiş Təcili və X5 Stansiyasının 13 may 2025-ci il tarixli, 01309 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, X6 13 may 2025-ci il tarixdə saat 03:45-də vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsinin 20 may 2025-ci il tarixli SB-05/63 nömrəli sənədinə əsasən, mərhum - X6 13 may 2025-ci il tarixdə Bakə şəhəri, Qaradağ rayonu, Sahil qəbirstanlığında dəfn edilmişdir. Ərizəyə əlavə edilmiş AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 20 may 2025-ci il tarixli, 65 nömrəli məktubuna əsasən, 13 may 2025-ci il tarixdə ünvan 2 ünvanda vəfat etmiş X6 3 nömrəli BŞX İİ şöbədə qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 22 may 2025ci il tarixli, 3-16-5/7-15-768/2025 nömrəli məktubuna əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınması mümkün olmamışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

11. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 36, 307-309-cu maddələrinə istinad etmişdir.

12. İddia tələbinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Ərizəçi məhkəmə hazırlıq iclasında ərizəni müdafiə edərək bildirdi ki, vəfat edən şəxs anasıdır, Neftçilər xəstəxanasında müalicə alırdı, evdə vəfat etmişdir, özü ona qəyyum təyin olunub və halı pisləşəndə ambulans çağırmış lakin həkim gələnə qədər vəfat etmişdir. Növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir.

14. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, vəfat edən şəxs qaynanasıdır. Fiziki cəhətdən sağlam olsa da əqli geriliyi var idi və bununla bağlı ərizəçi ona məhkəmə qərarı ilə qəyyum təyin olunmuşdur. Evdə öz əcəli ilə vəfat etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun: 39-cu maddəsinə əsasən, insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patolojianatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi “Qayda”larının: 4-cü bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə”nin mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

19. Azərbaycan Respublikası nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

b) Əsaslandırma

20. İddia əsaslıdır.

21. Belə ki, işə əlavə edilmiş sənədlər əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X6 ərizəçinin anası olmuşdur. xx.xx.1949-ci il təvəllüdlü X6 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

23. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

24. Göründüyü kimi, X6 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhum anasının ölümü barədə tibbi şəhadətnamə əldə edə bilməmiş, həmin sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsi də müvafiq qeydiyyat orqanı tərəfindən təmin edilməmiş, göstərilən sənədlərin əldə edilməməsinin mümkünsüzlüyü barədə sənədlər ərizəyə əlavə edilmişdir. Belə olan halda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktı məhkəmə tərəfindən təsdiq edilə bilər. Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

26. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar.

27. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə

28. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.

29. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1949-ci il tarixdə doğulmuş X2 xx.xx.2025-ci il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar